Hamımız həyatımızda çətin zamanlar yaşaya bilirik. Belə vaxtlarda hədərə xərclədiyimiz pullar üçün heyfsilənir və buna görə özümüzü bədxərclikdə günahlandırırıq.
Çətin vaxtlar keçirməyimiz gələcək günlərdə pulsuzluq yaşamasaqda ehtiyatlı pul xərcləməyimizə və daha qənaətcil olmağımıza səbəb olur. Qənaətcil olmaq əslində edilməsi lazım olan ən doğru şeydir, ancaq bəzən xətti keçir və lazımsız yerlərə pul xərcləyirik. Bu hərəkətlərin qarşısını almaq və pulumuzun qədrini bilmək, faydalı bir yerə xərcləmək üçün qənaətcil olmağımız şərtdir. Ancaq öyrəncəli olmayan üçün bu vəzifəni yerinə yetirmək çox çətindir. Qənaətcil olmaq diqqət tələb edən bir vərdişdir. Qənaətcil olmaq istəyənlərə bir neçə təklifimiz var. Buyurub tanış ola bilərsiniz.
Mükafat üsulu
Arada bir gözəl məkanlara gedib gözəl vaxt keçirmək istəyə bilərsiniz. Ancaq bu sizin üçün vərdiş yox, arada bir edilən bir şey olmalıdır. Hər gün müəyyən bir yerə getmək, hər dəfə bahalı yeməklər yeyib içkilər içmək bir müddət sonra adət halına çevriləcək və nə olursa olsun, bu adətinizi davam etdirmək istəyəcəksiniz. Məktəbinizin, iş yerinizin yanında belə məkanlar ola bilər. Siz hər dərs və ya iş çıxışı ora getsəniz, deməli, yenə lazımsız yerə pul xərcləyəcəksiniz. Bu cür fəaliyyətləri xüsusi günlərdə, həftədə bir dəfə və ya özünüzü mükafatlandırdığınız günlərdə etmək daha uyğundur. Bunun yerində evdə eyni ləzzəti verəcək fəaliyyətlə məşğul olun
Qiyafət
Heç bir zaman geyəcək bir şeyiniz yoxdur deyilmi? Mənim də elə… Amma zamanla öyrənirik ki, nə qədər alırıqsa alaq, yenə də yetmir ki, yetmir. Əslində buna kimsə də diqqət etmir. Biz yaşıl paltomuza uyğun olsun deyə tünd yaşıl bir qısa boğaz çəkmə alarkən dünyada çox ciddi hadisələr olur. Əslində demək istədiyimiz çox açıqdır. Dünya bizim çəkməmizin və çantamızın ətrafında dönmür. O çəkmə yaşıl da olsa, bənövşəyi də olsa, bir çəkmədir. 10 cüt deyil, 2 cüt də olsa, eyni işi görür və əslində baxsanız, özümüzdən başqa kimsə buna əhəmiyyət vermir.
Dəb
Hər kəs son çıxan telefona, kompyuterə sahib olmaq istəyir. Əslində heç bir səbəbi yoxdur. Sadəcə hər kəs istəyir deyə biz də istəyirik. Halbuki, 10 il əvvəl bir telefonumuz belə yox idi. Xoşbəxt idikmi? Həm də çox xoşbəxt idik. O vaxtlar atası velosiped almayıb deyə üzgün olan uşaqlar var idi, əlbəttə, bir gün alınırdı. Amma indi 1000 manatlıq telefon almır deyə üzülən övladlar var. Əminik ki, hər ailə üçün asan deyil və bilir ki, alındığı zaman heç bir xeyri olmayacaq zərərindən başqa. Bir şey alarkən bu nə qədər lazımdır deyə düşünmək lazımdır. Əlimdəki ilə kifayətlənə bilmərəmmi? sualını özünə verməyin lazımdır.
Olmayanları düşünmək
Yeni bir şey almaq istədiyimiz zaman bunun nə qədər lazımlı olduğunu soruşmağımız lazım olduğunu demişdik. Acdığımız zaman 20-25 manatlıq yemək yeyərkən məktəb yeməkxanasında 1 manatlıq yemək yeyən dostlarımızı və heç yemək yeməyən insanları düşünmək lazımdır. Belə zamanlarda pulumuzun qədrini bilər və daha faydalı işlərə xərcləyə bilərik. Eyni pul ilə bir aca yemək alar bilər və bununla onun sevincinə səbəb olmuş olarıq.
Hədəf seçmək
Əgər çox istədiyimiz bir şey varsa, qarşımıza məqsəd qoyub ona çata bilərik. Pul yığmaq üçün vazkeçilməyəcək bir motivasiya vasitəsi pul yığmaq vərdişinizi qazanmağa kömək etmiş olacaq.
Mənbə : atv.az