Ərazisinin böyüklüyünə, əhalisinin sayına, sənaye və k/t məhsulları istehsalına görə bu region Asiyada 1-ci yerdə durur. Regiona 5 ölkə –Yaponiya, Çin, Koreya Respublikası, KXDR və Tayvan daxildir. Bunlardan Yaponiya və Koreya Respublikası IEÖ, KXDR və Çin sosialist ölkəsi, Tayvan isə YSÖ-sidir. Çin və KXDR faydalı qazıntılarla daha zəngindir.
Yaponiya böyük-Hokkaydo, Honsü, Sikoku, Küsü və 4000-dən artıq kiçik adada yerləşən IEÖ-dir. «Böyük 7-liklər» arasında ABŞ-dan sonra 2-ci yerdə durur. Yaponiya konstitusiyalı monarxiyadır.
Əhalisi 128 mln olub, təbii artımın I tipinə aiddir. Yaponiya birmillətli dövlət olub, əhalinin yalnız 1%-ni Koreya və ayn xalqlarından ibarətdir. Uzun ömürlülüyünə görə (81 il) dünyada fərqlənir. Ölkədə 10 milyonçu şəhər və Tokaydo meqalopolisi yerləşir.
Təsərrüfatı. Yaponiya dünyada sənaye məhsulunun istehsalına görə 2-ci, ixracatına görə isə AFR və ABŞ-dan sonra 3-cü yerdə durur. Yaponiya xammalla az təmin olunsa da elmin yüksək inkişafı ilə əlaqədar olaraq təsərrüfat yüksək inkişaf edib. Bu səbəbdən o, elmin inkişafına və ixtisaslı kadr hazırlığına böyük həcmdə pul ayırır. Əksər sənaye müəssisələri gətirmə xammal əsasında işlədiyindən dəniz sahillərində tikilir. Yaponiya-avtomobil, gəmi, robot, polad, traktor, EHM, süni lif və s. istehsalına görə dünyada qabaqcıl yer tutur. ABŞ və Qərbi Avropa ilə yanaşı Yaponiya dünyanın 3 iqtisadi rəqabət mərkəzindən birinə çevrilib. Digər IEÖ-lərdən fərqli olaraq Yaponiya ixtisaslı kadrlar immiqrasiya hesabına yox, yerli kadrlar hesabına ödəyir.
k/t yüksək intensivliyi ilə seçilir. Əkinçilik heyvandarlıqdan daha üstün inkişaf edib. Əkin sahələrinin yarısında çəltik əkilir. Ölkənin cənubundakı subtropik və tropik vilayətlərdə ildə 2, hətta 3 dəfə məhsul yığılır. Balıq ovuna görə Yaponiya dünyada 1-ci yerdədir.
Nəqliyyatı. Çay və boru nəqliyyatından başqa digər nəqliyyat növləri inkişaf edib. Xarici ticarətində dəniz nəqliyyatı mühüm rol oynayır.
Yaponiya xaricdən xammal və yanacaq alır, əvəzində isə hazır məhsullar xüsusilə maşın və avadanlıqlar ixrac edir.
Çin Xalq Respublikası. Çin əhalisinin sayına görə dünyanın 1-ci ərazisinin böyüklüyünə görə Rusiya və Kanadadan sonra 3-cü dövlətdir. Dövlət quruluşuna görə Cin unitar respublikadır. Çin BMT-nin 5 daimi üzvündən biridir. Çin qurudan 13 ölkə ilə həmsərhəd olsa da bu sərhədlərin əksəriyyəti çətin keçilən yüksək dağlıq ərazilərdir. Bu səbəbdən əksər xarici əlaqələr Sakit okeanı vasitəsilə həyata keçirilir.
Əhalisi çoxmillətlidir. Çinin şərqində əhali sıx, Tibetdə isə seyrək məskunlaşıb. Dünyanın heç bir ölkəsində Çində olduğu qədər şəhərli və milyonçu şəhər (40-a qədər) yoxdur.
Təsərrüfatı. Çin kömür hasilatına, sement, polad, velosiped, tikiş və paltaryuyan maşınlar, pambıq parça istehsalına görə dünyada 1-ci yerdə durur. Ölkədə çoxlu sənaye və k/t məhsulları istehsal edilsə də Çin iqtisadiyyatın inkişaf səviyyəsinə, həm də sənaye məhsulunun adambaşı istehsal və istehlakına görə hələ ki «kasıb» ölkə sayılır. Çin təbii ehtiyatlarla zəngindir. Çinin yanacaq-energetika balansında kömür (75%) əsas yer tutur.
K/t -əhalisinin sayı çox olsa da Çin k/t məhsulları ilə ölkə əhalisini təmin edir. Çinin şərqi əkinçilik üçün yararlı olduğu halda, qərbdən dağlıq relyefi, yarımsəhra və səhralı, kəskin kontinental iqlimi yağıntıların azlığı k/t-ın inkişafını çətinləşdirir. Çinin 90% milyonçu, ucqar cənubu subtropik, şərq hissəsi isə musson iqlimində yerləşir. Çin buğda istehsalına görə dünyada 1-ci yer tutur. Heyvanların ümumi sayına görə və donuzların sayına görə dünyada 1-ci yerdədir.