Dəri xərçəngi özündə yastıhüceyrəli və bazalhüceyrəli xərçəngi birləşdirir.
Dəri xərçəngi bədxassəli şişlərdən ölümün səbəbləri arasında axırıncı yerləri tutur. Bu dəri xərçənginin erkən aşkar oluna bilməsi və nisbi xoşxassəli gedişi ilə izah olunur.
Risk amilləri:
- Ultrabənövşəyi şüalar və ionizəedici radiasiya
- Peşə zərərləriDəridə müxtəlif mənşəli çapıq toxuması
- İmmunosupressiya
Dəri xərçənginin əmələ gəlməsində əsas rol ultrabənövşəyi şüalanmaya (UBŞ) məxsusdur. Müəyyən olunmuşdur ki, dəri xərçənginin əmələgəlmə intensivliyi UBŞ intensivliyi və təsir müddətindən asılıdır. Baş-boyun nahiyyəsinin dərisində daha tez-tez rast gəlməsinin səbəbi həmin nahiyyələrin açıq qalmasıdır.
Peşə zərərləri ilə əlaqədar dəri xərçəngi əksər hallarda dərinin yanar qazıntılar, termiki işlənmə məhsulları ilə kontaktı zamanı əmələ gəlir.
Dəri xərçəngi müxtəlif travmalar və xroniki iltihabi xəstəliklərdən sonra əmələ gələn çapıq toxuması fonunda inkişaf edə bilər.
İmmunsupressiya (immunitetin zəifləməsi) dəri xərçənginin əmələ gəlməsinə meyillilik yaradır.
Dərinin bazalhüceyrəli xərçəngi zamanı vaxtında aparılan adekvat müalicədən sonra residivlərə nadir hallarda rast gəlinir.
Yastıhüceyrəli xərçəngin uzaq orqanlarda metastazlarına nadir hallarda rast gəlinir.
Dəri xərçənginin klinik gedişi rəngarəng olub şişin histoloji quruluşundan, lokalizasiyasından və klinik formasından asılıdır. Bazalhüceyrəli xərçəngin əsas klinik formaları bunlardır:
Nodulyar
- mikrodüyünlü
- konqlobat
- xoralı
- kistoz
- infiltrativ
Səthi
Sklerodermal
Dəri xərçənginin diaqnostikası zamanı bu kimi müayinə metodlarından istifadə olunur:
- klinik müayinə
- morfoloji müayinə
- USM
- rentgenolji müayinə (KT)
Xəstəliyin müalicəsi şişin yayılmasından, böyümə xarakterindən, lokalizasiyasından və histoloji quruluşundan asılıdır. Əsas müalicə metodları aşağıdakılardır:
- Şüa
- Cərrrahi
- Kimyəvi
- Kombinəolmuş və kompleks
- Krioterapiya
- Lazer cərrahiyyəsi
- Fotodinamika
Dəri xərçənginin cərrahi müalicəsinin bir növü də şişin mikroskopik nəzarət altında kəsilməsidir. Metod 1936-cı ildə F.Mos tərəfindən təklif edilmişdir. Metodun mahiyyəti şiş toxuması və onu əhatə edən normal toxumaların üzərinə 2-3 mm dərinliyə qədər fiksə edən sink xlorid pastasının çəkilməsi təşkil edir. Sonra histoloji nəzarət altında şişin kəsilib çıxarılması aparılır.
Dəri xərçənginin residivlərinin əsas müalicə metodu cərrahi əməliyyatdır. Bu zaman aparılan cərrahi əməliyyatlar əksər hallarda kombinəolmuş xarakterdə olur, əmələ gələn defektlərin bərpası üçün isə müxtəlif növ plastik üsullardan istifadə olunur. Bu tip əməliyyatlardan sonra 5 illik yaşama göstəricisi 65-80% təşkil edir.
Dəri xərçəngi insan orqanizmində ən yaxşı proqnoza malik şişdir.
Mənbə: saglamolun.az