1. Günahkarlıq hissi
Günah hissinə bir çoxumuzun uşaqlıqdan öyrədilirik. “Yeməyini ye, yoxsa arxandan ağlayar” və ya “Mən sənin üçün saçımı süpürgə edirəm, sən isə bu vəziyyətdə şikayət edirsən?” cümlələrini hamımız eşitmişik. Böyüdükcə isə bu cümlələr bizim daha da dərinimizdə yuva salaraq, güvənsizlik yaşamağınıza səbəb olur. Günahkarlıq hissi başqalarını bilərək incitməməkdə və ya ən dərindəki dəyərlərinizi heçə saymamaqda sizə kömək edə bilər. Ancaq həddindən çox günahkarlıq hissi həyatın bütün sevincini alıb aparır. Günahkarlığın bir çox növü vardır, tədqiqatlar isə bu növlər arasında tək bir günahkarlıq duyğusunun yaxşı olduğunu söyləyir; o da etdiyiniz zərərverici bir hərəkətin ardından duyulan günahkarlıq hissidir. Dəyər verdiyiniz birinə yalan söylədikdən və ya eqoist, alçaldıcı davrandıqdan sonra hiss edilən günahkarlıq duyğusu, eyni davranışı təkrarlamağınıza mane olur və peşmanlıq hiss etdirir. Digər bir çox günah hissi isə belə bir təsirə sahib deyil. Keçmişdəki səhvlərinizdən dərs çıxarın və həyatın sizə verdiyi hədiyyələrin, gözəlliklərin qiymətini bilin.
2. Müvəffəqiyyətsiz olduğunu düşünmək
Bir çoxumuzda bu müvəffəqiyyətsizlik düşüncəsi böyüdüyümüz vaxt ailədən gələn tənqidlər, nümunə göstərilən yoldaşlar və ya bacı-qardaşlar qədər ağıllı olduğunu düşünməmək hissi, diaqnoz edilməmiş diqqət pozuqluğu səbəbiylə meydana gələ bilər. Müvəffəqiyyətsizlik hissi həyatın əhəmiyyətli bir sahəsindəki xəyal qırıqlığından da qaynaqlana bilər; boşanma, tənhalıq, borca girmə, məktəbdə müvəffəqiyyətsizlik və ya istədiyi işi tapa bilməmək kimik hallar. Bu müvəffəqiyyətsizlik düşüncəsi bir dəfə meydana gəldikdə, bunu həyatınızın hər sahəsinə daşıya bilərsiniz. Bu düşüncə sizə verilən bir vəzifəyə kifayət qədər diqqət göstərməklı, işi vaxtında təhvil vermənək və ya çox mükəmməl olmağa çalışmaq, böyük şəkilə baxmaq əvəzinə gərəksiz detallara fokuslanma formasında özünü göstərə bilər. İnamslz davranıb, müdir və ya müştərilərinizin də sizə qarşı etibarsızlıq meydana gəlməsinə səbəb ola bilərsiniz. Bu müvəffəqiyyətsizlik hissinin öhdəsindən gəlmək üçün atmanız lazım olan ilk addım bu düşüncənin varlığının fərqinə varmaq və ona inanmaq məcburiyyətində olmadığınızı görməkdir. Hər yeni fürsət yeni bir başlanğıc və keçmişdəki səhvlərdən dərs çıxarmaq üçün yeni bir şansdır.
3. Hər şeyi mükəmməl etməyə çalışmaq
Öz-özünüzün ən böyük tənqidçisinizsə, etdiyiniz heç bir şey öz yüksək standartlarınızı qarşılamaq üçün kifayət olmursa, deməli problem var. Hər şeyi mükəmməl etməyə çalışmaqla, siz bir çox işləri yarımçıq qoyacaq, hər şeydən bezəcək, tezliklə isə əlinizi hər şeydən soyutmuş olacasınız. Review of General Psychology yayımladığı bir məqalədə mükəmməlçi olan insanların despressiya və ifrat həyəcana, hətta intihara meylli olduqlarını bildirmişdi. Mükəmməlçilik həm düşüncələriniz, həm də bədəniniz üçün təhlükəli ola bilər. Mükəmməlçilərin özlərinə qarşı hörmətləri də şərtlərə görə dəyişkən ola bilər. Özlərini yalnız nəyisə mükəmməl etdiklərin zaman sevirlər. Başqasının mükəmməl ola biləcəyini düşünmədikləri üçün başqalarını sevmə ehtimalları da olduqca aşağıdır. Bu xüsusiyyətdən xilas olmaq üçün “olmalıdır” ilə bitən cümlələrdən və həyatda yalnız qara və ağın olduğunu düşünməkdən imtina etmək lazımdır. Özünüzə bəzi şeyləri sınamaq üçün şans verin. Səhvləri bir fəlakət olaraq görməkdən əl çəkin. Özünüzə vaxt verin. Etdiyiniz bir işə dəfələrlə nəzarət etməyin.
4. Peşmanlıq hissiylə yaşamaq
Peşmanlıq mənfi şüur və emosiya vəziyyətidir və əldə edilən pis nəticələrdən ötrü özünü günahlandırmağa, məğlub kimi hiss etməyə, etdiyiniz seçimlərdən imtina etməyə səbəb olur. Əgər vəziyyəti dəyişdirmək üçün fürsət varsa, peşmanlıq nə qədər ağrılı olsa da, bəzən faydalı nəticələr verə bilər. Əgər bir vərdişiniz varsa, bundan yaxa qurtarmaq üçün peşmanlıq hətta faydalı bir hiss də ola bilər. Lakin hər hansı bir şeyi dəyişdirmək imkanınız olmadığı vəziyyətlərdə peşmanlıq hiss etmək sizi zehni və fiziki olaraq məhv edə bilər. Bu cür peşmanlıq hissi bütün bədəninizin və beyninizin nəzarətini öz əlinə keçirə bilər. Peşmanlıqla mübarizə aparmaq üçün fikrinizi indiki zamanda cəmləyin və buna uyğun strategiyalar fikirləşin.
5. Özünü başqaları müqayisə etmək
Başqalarının həyatının sizə görünən tərəfləri hər zaman qat-qat fərqli olacaq. Özünüzdən yaxşı həyat yaşayanlarla öz həyatınızı müqayisə edərək ancaq daha da arxaya addımlaya bilərsiniz. Sizin müayisə aparmalı olduğunuz yeganə şəxs keçmişdəki özünüzsünüz. Bu müqayisə sizi ancaq irəliyə aparacaq və atdığınız addımları təhlil edərək, daha böyük nəticələr əldə etməyinizə kömək edəcək.
6. Başqalarını məmnun etmək
Başqalarını məmnun etməyə çalışmağın əsl səbəbi hər kəsin sizi sevməsini və sizinlə əlaqədar müsbət fikirlərə sahib olmasını istəməkdir. Bəlkə Narsistik və hissiyyat baxımdan sizi istismar edən valideynlərə sahib olmusunuz və ailə içində psixoloji olaraq ayaqda qala bilmək üçün uşaqlığınız onları məmnun etməklə keçib. Hətta beynin daha dərinliklərində başqalarının sizə hirslənməsini və ya sizə hirslənməsinin qarşısını almaq üçün onları məmnun etmə düşüncəsi də yata bilər. İnsanları məmnun etmək empatik sui-istifadədən başqa bir şey deyil. Halbuki insanın hər zaman başqa seçim şansıvar. “Olmalıdır” deyə bitən cümlələrdən sıyrılın. Başqalarını məmnun etmək üçün verdiyiniz səyin sizə nə qədər çətinlik törətdiyini anlayın. Sərhədlər qoyun və başqalarından gələn tələblərə xeyr deməyi öyrənin. Uzun müddət stressdən xilas olmaq üçün qısa müddətli narahatlıqları qəbul edin. Başqalarının ehtiyaclarıyla öz ehtiyaclarınlz arasında tarazlıq qurmağı və öz ehtiyaclarınıza prioritet verməyi öyrənin.
Ülviyyə Mütəllimova