İnsan orqanizmindəki hüceyrələrin nəzarətsiz şəkildə bölünüb çoxalması ilə xarakterizə olunan xərçəng xəstəliyi əsrin böyük bəlasına çevrilib. O, müasir dünyamızda ürək-damar xəstəliklərindən sonra insan ölümünə səbəb olmaqla ikinci yerdə dayanır. Statistika göstərir ki, kişilər arasında bu xəstəliyə tutulma riski 43,4, qadınlarda isə 38 faizidir.
Aparılan tədqiqatların nəticələrinə görə, artıq çəkili insanların şəkər xəstələrinin xərçəngə tutulma riski daha çoxdur.
Zəmanəmizin xəstəliyi halına gələn xərçəngdən qorunmaq üçün mütəxəssislər aşağıdakı məsləhətləri veririlər:
1.
Artıq çəkidən azad olmaq ən vacib şərtlərdəndir. Kalorinin azaldılması və davamlı şəkildə idmanla məşğul olmaq xərçəng şişinin yaranmasına mane olan faktordur.
2. Gün ərzində qəbul edilən yağ ümumi kalorinin 30 faizindən azını təşkil etməlidir. Kərə yağından və margarindən çox istifadə bağırsaq, döş və beyin xərçəngi yaranmasının səbəbi ola bilər.
3. Gündəlik protein istifadəsi ümumi kalorinin 15 faizindən çox olmamalıdır. Mal və ya qoyun əti həftədə bir- iki dəfədən artıq yeyilməməli, toyuq və balıq ətlərinə üstünlük verilməlidir. Həddindən artıq protein qəbulu da döş, bağırsaq və böyrək xərçənginə zəmin yaradır.
4. Şəkər və duzdan çox istifadə də xərçəng təhlükəsini artırır. Buna görə də mümkün olduğu qədər şirniyyatlardan və duzlu yeməklərdən uzaq durmağa çalışın.
5. Spirtli içkilərin qəbulu da məsləhət görülmür.
6. Yeməkləri bişirərkən yüksək temperaturda qızartmaq əvəzinə, soyutma və ya sobada bişirməyə üstünlük verin.
7. Lifli meyvələri, tərəvəzləri, paxlalı bitkiləri, taxıl məhsullarını, omega-3-lə zəngin qidaları süfrənizdən əskik etməyin.
8. Vitamin C-nin, D-nin, kalsiumun, maqneziumun xərçəngdən qoruyucu təsiri vardır. Xüsusilə qaysı, sarımsaq, ispanaq, fındıq, zeytun yağı, incir, heyva və pomidor xərçənglə mübarizədə təbii vasitələrdir.
Mənbə:İctimai Televiziya
Sonda qeyd edək ki, bütün bu sadalananlara əməl etməklə sağlam həyat tərzi sürmək mümkündür. Amma unutmayın ki, hər şey uca Yaradanın əlindədir. Qoy, Tanrı köməyiniz olsun.