Lipoma şişləri nədir, niyə əmələ gəlir?

Lipoma şişləri nədir, niyə əmələ gəlir?

Çox adamda rast gəlinən dərialtı kiçik, orta, bəzən böyüyən piy toxumasından yaranan şişlərdir. Lipomanın alt qatı, yəni kökü hətta daha dərin, əzələni də keçərək sümüyə kimi çata bilər.
Bu maraqlı şiş növünün səbəblərini təqdim edirik:
  • Piy toxumasının maddələr mübadiləsinin və bir sıra fermentlərin pozulması. Nəticədə bir hissədə piy hüceyrələri qrup halında toplaşıb böyüyür. Orqanizm özü hormonlar vasitəsilə onların böyüməsini əngəlləmək istəsədə də, lipomalara üstün gəlmək olmur
  • Bədən çəkisi və kütləsinin tez-tez dəyişməsi. Xüsusən arıqlayıb-kökələn qadınlarda orqanizm çoxlu piy toxuması itirir. Bundan sonra qadın yenidən çox yedikdə, orqanizmdə təkrar piy toxuması yaranmağa başlayır. əgər belə hallar çox təkrarlansa, pozulma baş verir və lipoma yaranır.
  • Süd vəzilərində sünni implantlar qoyulması. Yad cismə qarşı piy toxumasının reaksiyası başlayır ki, nəticədə süd vəzisində lipoma formalaşır.
Lipoma şişləri
Simptomları
  • Adətən lipoma dəri altında aydın hiss olunur, görünür, əllə toxunulur. Yumru, yumurtavari, 1,5-2-2,5 sm diametrində olur. əgər lipoma təkcə piy, yağdan ibarətdirsə, o yumşaqdır. Əgər birləşdiyici toxuma çoxdursa, bərk olur. Şiş ağrısızdır. Daha çox boyun, çiyin, kürək, sinə, beldə yaranır.
  • Zamanla ölçüsü böyüyür, yerləşməsinə görə damar və sinirləri sıxa bilir. Belə olan halda ağrı, keyimə, iynəbatırılma kimi hisslər olur.
  • Lipoma həyati təhlükə kəsb etmir, heç vaxt bədxassəliyə çevrilmir. Amma nadir hallarda liposakormaya keçid ala bilir.
Nə etmək olar?
Lipoma olan nahiyəni masajla, türkəçarə ilə, nəsə çəkib bağlamaqla, mazla, kompresslə, aparatla əritmək, yox etmək olmur. Onun ləğvi yolu yalnız cərrahi üsulladır.
Nəhəng lipomalar bəzən damar, sinir, hətta daxili orqanları sıxdığından kəsilməsi mütləqdir
Kosmetik qüsur yaradırsa, görünən yerdədisə, estetik əməliyyatla götürmək olar
Lipoma əməliyyatı kəsiklə, lazerlə, radiodalğalarla aparılır.
Kəsildikdən sonra lipoma biopsiyaya göndərilir.
Əgər əməliyyat zamanı ən xırda bir düyün, hissə qalarsa, o yenidən residiv verəcək. Ola bilsin, əməliyyatdan sonra lipoma həmin yerdə yox, digər nahiyədə əmələ gəlsin.
Əgər lipomanız varsa, sizi narahat etmirsə, toxunmayın. Sadəcə ölçüsünün dəyişilməsini izləyin.
 
 
Mənbə: medicina.az
Top