Planetin ən zəngin insanlarından biri xoşbəxtliyi sadə bir şeylərdə axtarır. Reddit-dəki “Nə olsa məndən soruş” adlı son buraxılışda Microsoft-un yaradıcısı Bill Qeytsə (Bill Gates) iqlim dəyişikliyindən tutmuş gələcək təhsil mövzusuna qədər çoxlu suallar veriblər. Çıxışa başlayandan təxminən 30 dəqiqə sonra iştirakçılar biznesmenin şəxsi həyatı ilə maraqlanmağa başlayıblar.
63 yaşlı Qeyts-ə iki əsas sual veriblər: “Xoşbəxtsiz? və “Sizi nə xoşbəxt edir?”
Dünyanın ən zəngin insanları arasında ikinci yeri tutan adam birinci suala belə cavab verib:
“Bəli! Yaşım otuzdan biraz yuxarı olanda mən düşünmürdüm ki, yaşı 60-dan yuxarı olanlar çox ağıllı olurlar və həyatdan məmnundurlar. İndi isə mən əksini düşünürəm. 20 ildən sonra məndən soruşarsız və mən sizə deyəcəm 80 yaşlılar necə ağıllıdırlar”.
İkinci suala Qeyts belə cavab verib:
“Bu yaxınlarda mən eşitdim ki, övladların uğuru xüsusi bir hissdir və bir valideyn kimi mən bununla tamamilə razıyam. Hərdən öz qarşına qoyduğun öhdəliklərin icrası, məsələn, idmanla məşğul olmaq kimi işlər də sizi həmçinin xoşbəxt edir”. 60 yaşında xoşbəxtlik haqqında düşündükləri ilə 20-30 yaşında düşündükləri arasındakı fərq maraqlıdır. 30 yaşı olanda şübhəsiz ki, biznes nöqteyi nəzərdən “əyləncəli” idi, axı Microsoft-un qabaqcıl missiyasını – “hər evdə və stolda komputer yerləşdirməyi” həyata keçirmək lazım idi. Amma bu missiya inkişaf etmiş ölkələrdə yerinə yetirilib.
O vaxtdan bəri Qeyts üçün hər şey dəyişdi. Bu yaxınlarda o özünün facebook postunda belə paylaşdı: “Mənim 20 və 30-dan biraz cox yaşım olanda proqram təminatını öyrənmək haqqında düşünürdüm. Mən nə məzuniyyət nə də bazar günləri götürürdüm, evlənmək də istəmirdim”. ( Əbəttə ki, Melindaya rastlayanda bu fikrim dəyişdi!). Hal-hazırda o öz əməyinin bəhrəsini görür və Bill və Melinda Qeytslər Fondunun köməyilə artan aclıq brobleminə yardım etmək niyyətindədir.Lakin xoşbəxt olmaq üçün Bill Qeytsin özünün də dediyi kimi milyarder olmağa ehtiyac yoxdur və hər kəs eynilə Qeyts kimi xoşbəxt ola bilər.
1. Öz öhdəliklərinizi yerinə yetirin - İnsanların ildən – ilə ağıllanması təkcə intellektual biliklərdən və ya var-dövlətlərinin olmasından asılı deyil. Qeytsin sözlərinə görə hər ikisi doğru seçimlərdən, ən əsası- öhdəliklərin yerinə yetirilməsinə bağlıdır.
Ola bilsin siz düşünəsiz ki, etdiyiniz karyera seçimi düzgün deyil və bu normal haldır, lakin düzgün olmayan bunun daima sizin beyninizdə olmasıdır. Belə anda əsas olan özünüzə bu sualı verməyinizdir: mən istədiyimlə məşğulamm? və ya mənim üçün əsas olan nədir? Və əgər ürəyinizin səsi sizə: “bəli,bu əsl mən istədiyim işdir deyirsə”, demək ki, bunu dinləməlisiz. Çünki bu ürəyinizin səsi inanmalı olduğunuz səsdir.
2. Paylaşmayı öyrənin — Motivasiya biricisi olan mərhum Cim Ron demişdir:”Yalnız paylaşmaqla siz olanınızdan daha çoxunu əldə edə bilərsiniz”. Özünün böyük fondu sayəsində Qeyts buna nail olub və bunu bu məqaləni oxuyanların çoxu dərk edə bilmir. 2006-cı ildə onun yaxın dostu, hal-hazırda planetin ən zəngin insanları içərisində üçüncü yeri tutan Uorren Baffet Qeyts Fonduna infeksion xəstəliklərlə mübarizəyə və təhsildə islahatlara görə maliyyələşmə üçün 31 milyard dollar göndərdi. Elm sübut edir ki, kiməsə nəsə bağışlamaq bizi xoşbəxt edir və minnətdarlıq hissi yaradır. Harvard biznes-məktəbi bir araşdırmasında belə qənaətə gəlib ki, biz digər insanlar üşün nəsə edəndə mənəvi tərəfdən özümüz də daha çoxunu qazanırıq, məsələn GoFundMe-dəki xərçəng xəstəsi olan bir dostumuz üçün pul toplanmasında iştirak edirik. Həmçinin ədalətsizliyə qarşı mübarizə və maliyyə məsələlərində qənaət etmək də müsbət nəticə verir.
3. Öz bədəninizə müqəddəs məbəd kimi yanaşın — Özü tennis oyunçusu olan Qeyts deyib ki, idmanla məşğul olmaq da bizi xoşbəxt edir.Belə ki, idman əhval-ruhiyyəni qaldırır və narahatlğı, depressiyanı aradan götürür. 24 qadın arasında depressiya ilə bağlı aparılan araşdırma nəticəsində, istənilən idman növü ilə məşğul olmanın depressiyanı əsaslı şəkildə azaltması otraya çıxıb.
4. Birinci yerdə ailə gəlməlidir — Qeyts etiraf edir ki, onun prioritetləri ailə həyatı və uşaqlarının necə müvəffəqiyyət qazanacağıdır. Ailə həyatını karyera ilə bir yerdə tutmaq və hətta üstünlüyü işə vermək sizə baha başa gələ bilər. Elmi araşdırmalar göstərir ki, işdə ölüm halları “çox işləmək” və “karyera ilə ailə həyatı arasında olan münaqişələr”dən yaranan stressdən olur. Əgər öncə iş yoxsa ailə həyatı deyə qərar verə bilmirsizsə qarşınıza belə bir sadə seçim qoya bilərsiz: özünüz üçün əvvəlcə ailə daha sonra iş prioritetləri barədə sərhədlər qoya bilərsiz. Sonda bu sərhədlər daxilində etdiyiniz seçimlər sizi iş həyatınızda da daha fəal edəcək. Uşaqlarınıza isə balet konsertinə baxmaq və ya liqa oyunu oynamaq üçün valideynlərinin evə vaxtında gəlməsi xoş təsir edəcək.
Mənbə: banker.az