Xalqların milli ayaqqabıları

Xalqların milli ayaqqabıları

Ayaqqabı həmişə qarderobumuzda önəmli yeri tutur.

Əvvəllər ayaqqabı istilik və rahatlıq üçün geyinilsə də, indi modanın bir parçasına çevrilmişdir. Qeyd etmək lazımdır, ki, geydiyimiz ayaqqabılar tarixdə bir sıra dövlətlərin milli ayaqqabısı hesab olunub.

 1.  Dzori
Bu ayaqqabı ilə yaponları digər xalqlardan asanlıqla ayırmaq olar. Ayaqqabının əsas hissəsi öndə deyil, mərkəzində yerləşir.


2.  Vyetnamka
Adından göründüyü kimi əsas istehsal ölkəsi Vyetnamdır, amma demək olar ki,  bütün dünya ölkələrində satışına rast gəlmək mümkündür.

3. Valenki
Milli rus ayaq geyimidir, qoyun yunundan hazırlanır. Rusiya soyuq iqlimə malik olduğu üçün bu ayaq geyimi indiyədək dağlıq bölgələrdə geyinilməkdədir.


4. Çuvyaki
Bu dabansız yumşaq dəri ayaqqabı Orta Asiya və Qafqaz xalqlarına aid edilir. Əvvəllər Qafqazda çuvyakini həm kişilər, həm qadınlar geyinərdi. Ayaqqabı öküz, camış dərisindən hazırlanır.


5. İçiq
Qazaxlara aid yumşaq dəridən, yaxud da rəngli tumacdan tikilən kişi və qadın ayaqqabısı, uzunboğaz çəkmədir.


6.  Sandal
Sandal isti iqlim qurşağına malik ölkələrdə geyinilir, amma vətəni Yunanıstan hesab olunur. Əvvəllər sandal yunanların yeganə ayaq geyimi idi.


7.  Espadrili
Ayaqqabının adı sizə İspaniyanı (Espania) xatırladacaq, haqlısız. Espadrilinin vətəni İspaniya və cənubi Fransadır. Bu ayaqqabı yalın ayağa geyinilir, ayaqqabının alt hissəsi kəndirlə hörülür.


8. Çarıq
Milli Azərbaycan ayaqqabısı, Yüngül və ucuz başa gəlməsi, çöl-təsərrüfat işləri zamanı əlverişli olması çarığı əhalinin böyük əksəriyyətinin ayaq geyiminə çevirmişdir. Azərbaycanda kişi çarıqlarının «kotuğu», «quşburnu», «qızqaytaran», «kalmanı», «xəlbirqırağı», «quşgözü» “şiravi", "şirazi", «təkburun» əcəmi, "üçburun", «qarabağı» və s. kiçik biçim tərzinə və tikiş texnikasına görə fərqlənən müxtəlif növləri olmuşdur. Bəzi etnoqrafik bölgələrdə (Naxçıvan Lənkəran-Astara və s. ) qismən də olsa həsirdən hazırlanan «həsir çarıq»lara da təsadüf olunurdu.
 

9.  Uqqi
Avstraliyanın bu milli geyimi yundan hazırlanır. Ayağı stabil temperaturda saxlayır. Əsas üstülüyü şaxtalarda yalın ayaq geyinilməsidir.
 

10.  Babuşi
Arxasız olan, bir növ yüngül ev ayaqqabısına bənzəyən Babuşi müxtəlif heyvan dərilərindən, bəzən parçadan hazırlanır. Babuşilərin tarixi qədimlərə söykənir. 
 

azens.az 

Top