Cənub-Qərbi Asiya ölkələri

Cənub-Qərbi Asiya ölkələri

Regionda 16 ölkə yerləşir. ICM-nin başlıca əlaməti 3 qitənin (Afrika, Asiya, Avropa) yolayrıcında, mühüm hava və dəniz yollarının (Bosfor, Dardanel, Babül-Məndab boğazları. Süveyş kanalı) kəsişdiyi yerdə yerləşmişdir. Bu region Afrikanın Misir və Sudan dövlətləri ilə Yaxın və Orta Şərq regionu da adlandırılır. Orta Şərqə yalnız Iraq və Əfqanıstan aid edilir. Siyasi cəhətdən dünyanın ən narahat regionu olduğundan buranı «barıt çəlləyi» adlandırırlar.
Əhalisi. Əsasən türk, ərəb və farslardan ibarətdir. Islam dini ilə əlaqədar təbii artım yüksəkdir. Əhalinin yarıdan çoxu şəhərlərdə yaşayır. Ən iri şəhərləri –Istanbul, Tehran, Ankara, Izmir, Bağdad, Dəməşq, Isfahan, Təbriz, Əl-Riyad və s.

Cənub-Qərbi Asiya
Təsərrüfatı Regionda Israil kimi IEÖ, Türkiyə kimi YSÖ, zəngin neft-qaz resursları hesabına sürətlə inkişaf edən Iran körfəzi sahili ərəb ölkələri, dünyanın ən kasıb ölkələrindən olan Əfqanıstan və Iordaniya yerləşir. Emaledici sənayenin müxtəlif sahələrinin, o cümlədən maşınqayırmanın inkişaf sürətinə görə Israil, Türkiyə və Iran fərqlənir. Regionda meşə və su resursları azdır.
K/t Regionda səhra və yarımsəhra landşaftının üstünlük təşkil etməsi suvarma əkinçiliyinin, köçəri və yarımköçəri heyvandarlığın tarixən inkişafına səbəb olmuşdur. Ümumilikdə k/t-da əkinçilik üstünlük təşkil edir. Kipr, Israil, Suriya, Livanın Aralıq dənizi, Türkiyənin Qara və Mərmərə dənizi, Iranın Xəzər dənizi sahillərində rütubətli subtropik əkin sahələri yerləşir. Regionda buğda, pambıq, xurma, üzüm, fındıq, badam və püstə yetişdirilir.
Nəqliyyatında dəniz, boru, avtomobil yaxşı, dəmir yolu zəif inkişaf edib. Region neft-qaz, k/t bitkiləri, əlvan metal və yüngül sənaye məhsulları satır, əvəzində isə hazır sənaye məhsulları alır. Region rekreasiya ehtiyatları ilə zəngindir.
Iran Islam Respublikası – Səudiyyə Ərəbistanından sonra regionun 2-ci ən böyük ölkəsidir. Təbii artım yüksək olub, son 50 ildə əhalisi 4 dəfə artıb. Əhalisi çoxmillətli olub, farslardan başqa, azərbaycanlılar (30 mln), kürd, türkmən və s. yaşayır. Inzibati cəhətdən Iran 25 ostan və bir paytaxt mahaldan ibarətdir. Tarixi Azərbaycan torpaqları Qərbi və Şərqi Azərbaycan, Zəncan, Savalan inzibati əyalətləridir. Neft-qaz sənayesi Iran iqtisadiyyatının başlıca sahəsi olub, valyuta gəlirinin 90%-ni verir. Iran dəmir və miss filizləri ilə zəngin olduğundan, metallurgiya yerli xammala əsaslanır. Xalçaçılıq və sənətkarlıq Iranın ənənəvi sahələridir.
Iran dağlıq ölkədir. Iranın ən hündür nöqtəsi Dəmavənd zirvəsi Elbrus dağ sistemindədir. Ölkənin mərkəzində Dəşti-Kəvr və Dəşti-Lut səhraları yerləşir. Iqlimi əsasən kontinental subtropikdir. Ölkədə su, meşə və torpaq ehtiyatları çatışmır. Harun Iranda gəmiçiliyə yararlı yeganə çaydır. Iranda buğda, çəltik, pambıq, şəkər çuğunduru, çay və s. becərilir.
Asiyanın ərəb ölkələri. II mühüm beynəlxalq gəmiçilik yolları üzərində yerləşir. Regionda ərəblərdən başqa kürdlər də yaşayır. Region əhalisi əsasən müsəlman, Livan və Suriya ərəblərinin yarısı isə xristianlardır. Təbii artım yüksək olsa da Küveyt və Bəhreyn və Qatarda əmək ehtiyatları çatışmadığından burada xarici mühacirlər ölkə əhalisinin 70-80%-ni təşkil edir. Bu isə ölkələrdə yerlilər və gəlmələr problemini yaradır. Küveyt, Bəhreyn, Qatar və BƏƏ-də şəhər əhalisinin xüsusi çəkisi 90%-ə çatıb.
Neft, qaz, xurma ağacları Asiyanın ərəb ölkələrinin iqtisadi rəmzidir. Son illərdə neft və qaz hesabına varlı sənaye sahələri yaradırlar.
Yarımsəhra və səhraların geniş yayıldığı region ölkələrində yalnız suvarma şəraitində taxıl, sitrus bitkilər, tərəvəz becərilir. Regionda yayda quru və isti «xəmsin» və «səmum» küləkləri təsərrüfatda böyük ziyan vurur. Müasir suvarma sistemi və taxıl sortlarından istifadə nəticəsində Səudiyyə Ərəbistanı son illər əhalini nəinki taxılla tam təmin edir, həm də onu satır.
Türkiyə. Yeni sənaye ölkəsi olub, 2 qitədə Avropa və Asiyada yerləşir. Əsasən Kiçik Asiya, qismən isə (3%) Balkan yarımadasında yerləşən Türkiyə - Qara, Egey, Aralıq və Mərmərə dənizləri arasında yerləşir. Türkiyənin daxili dənizi sayılan Mərmərə dənizi- Bosfor boğazı ilə Qara dəniz, Dardanel boğazı ilə isə Egey dənizi ilə birləşir. Türkiyə dağlıq ölkə olub, Şimalda Pont, Cənubda Tavr (Toros) dağları ilə əhatələnib. Onlar arasında isə Anadolu dağlıq yaylası yerləşir. Türkiyədə - xromit, mis, boksit, sink, az miqdarda neft, Zonquldağda daş kömür, Van gölündən kaustik soda, Tuz gölündən duz çıxarılır. Iqlimi subtropikdir. (Aralıq dəniz tipi) ölkənin daxilinə və şərqinə getdikcə iqlim kontinentallaşır. Ən iri çayları Qızıl və Yaşıl Irmaq, Kür, Araz, Dəclə, Fərat, Seyhan, Böyük və Kiçik Məndərəs və Sakaryadır. Ən iri gölləri Van, Tuz, Beyşehrdir. Əhalisinə görə türk dövlətləri içərisində birinci yeri tutur. Təbii artımın II tipinə aid olub, sıxlıq çoxdur. Ölkədə türklərdən başqa ərəb və kürdlər yaşayır. Paytaxtı Ankaradır. Ən iri şəhəri Istanbuldur. Sənaye sahələri arasında yüngül sənaye daha güclü inkişaf edib.
K/t-da əkinçilik güclü inkişaf edib. Ölkədə taxıl, şəkər çuğunduru, pambıq, günəbaxan, zeytun, üzüm, sitrus bitkiləri, tütün, çay becərilir. Heyvandarlıqda qoyunçuluq, anqara keçiləri üstünlük təşkil edir. Türkiyənin əlverişli iqlim şəraitinə malik olan Aralıq dənizi sahilində yerləşməsi və çoxlu qədim tarixi abidələrin olması ölkəyə çoxlu sayda turistlərin gəlməsinə səbəb olur.

Top