Şiş xəstəlikləri

Şiş xəstəlikləri

ŞIŞ XƏSTƏLIKLƏRI - xoşxassəli və bədxassəli olur. Sağlam xassəli şişdə onu əhatə edən toxumalardan ayıran xüsusi kapsul vardır. Bu şiş çox yavaş böyüyür və asanlıqla müalicə olunur. Bəzi xoşxassəli şişlər hərdən bədxassəli (yaman) şişlərə çevrilir: tünd piqment ləkəsi ən bədxassəli şişə - melanomaya, mədə polipi - xərçəngə çevrilə bilər.
Bədxassəli şişlər üçün səciyyəvi əlamətlər bunlardır: kapsulun olmaması, daima böyüməklə qonşu toxumalara keçməsi, metastaz vermə (şiş hüceyrələrinin limfa və ya qan axını ilə başqa üzvlərə və toxumalara köçürülməsi), residiv verməsi (kənar edildikdən sonra eyni yerdə yenidən peyda olma), kaxeksiya (ümumi üzülmə). Bədxassəli şiş epitel toxumasından əmələ gəlmişsə xərçəng, birləşdirici toxumadan əmələ gəlmişsə - sarkoma adlanır.
Bədxassəli şiş prosesinin ağırlıq dərəcəsini mərhələlərlə qeyd olunma qaydası qəbul edilmişdir. I mərhələdəşişin səthi kiçik ölçüdə olur və ya o dərin toxuma qatlarına yayılmır və yaxınlıqdakı regionar limfa düyünlərinin zədələnməsi ilə müşayiət olunmur. Bu mərhələdə ən müvəffəqiyyətli müalicə aparılması mümkün olur.
II mərhələdə - artıq şiş ətrafdakı toxumalara keçir, lakin kiçik ölçüdə olur və ən yaxındakı limfa düyünlərində metastaz verir. Xəstəliyin III mərhələsiüçün şişin az mütəhərrikliyi, iri ölçüdə olması, həm də regionar limfa düyünlərinin zədələnməsi səciyyəvi haldır. Bu mərhələdə xəstəliyin, xüsusən kombinə edilmiş (birləşdirilmiş) metodlarla müalicəsi hələ mümkün olur. Lakin müalicənin nəticəsi I və II mərhələlərindəkinə nisbətən pis olur.
IV mərhələdəşiş geniş yayılıb, ətrafındakı toxumaların dərin çatlarına işləyir, nəm də təkcə regionar limfa düyünlərində deyil, ayrı-ayrı üzvlərdə də metastaz verir; kaxeksiya aydın təzahür edir. Bu mərhələdə az miqdarda xəstələrin kimyəvi terapiya və şüa metodları ilə müalicəsi uzunmüddətli müsbət klinik effekt əldə etməyə imkan verir. Bəzi hallarda simptomatik və ya palliativ (yüngüllük verən) müalicə ilə kifayətlənmək lazım gəlir. Bədxassəli şişlərin ancaq vaxtında aşkar edilməsi hallarında müalicənin müvəffəqiyyətlə əlverişsiz olur.

Bir qrup xəstəliklər vardır ki, çox vaxt onların fonunda bədxassəli şişlər əmələ gəlir, - bu xərçəngqabağı vəziyyətlər yaradan xəstəliklərdir. Dil və ya dodaq xərçəngi çox vaxt ağ ləkələr olan və ya selikli qişanın uzun müddət sağalmayan çatları olan yerlərdə inkişaf edir: ağ ciyərlər xərçəngi xronik iltihab prosesləri olan yerlərdə, uşaqlıq boynunu xərçəngi - onun eroziyaları baş vermiş yerdə əmələ gəlir. Bəzi xərçəng formaları başlanğıc mərhələlərində, demək olar ki, simptomsuz cərəyan edir və xəstələr çox həkimə müraciət etmirlər. Məsələn, süd vəzisi xərçəngi başlanğıc mərhələsində bəzən heç hiss olunmayan və ancaq təsadüfən aşkar edilən kiçik düyüncükdən ibarət olur.
Xərçəngin profilaktikasi və erkən diaqnozu. Xərçəng xəstəliklərinin profilaktikası (qarşısının alınması) haqqında müsahibələr aparılması, əhalinin elmi-kütləvi ədəbiyyatla, plakatlarla təmin edilməsi, xərçəngin və xərçəngqabağı xəstəliklərin səciyyəvi xassələri göstərilən fotovitrinlər təşkil edilməsi, müntəzəm sürətdə profilaktik müayinələr keçirilməsi - bədxassəli şişlərin erkən aşkar edilməsi üzrə güclü profilaktika vasitələri və tədbirləridir. Xərçəngqabağı vəziyyətləri və xərçəngin erkən formalarının aşkar edilməsi məqsədilə poliklinikalar və tibbi-sanitar hissələri tərəfindən keçirilən ümumi tədbirlərlə yanaşı, müntəzəm surətdə orta və qoca yaşlı şəxslərin müayinəsi də keçirilməlidir. İstehsalatda adamların kütləvi flüoroqrafiyadan və ginekoloji müayinədən keçirilməsi ağciyərlərdə və qadın cinsiyyət üzvlərində xərçəngin erkən formalarını aşkar etməyə imkan verir. Xroniki mədə-bağırsaq xəstəliklərinə tutulmuş xəstələrin mədə-bağırsaq traktın da müntəzəm surətdə keçirilən profilaktik rentgenoskopiya xərçəngqabağı xəstələnmələrin və bunların xərçəngə çevrilməsini vaxtında meydana çıxarılmasına kömək edir. Xəstələrin müayinəyə cəlb edilməsi və xəstəliyə diaqnoz qoyulmasından sonra 10 gündən gec olmayaraq xəstəxanaya aparılması müalicə nəticələrinin yaxşılaşmasına kömək edir. Xəstələrin qeydə alınması, müayinə və müalicəsindən əlavə keçirilmiş müalicələrdən sonra xəstələr üzərində çoxillik müşahidə aparılması da əhəmiyyətli yer tutur.

Mənbə: Paleyevin redaktəsi ilə "Tibb bacısının məlumat kitabı"

Top