Yüngül sənaye

Yüngül sənaye

Yüngül sənaye –toxuculuq tikiş, xəz-dəri, gön-dəri, ayaqqabı, trikotaj və xalçaçılıq sahələrindən ibarətdir. Yüngül sənaye ona bitki xammalı (pambıq, kətan), heyvandarlıq xammalı (yun, ipək, xəz-dəri) və süni və sintetik liftlər verən kimya sənayesi ilə sıx əlaqədardır. Süni lif oduncaqdan hazırlanmış kimyəvi liflərdən (viskoz, asetat və s.) sintetik lif -neft, qaz və kömürdən düzəldilmiş liflərə (kapron, lovsan və s.) deyilir.
Yüngül sənaye bütün ölkələrdə inkişaf edib. XX əsrin II yarısından başlayaraq - bol xammal və ucuz işçi qüvvəsinə malik IEOÖ –lərin bu sahədə payı IEÖ-lərə artmışdır. (Xüsusilə pambıq parça istehsalında)
Toxuculuq – yüngül sənayenin ən mühüm sahədir. Toxuculuq istehlakçıya əmək ehtiyatlarına və xammal mənbələrinə meyl edir. Əsasən qadın əməyindən istifadə olunduğundan toxuculuq müəssisələri ağır sənaye rayonlarında və əhalinin sıx məskunlaşdığı yerlərdə tikilir. Toxuculuq məhsulları pambıq, yun, ipək və kətan parça müəssisələrində yaradılar. Parçanın hazırlanması aşağıdakı mərhələlərdən keçir.
1. Xammal - pambıqtəmizləyən, kətan emal edən və yunyuyan müəssisələrdə ilkin emaldan keçir. Çoxlu tullantı yarandığından bu mərhələ üzrə müəssisələr xammal mənbələri yaxınlığında yerləşdirir.
2. Əyiricilik Bu mərhələdə lifdən yelik alınır.
3. Toxuculuq Bu mərhələdə iplikdən cod parça hazırlanır.
4. Bəzəmə Bu mərhələdə cod parçanı boyayıb, naxışlayırlar.
toxuculuq müəssisəsi

Bu mərhələləri ayrı-ayrı əyiricilik, toxuculuq və ya bəzəmə fabriklərində keçirmək olar. Bu fabriklərin hər birinin nəqliyyata, yükləmə – boşaltma işlərinə çəkdikləri xərclər hazır məhsulun maya dəyərinə daxil olaraq, onun qiymətini bahalaşdıracaq. Deməli, toxuculuq istehsalının bütün mərhələlərini 1 müəssisədə -kombinatda birləşdirmək daha sərfəlidir.
1. Pambıq parça -Çin, Hindistan. Misir. Pakistan, Meksika, Braziliya, Argentina kimi IEOÖ –lərdə toxunur. Bu sahənin IEÖ –lərə nisbətən IEOÖ –lərdə daha sürətlə inkişaf etməsinə səbəb yerli pambıq xammalının bolluğu, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması ( pambıq parça daha ucuzdur), iqlim şəraitidir (əksər IEOÖ –lər pambıq becərilən tropik və subtropik iqlim qurşaqlarında yerləşir).
2. Kimyəvi lifdən toxunan parça ABŞ, Yaponiya və s. IEÖ –lərdə.
3. Ipək parça ABŞ, Yaponiya, Çin. Hindistan
4. Yun parça Italiya, Rusiya, Çin, Yaponiya, ABŞ
5. Kətan parça Rusiya, Belorus, Ukrayna, Fransa
6. Cut parça Hindistan. Banqladeş. Pakistan, Çin
ETI dövründə təbii lifdən toxunan parçaların miqdarı azalmış, kimyəvi lifdən toxunan parçaların miqdarı isə artmışdır.
Pakistan, Hindistan, Çin, Misir, Tayvan, Koreya, Braziliya kimi IEOÖ-lər ucuz işçi qüvvəsi və bol xammal hesabına əsas parça ixrac edən ölkələrə çevrilmişlər.

Top