Türk dünyası ölkələri haqda

Türk dünyası ölkələri haqda

Türk xalqları Altay dil ailəsinin türk dil qrupuna aid olub 4 qola ayrılır.
1. Oğuz qolu –türk, azərbaycanlı, qaqauz, türkmən, türkmən, Krım tatarları, Axıska (Mehseti) türkləri və s.
2. Uyğur qolu -özbək, uyğur, tuvalı, xakas, kızıllar
3. Qıpçaq qolu – qazax, qaraqalpaq, qumık, qırğız, poqay, altaylar və s.
4. Bulqar qolu – tatar, başqırd, qaraçay, karaim və s. türk ölkələri
Dil yaxınlığı etibarı ilə yakutlar monqollara, çuvaşlar isə finlərə qarışmış və türk dillərindən uzaqlaşmışlar.
Türk xalqlarını birləşdirən ümumi xüsusiyyətlər adət-ənənə, folklor yaxınlığı, eyni coğrafi adların qoyulmasıdır.

1. Müstəqil türk dövlətləri (7 ölkə) Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr.
2. Dövlət qurumları olan türk xalqları — Kabarda-Balkarıstan, Qaraçay-Çərkəz, Çuvaş, Tatarıstan, Başqırdıstan, Altay, Xakasiya, Saxa-Yakutiya, Tuva, Taymır (Rusiyada), Sıntzyan-Uyğur (Cində)
3. Dövlət qurumu olmayan türk xalqları — qumuk, Krım tatarları, qaqauz, Axıska türkləri, karaimlər, krımçaklar və s.
4. Muxtar Respublikası olan türk dövlətləri — Özbəkistan (Qaraqalpak MR) və Azərbaycan (Naxçıvan MR)
5. Xəzəryanı türk dövlətləri — Azərbaycan, Qazaxıstan, Türkmənistan
6. Dünya okeanına birbaşa çıxışı olan türk dövləti – Türkiyə
7. Dünya okeanına çıxışı olmayan türk dövlətləri — Qırğızıstan, Özbəkistan.
8. Sahəsinin böyüklüyünə görə -Saxa-Yakutiya, Qazaxıstan, Sintzyan-Uyğur, Türkiyə, Türkmənistan, Özbəkistan.
9. Əhalinin sayına görə – Türkiyə, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan.
10. Sürgün edilən xalqlar – Axıska türkləri, Krım tatarları,.
11. Dini etiqadına görə əksər türklər islam dininə etiqad edir. Lakin yakutlar – şaman, uyğurlar – buddizm, çuvaş və qaqauzlar – xristian, karaim və krımçaklar isə yəhudi dininə sitayiş edirlər.
12. Qədim dağlar – Qazax xırda təpəliyi, Altay, Tyan-Şan, Sayan.
13. Cavan dağlar — Qafqaz, Pont, Tavr, Kopetdağ
14. Düzənliklər – Turan, Xəzəryanı, Kür-Araz ovalıqları, Ust-Yurd və Anadolu yaylaları.
15. Ən uca zirvə – Tyan-Şanda Qələbə piki — 7439m. (Qırğızıstan)
16. Ən çökək yer – Turfan çökəkliyi – 154m (Sıntszyan-Uyğur), Karagiye – 132m (Qazaxıstan)
17. Səhralar – Təklə-Məkan, Qaraqum, Qızılqum.
18. Platformalar – Şərqi Avropa (Rusiyanın Avropa hissəsinin türk qurumları) və Turan (Özbəkistan və Türkmənistan)
19. Neft yataqları olanlar – Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tatarıstan, Başqırdıstan.
20. Kömür yataqları – Türkiyə (Zonquldağ-Ereqli), Özbəkistan (Anqren), Qazaxıstan (Karaqanda), Sıntszyan-Uyğur (Bay), Tuva (Ulufem), Saxa-Yakutiya və Qırğızıstanda.
21. Metal filizləri – Türkiyə (mis, xromit), Azərbaycan (dəmir və polimetal filizləri), Qazaxıstan (mis, manqan, molibden, boksit, dəmir filizi), Saxa-Yakutiyada (dəmir, qalay)
22. Qızıl – Saxa-Yakutiya, Özbəkistan.
23. Meşə – Saxa Yakutiya, Tuva, Xakasiya.
24. Almaz – Saxa-Yakutiya.
25. Subtropik iqlim – Türkmənistan, Sıntszyan-Uyğurun cənubu, Türkiyə və Azərbaycan.
26. Su problemi olan – Mərkəzi Asiya ölkələri.

Top