Ailə səadəti üçün 39 məsləhət

Ailə səadəti üçün 39 məsləhət

1. Hər bir xırdalıq və ya incəlikləri araşdırmaqdan çəkin.

2. Hər zaman münaqişələri dar çərçivədə saxlamağa cəhd et. Onu genişlənməyə qoyma. Əlindən itmədən öncə problemə sən hakim ol.

3. Yersiz qeyrət, şək-şübhə düşmənlərdir. Sən veqe olan şeylərə diqqət yetir, zənn və ehtimallara diqqət yetirmə.

4. Ailə həyatının müqəddəsliyini, onun böyük əhdi-peyman olduğunu başa düşməlisən. Bir iş görmədən öncə min dəfə fikirləş. Çünki, sonrakı peşmançılıq fayda verən deyildir.

5. Sevgi, nə qədər də mühüm və zəruri olsa belə, sadəcə sevgiyə güvənmə.

6. Həyat yoldaşına özünü bir örnək kimi göstər. Şəxsiyyətindən xəbər verən felləri tərk et.

7. Qohum-qonşunun sizin işlərinizə qarışmalarına imkan vermə. Bacardıqca aranızda olan problemləri özünüz həll etməyə çalışın.

8. Yoldaşından gördüyün xətaları düzəltmək üçün tələsmə. Bəzi xarakterlər vardır ki, onlar uzun müddətdən sonra düzəlirlər. Buna görə də, kiçik bir məsələni şişirtmə.

9. Evlilikdən sonrakı məsuliyyətləri və çətinlikləri rahat qəlblə qəbul etmək lazımdır.

10. Yoldaşını pərt edəcək və aranızda ixtilafa səbəb ola biləcək şeylərdən bacardığın qədər çəkin.

11. Yoldaşınla müştərək işləri görməyə çalış. Bu sizin xatirənizdə xoş bir an kimi qalar və aranızdakı məhəbbəti daha da artırar.

12. Yoldaşına öz məharətini göstərməsi, nəfsində olanları həyata keçirməsi üçün fürsət ver və onun etdiklərini məsxərəyə qoyma.

13. Maddi hüquqlara ehtiram etmək, bu işdə səhlənkarlığa yol verməmək lazımdır. Çünki bu, ailədə olan problemlərin ən böyük səbəblərindəndir.

14. Yoldaşını kədərlərində özünə şərik etmə. Çalış ki, yalnız özün bunları həll edəsən. Amma sevinc anlarında onu özünə şərik etməyi unutma.

15. Ey qadın! Öyüd-nəsihət libasına girmiş rəfiqələrinin, sənin xüsusi həyatına tədəxxül etmələrindən çəkin.

16. Ey qadın! Yoldaşına, sənin əlaqə qurmaq istədiyin ən yüksək şəxsiyyət olduğunu, onunla və onun şəxsiyyəti ilə fəxr etdiyini ona bildir.

17. Aranızda ixtilaf baş verdikdə, yoldaşının yaxşılıqlarını xatırla. Etdiyi pisliklər sənin ağlını bürüyərək, onun etdiyi yaxşılıqları ört-basdır etməsin.

18. Həyat yoldaşının üstünlüklərini bilmək və problemləri uğurla həll etmək üçün öz nəfsindən bu sualları soruş:
• Biri-birinizdə xoşladığınız xarakterlər hansılardır?
• Sizinlə rastlaşan ən səadətli işləri fikirləş!
• Həqiqi olaraq xoşunuza gələn müştərək iş hansıdır?
• Sizlərdən biriniz o birisinə xidmət üçün nə edir?
• Həyat yoldaşından səni sevməsini və ehtiram etməsini bilmək üçün nə gözləyirsən?
• Gələcək üçün müştərək xəyallarınız hansılardır?

19. Ey zövcə! Aranızda ixtilaf baş verdiyi zaman öz yoldaşını itirmək istəmirsənsə, nəlayiq sözlər söyləməkdən çəkin!

20. Hədiyyə edin və sevilin!!! Şüarı sizin xoş və gözəl günlərinizdə həyatınızın bir rəmzi olsun.

21. Zəkalı zövcə, özünün və uşaqlarının təlabatları üçün münasib vaxt seçir. Həmçinin yoldaşının hərəkətlərinə edəcəyi mülahizələr üçün də münasib vaxt
seçə bilməlidir. Çünki, bəzi hallarda sizin ixtiyar etdiyiniz vaxt münasib olmur… bunun üçün də bir daha yaxşı fikirləşin.

22. Mənim hesabıma, mən olmasaydım və.s bu kimi sözlər şeytanın sözləridir. O, bu sözlərlə ixtilaf zamanı hər ikinizin qəlbinə kin-küdurət salaraq, sizi biri-
birinizi başa düşməkdən çəkindirir. Bunlar, ərlə arvadın münasibətlərində nə dərəcədə doğrudur?!!!

23. Ərinin və ya arvadının mövcudluğunu unutma. Müşavirə etmək ailə həyatında mühüm yer tutur. Hər ikinizin bu həyatda müştərək olması və birinizin digərinə ehtiram etməsi vacibdir.

24. Ailədə problem baş verdikdə evdən qaçmaqdan çəkinin. Qaçmaq, problemi həll etməyin yolu deyil. Bir az sakitləşərək yenidən problemi həll edin!

25. Sənə aid olmayan suallarla və ya sənə söyləmək istəmədiyi sirləri öyrənmək üçün ərini sıxışdırma! Əgər belə etsən, bu zaman ərin evi tərk edər və dinlənmək üçün başqa bir yerə gedər.

26. Özün üçün tənhalıq seçərək ərindən uzaqlaşma, bacardığın qədər ərinlə birlikdə ol!

27. Əgər işgüzar qadın olsan bu zaman fikirləş ki, sənin ilk məsuliyyətin evindədir. Elə buna görə də, iş yerinin məşğələlərini və evinin vaciblərini yerinə yetirməyə çalış!

28. Ərinin qohumları evinə gəldiyi zaman üz-gözünü turşutma. Əksinə, xoş üzlü, qonaqpərvər olmağa çalış! Bil ki, bu zaman ərin sənin xarakterlərini aşkar edir və bunları hiss edir.

29. Iltilərinlə xoş rəftar et və onları ailənin adətinə uyğun olaraq ən gözəl adları ilə çağır! Onlarla ixtilaf etməyə cəhd etmə! Onun qarşısında uşaqları haqda xoş sözlər söylə!

30. Hənif dinimizin bizlərə verdiyi vəsiyyətə uyğun olaraq qonşularla xoş davran, onlara yaxşılıq et, xoş və dar gündə onlara qatıl. Bunu bizə Peyğəmbər ona Allahın salavatı və salamı olsun əmr etmişdir.

31. Hər zaman fikri ixtilaf etmək çox zamanlar qəlblərin ixtilafına gətirib çıxarır. Qane olmasan belə, bəzən həyat yoldaşınla razılaş. Bil ki itaət Allaha qeyri asilikdədir.

32. Ərinin evdə istədiyi sakitliyi, uşaqları zehinişlədici oyunlarla məşqul etməklə əldə edə bilərsən.

33. Övladların böyük nemətdir. Onları, pis tərbiyə və saymamazlıq nəticəsində öz başına bəla etmə!

34. Uşağın böyümə prossesi haqda oxu ki, onunla edəcəyin rəftar gözəl olsun və onun nəfsinə, şəxsiyyətinə mənfi təsir edəcək şeylərdən çəkinəsən.

35. Həyat yoldaşına Allaha itaət etməkdə köməkçi ol! Dünyanı istədiyin kimi Axirəti də istə!

36. Israfçılıq ailə həyatını ifsad edən, Allahın nemətlərini itirəndir. Allah israf edənləri sevməz. Hər zaman israfçılıqdan uzaq olsanız heç vaxt ehtiyaclı olmazsınız.

37. Sənin ailə səadətin sizin həyatınızın problemsiz olması deyildir. Əksinə, bu sizin problemləri həll etməyə qadir olmanız, bu problemlərin sizin həyatınıza təsir etməməsinə çalışmanızdır.

38. Uşaqların önündə həyat yoldaşınla ixtilaf etməkdən və ya səsini qaldırmaqdan çəkin. Çünki övladlarınız, hər şeydən öncə sizi örnək götürərək və ya sizə təqlid edərək öyrənirlər. Həmçinin bu problemlər uşağın yadına gələcək və ona təsir edəcəkdir.

39. Heç kəsə sənin həyatına tədəxxül etməyə izn vermə və sən özün də buna səbəb olma! Buna görə də, heç bir dostuna və ya qohumuna öz ailə sirlərini açma!

Burada artıq bu yolların və üsulların sonuna yetişdik. Bu o demək deyildir ki, biz bunları əhatə etmişik; xeyr, hələ çoxlu yollar və üsullar vardır...
Bu yolları və üsulları haradan əsaslandığımı bəyan etmək mənim borcumdur. Tutduğum əsas, bir tərəfdən ailə və onun problemləri haqda danışan psixoloqların və digər tərəfdən isə ailə bir bağça, cənnət, problemsiz bir həyatdır deyən psixoloqların dediklərinin orta yoludur. Elə buna görə də, bu problemləri düşüncələr əsasında şəriət tərəzisi ilə ölçmək lazım idi. Problemlər baş verdikdə onları şəriət hökmlərinə əsaslanaraq həll etmək lazımdır.
Top