Bağırsaq xərçəngi

Bağırsaq xərçəngi

Bağırsaq xərçəngindən əziyyət çəkən insanların 90%-dən çoxunun yaşı 40-dan yuxarıdır. Bu yaşdan başlayaraq bağırsaq xərçəngi ilə xəstələnmə ehtimalı ildə 2 dəfə artır. Almaniyada hər il təqribən 57.000 nəfərdə bağırsaq xərçəngi aşkarlanır, 30.000 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bağırsaq xərçəngi, əksər hallarda, uzun illər selikli qişada inkişaf edən poliplərdən yaranır. Buna görə də poliplərin vaxtında çıxarılması bağırsaq xərçənginin inkişafının qarşısını ala bilər.

Bağırsaq xərçəngini necə aşkar etmək olar?

Hələ də əksər hallarda bağırsaq xərçəngi çox gec aşkarlanır. Bu vaxt o artıq proqressivləşmiş olur və bərpaedici əməliyyat mümkün olmur. Buna görə də xərçəngin erkən aşkarlanmasının böyük əhəmiyyəti var.

Bağırsaq xərçənginin aşağıda göstərilən əlamətləri artıq “gecikmiş simptomlar” sayılır:
  — Nəcisdə qan və selik, nəcisin laylı olması, eləcə də defekasiya aktının pozulması (qəbizlik və ishal) – bağırsaq xərçənginin əsas əlamətləridir.
  — Nəcisdə nəzərəçarpmayan qanaxmanın olması qanazlığına (anemiya) səbəb olur və aktivliyin azalması, yorğunluq, sakitlik və gərginlik vəziyyətində təngnəfəslik və nəbzin artması ilə müşayiət olunur.
  — Arzuolunmaz arıqlama xronik xərçəng xəstəliyinin əlaməti ola bilər.
  — Eləcə də qarında naməlum səbəbli ağrı və spastik qıcolmalar rast gəlinə bilər.
Yuxarıdakı əlamətlər, həmçinin, başqa xəstəliklərdə də rast gəlinə bilir. Buna görə də digər xəstəlikləri tibbi müayinələrlə istisna etmək lazımdır.

Profilaktik müayinəyə nələr aiddir?

Bağırsaq xərçənginin profilaktik müayinəsinə ümumi müayinə ilə yanaşı həkim tərəfindən aparılan sorğu (anamnez) da aiddir. 50 yaşdan sonra aprılan fizikal müayinəyə düz bağırsağın barmaqla mayinəsi (rektal müayinə) də aiddir. Bu zaman həkim ehtiyatla barmaqla düz bağırsağı müayinə edir və dəyişiklik olub-olmamasını yoxlayır. Barmaqla bağırsağın aşağı hissələrində ola biləcək şişi də əlləmək mümkündür. Rektal müayinə xoşagəlməz ola bilər, lakin ümumilikdə ağrısızdır.

Bundan başqa 50 yaşdan sonra aparılan nəcis testi nəcisdə gizli (görünməyən) qanı aşkar etməyə imkan verir. Bu test ailə həkimi, terapevt, ginekoloq və uroloq tərəfindən aparıla bilər. Bu test müsbət nəticə verərsə, hətta test məlum səbəblərdən müsbət olarsa (hemorroy yaxud ətli qida qəbulundan sonra), eləcə də klinik əlamətlər zəif olduqda belə, bağırsaqların müayinəsi — Koloskopiya təxirəsalınmaz göstərişdir. Bu müayinə Həkim- Qastroenteroloq tərəfindən aparılır.

Bağırsaqların müayinəsi nə üçün əhəmiyyətlidir?

Koloskopiya bağırsağın müxtəlif hissələrinə birbaşa baxmaq imkanı verir. Belə hissələrdən toxuma nümunələri (Bioptat) götürülə və mikroskopla müayinə oluna bilər. Bir daha qeyd etmək lazımdır ki, bağırsağın selikli qişasında ayrı-ayrı xırda qabarcıqlar – poliplər olur ki, bunlar da uzun illər sonra bədxassəli şişə çevrilə bilir. Ona görə də onlar bağırsaq xərçənginin erkən bir pilləsi kimi qəbul oluna bilir. Poliplər Koloskopia ilə dərhal aşkar oluna bilir.

Koloskopiyadan öncə bağırsaq tamamilə nəcisdən təmizlənməlidir ki, selikli qişa tam müşahidə oluna bilsin. Koloskopiyaya bir neçə gün qalmış karbohidratlarla zəngin qidalar (məs., kəpəkli undan bişirilmiş çörək, kivi, üzüm) qəbul olunmamalıdır. Müayinəyə 24 saat qalmış ağır yeməklər yeyilməməlidir. Daha çox maye qəbulu (məs., su, çay) tövsiyyə olunur. Koloskopiya rutin bir prosesdir. Nadir hallarda bağırsaq divarının zədələnmsi kimi ağırlaşmalar – qanaxma və perforasiya (bağırsağın deşilməsi) ola bilər.

Kimlərdə bağırsaq xərçənginin profilaktik müayinəsinin xüsusi əhəmiyyəti var?

Xəstəliyə artmış riski olan insanlarda profilaktik müayinə xüsusi əhəmiyyətlidir. Bu qrupun I dərəcəsinə qohumları bağırsaq xərçəngi ilə xəstələnənlər aiddir. Əgər xəstələnən qohum xəstələndiyi vaxt 40 yaşdan cavan olmuşsa, ilk bağırsaq müayinəsi 40 yaşdan gec olmamaqla aparılmalıdır.

Xoralı kolitdən (bağırsaqların yüngül xronik iltihabı) əziyyət çəkənlərdə, əgər xəstəlik bütün bağırsağı əhatə etmişsə, xəstəliyin başlanmasından 8 il müddətində bağırsaqların müayinəsi aparılmalıdır. Bağırsağın hissəvi zədələnməsində koloskopik müayinə 15 il müddətində aparıla bilər. İlk iki müayinə hər il təkrarlanmalıdır, növbəti müayinələr isə iki ildən bir aparıla bilər.

Bağırsaqların yüngül xronik iltihabı olan Kron xəstəliyindən əziyyət çəkənlər üçün standart bir göstəriş yoxdur. Bağırsaqların müayinəsinin aparılmasına həkimlə söhbətdən sonra fərdi olaraq qərar verilir.
Ailəvi Adenomatoz Polipozdan əziyyət çəkən xəstələr bağırsaq xərçənginə xüsusən yüksək risk daşıyırlar. Bu xəstələr, eləcə də nadir rast gəlinən bağırsaq xəstliklərindən əziyyət çəkənlərdə bağırsaqların erkən profilaktik müayinəsi mümkün qədər tez aparılmalıdır.

Nə etmək olar?

Çoxsaylı tədqiqatlar göstərir ki, qidalanma tərzi bağırsaq xərçəngi riskinə əhəmiyyətli dərəcdə təsir edir və müvafiq qidalar xərçəng xəstəliyinə imkan yaradır. Almanlar qida  və maddələr mübadiləsi pozğunluqlarından əziyyət çəkənlərə ət və yağla zəngin, eləcə də lifli qidaları azaltmaq, meyvə və tərəvəz istifadəsini isə artırmağı tösiyyə edir.

Eləcə də artıq çəki bağırsaq xərçəngi üçün risk faktorudur. Ona görə çəkisi artıq olanlar bağırsaq xərçəngindən qorunmaq üçün qidalanmaya nəzarət etmək və fiziki hərəkətlərlə çəkisini azaltmağa çalışmalıdırlar.

Mənbə; etibb.org
Top