Orta Avropa

Orta Avropa

Sahəsi 1,4 mln km2 olan Orta Avropada 10 ölkə yerləşir. Bu dövlətlərdən dördünün- İsveçrə, Avstriya, Lüksemburq və Lixtenşteynin dənizə çıxışı yoxdur. Dövlət quruluşuna görə regionun 5 ölkəsi-AFR, Fransa, Avstriya, Irlandiya və İsveçrə respublika; 5-i isə -Ingiltərə, Niderland, Belçika, Lüksemburq və Lixtenşteyn konstitusiyalı monarxiyadır. Bu dövlətlərdən -AFR, Avstriya, İsveçrə və Belçika federasiya, qalan 6 ölkə isə unitardır. Region ölkələrindən Lixtenşteyn cırtdan ölkədir. Niderland dövlətlərinin qeyri-rəsmi adı isə Hollandiyadır. Regionun Avropada mərkəz mövqeyi tutması onun ərazisinin tranzit əhəmiyyətini artırır.

Əhalisi 248 mln nəfər olub I tipə aiddirlər. Bura da -dünyada ən aşağı təbii artım göstəriciləri müşahidə olunur. Bəzi ölkələrdə əhalinin təbii artması prosesi getdiyindən işçi qüvvəsi çatışmır. Bu səbəbdən bu region dünyada fəhlə qüvvəsinin başlıca «idxalçısıdır»

Orta Avropa əhalisi Hind-Avropa dil ailəsinə daxil olan german ( laman, ingilis, holland və raman) dil qruplarında danışırlar. Region ölkələrinin əhalisi əsasən birmillətlidir. Yalnız Belçikada 2 dildə (fransız və holland) və İsveçrədə 3 dildə (alman, fransız, italyan) danışırlar.

Bu region həm də dünyanın ən sıx məskunlaşmış və urbanizasiyalaşmış regionlarındandır. Regionda Ingilis və Reynsahili meqalopolislər formalaşır.

Sənaye regionda təbii ehtiyatlar çox qədimdən çıxarıldığından ya tükənmiş, ya da hasilatı çox baha başa gəlir. «Avropa-Texası» adlanan Şimal dənizindən Ingiltərə və Niderland qaz, Norveç və Ingiltərə isə neft çıxarır. AFR və Fransada uran filizi çıxarılır. Ümumilikdə Bu regionda sənaye əsasən gətirilmə xammal və yanacağa əsaslanır. Bu region AES-lərin ümumi gücünə görə dünyada 1-ci yerdə durur.

Qara metallurgiya müəssisələri gətirilmə xammala əsaslandığından dəniz limanlarında yerləşir. Regionun ən iri metallurgiya rayonu AFR-in Rur kömür hövzəsidir. Lüksemburq adambaşına polad istehsalına görə dünyada 1-ci yerdə durduğundan bu ölkəni «polad hersoqluq» adlandırırlar.

IOÖ-lərdə öz satış bazarından məhrum olduğu üçün regionun yüngül sənayesi durğunluq keçirir.

Intensiv inkişaf edən k/t-da heyvandarlıq daha güclü inkişafı ilə fərqlənir. Niderland gülçülüyünə görə dünyada fərqlənir.

Nəqliyyatı. Dünyanın ən sıx nəqliyyat şəbəkəsi bu regiondadır. Reyn çayının mənsəbində dünyanın ən iri dəniz portu Rotterdam, orta axarında isə dünyanın ən iri çay limanı Duysburq yerləşir. «Əsrin tikintisi» sayılan La-Manş boğazından Paris və Londonu birləşdirən sualtı tunel çəkilmişdi.

Xarici ticarəti əsasən AI ölkələri, ABŞ, Yaponiya və IOÖ-lərdir. Region IOÖ-lərdən sənaye və k/t xammalı alır, əvəzində isə hazır sənaye məhsulları ixrac edir.

Problemləri. Hava və su çirklənib. AFR və Ingiltərədə tez-tez «turşulu yağışlar» yağır.

Daxili fərqlər. Regionun ən IEÖ-ləri AFR, Ingiltərə və Fransadır.

AFR-Qərbi Avropanın ən IEÖ-sidir Iqtisadi gücünə görə yalnız ABŞ və Yaponiyadan geri qalır. O, 16 federal torpaqdan ibarət federativ ölkədir. Rur və Saar hövzələrindən kömür çıxarır. AFR qonur kömür hasilatına görə dünyada 1-ci yerdə durur. AFR dünya bazarına ən çox maşınqayırma məhsulları çıxaran ölkələrdən biridir. AFR-də «Mersedes» və «BMV» maşınları hazırlayır. K/t-da heyvandarlıq güclü inkişafı ilə fərqlənir. Ingiltərənin rəsmi adı- Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığıdır. Ölkə 4 tarixi ərazidən- Ingiltərə, Şotlandiya, Uels və Şimali Irlandiyadan ibarətdir. Midlend və Uelsdəki kömür və dəmir filizləri metallurgiyanın güclü inkişafına səbəb olmuşdur. Şimal dənizindən neft və qaz çıxartdığı üçün Ingiltərə neft idxal edən ölkədən neft ixrac edən ölkəyə çevrilib. Ingiltərə əvvəllər Britaniya imperiyasına aid olan ölkələrin Birliyini yaratmış və ona rəhbərlik edir. bu keçmiş müstəmləkə ölkələri ilə əlaqələri tənzimləyən özünəməxsus iqtisadi birlik formasıdır.

Ingiltərənin ənənəvi sənaye sahələri-daş kömür hasilatı, gəmiqayırma və toxuculuqdur. Ingiltərənin k/t əhalinin ərzağa olan tələbatını təmin etmir.

Fransa faydalı qazıntılarla kasad olsa da, zəngin hidroenerji sərvətinə, məhsuldar torpaqlara, mülayim və subtropik iqlimə malikdir. Energetika xammalının kasıb (uran istisna olmaqla), enerjiyə təlabatın çox olduğundan Fransa da AES-lərin sayı çoxdur. Lotaringiyada dəmir filizi çıxarılır. Ət, süd məhsulları istehsalına, buğda, şəkər çuğunduru yığımına görə Fransa Qərbi Avropada 1-ci, üzüm emalına və şərab istehsalına görə isə dünyada qabaqcıl yer tutur. O, bu məhsulların çoxunu ixrac edir.
Top