Kobi Brayantı (Koby Bryant) təəssüf ki, uğursuz bir qəza nəticəsində itirdik. O, təxminən 20 il tərlətdiyi Los Angeles Lakers başda olmaqla, bütün basketbol severlər üçün bir əfsanədən də üstün biri idi.
Əlbəttə, Kobi Brayantın uğuru təsadüflərlə yaranan bir nəticə deyildi. Çox çalışmağın, ən yaxşısını istəməyin və dayanmaq bilməyən birinin bədən halı idi. Black Mamba! Onun bizə viras qoyduğu təkcə uğurları deyil, eyni zamanda tövsiyələri oldu.
Gəlin onlara birlikdə baxaq.
1) Neqativ hər şey: təzyiq, mübarizə, mənim yüksəlməyim üçün bir fürsətdir.
2) Yıxılmaqdan qorxursunuzsa, böyük ehtimalla yıxılacaqsınız.
3) Oyunları qazanmaq üçün nə lazımdırsa edəcəyəm; bu istər dəsmalla bençdə oturmaq olsun, istər komanda dostuma su vermək olsun, istərsə də qalib gələni hədəfə almaq olsun.
4) Tənbəl insanlarla əlaqə qura bilmirəm. Sanki eyni dili danışa bilmirik. Mən sizi başa düşmürəm, mən sizi başa düşmək də istəmirəm.
5) Ən əsas şey mübarizə aparmaq və insanlara mükəmməl olmaq istədikləri şeydə ilham verməkdir.
6) Qazanmaq hər şeydən əvvəldə gəlir. Bu mövzuda boz sahə yoxdur. Demək olar ki yoxdur.
7) Bir sonrakı Maykl Cordan olmaq istəmirəm. Mən sadəcə Kobi Brayant olmaq istəyirəm.
8) Bir dəfə uğursuzluğun necə bir hiss olduğunu öyrəndikdən sonra əzm uğuru qovalar.
9) Əgər özünüzə inanmırsınızsa, heç kim sizin əvəzinizə bunu etməyəcək.
10) Hər-hansı bir şeyi fəda etməyə istəkli olun, ancaq əlinizdən gələnin ən yaxşısını olmaq üçün heç bir şeydən güzəşt verməyin.
Mənbə: fins.az