Burun və burunətrafı ciblərin şişləri - Ekzofit papillomalar yastıhüceyrəli məməcikli şişlərə aid olub, xoşxassəli xarakter daşıyırlar, İntervertion papillomalar, Yastıhüceyrəli xərçəng burun və burun ətraf ciblərin ən çox rast gəlinən xərçəngidir. Müalicə radikal rezeksiya və cərrahi əməliyyatdan ibarətdir. Burun xərçəngi burun tutulması, burundan qanlı ifrazat, şişkinlik və üzün keyləşməsi ilə xarakterizə olunur.
Burun-udlaq nahiyəsinin xərçəngi
Burun-udlaq nahiyəsinin xərçəngi burnun və ya eşitmə yolunun tutulması, qanlı irinli rinoreya, burun qanaxmaları, üz siniri iflici, boyun limfoadenopatiyası ilə müşayiət olunur.
İlkin şişin müalicəsi üçün şüa terapiyası və əgər şiş böyük olarsa və şüa terapiyasına rezistent limfa düyünləri metastazları olarsa, cərrahi əməliyyat aparılır.
Badamcıqların xərçəngi Badamcıqların yastıhüceyrəli xərçəngi əsasən kişilərdə rast gəlinir, siqaretdən istifadə və spirtli içkilər qəbulu ilə əlaqədar meydana çıxır. Əsas şikayət boğazda ağrıdır. Müalicə şüa terapiyası və cərrahi əməliyyatdan ibarətdir. Qırtlağın şişləri: Xoşxassəli şişlər -qırtlağın bütün nahiyələrini zədələyə bilər və müalicəsi cərrahi yolladır. Bədxassəli şişlər - ən çox rast gəlinən növü yastıhüceyrəli xərçəngdir. Klinik şəkli müxtəlifdir, bura səsin xırıltılı olması, ağrı və udqunmanın çətinləşməsi aiddir. Limfa düyünlərinə metastaz ola bilər. Yastıhüceyrəli xərçəngin variantlarından biri ziyilli xərçəngdir ki, bu da səs yarığı nahiyəsində əmələ gəlir. Erkən mərhələlərdə şüa terapiyası, sonrakı mərhələlərdə isə cərrahi metod tətbiq olunur. Ziyilli xərçəng cərrahi yolla müalicə olunur. Əksər hallarda kompleks müalicə aparılır. Həmçinin bax: Ürək şişləri, Baş və boyun şişləri, Mədəaltı vəzin şişləri, baş beyin şişləri, qarın boşluğu şişləri