Avstraliya və Okeaniya ölkələri

Avstraliya və Okeaniya ölkələri

Hazırda regiona daxil olan 15 müstəqil ölkələrdən Avstraliya və Yeni Zelandiya IEÖ, qalan 13 ölkə isə IOÖ-lər qrupuna daxil olub. Okeaniya adalarında yerləşirlər. ABŞ və Qərbi Avropa ölkələri Okeaniya adalarının əlverişli coğrafi mövqeyindən istifadə edərək burada iri hərbi bazalar yaradıblar. Gözəl landşafta malik Okeaniya adalarında beynəlxalq turizm inkişaf etmişdir.

Avstraliya və Okeaniya

Avstraliya ittifaqı 6 ştatdan ibarət federativ ölkədir. Başlıca dəniz yollarından və IEÖ-dən uzaqlıq uzunu müddət ölkə iqtisadiyyatının inkişafını ləngitmişdir. Hazırda onu əhatə edən IOÖ-lər Avstraliyanın sənaye mallarının satışı üçün əlverişli bazardır və burada Yaponiya əsas rəqib kimi çıxış edir.
Avstraliyada 19 mln əhali yaşayır ki, bunun da əsas hissəsini Ingiltərədən gələnlərin nəsilləri təşkil edir. Əhalinin 80%-i əlverişli şəraitdə Şərq və Cənub-Şərq hissədə cəmləşib. Şəhər əhalisinin sayı olduqca yüksəkdir. (86%) Milyonçu şəhərləri-Sidney və Melbrundur.
Avstraliya IEÖ olsa da Kanada kimi o, da dünya bazarında ilk növbədə sənaye xammalı və ərzaq tədarükçüsü kimi çıxış edir. Bu xüsusiyyət onu IOÖ-lərə bənzədir. Zəngin qaz, daş kömür, boksit, dəmir və uran filizlərinə malik Avstraliya hasil etdiyi bu xammalın əsas hissəsini ixrac edir.
K/t-nın mühüm sahəsi yunluq istiqamətli heyvandarlıqdır. Avstraliya qoyunlarının sayına (175 mln baş) və yun istehsalına görə dünyada 1-ci yeri tutur. Avstraliyada qoyunçuluğun inkişafına aşağıdakı amillər təsir edir.
1. Ingiltərənin sənayesinin yuna artan təlabatı.
2. Qoyunçuluğun inkişafı üçün əlverişli şərait.
3. Ixracat məhsulu olan yun və dərinin daşınmasının asanlığı, az əməktutumlu olması.
Ölkənin daxili rayonlarındakı səhra və yarımsəhrada ekstensiv heyvandarlıq inkişaf edib. Son illər soyuducularla təchiz olunmuş gəmilərin meydana gəlməsi heyvandarlığın ətlik-südlük istiqamətinin inkişafına səbəb olub.
Düzən, lakin quraq ərazilər geniş yayıldığından əkinçilik yalnız ölkənin Cənub-Şərq, Cənub-Qərb və Şərq hissəsində inkişaf edib. Avstraliya buğda və şəkərin əsas istehsalçısı və ixracatçılarından biridir.
Nəqliyyatı daxildə avtomobil və dəmiryolları vasitəsilə, xaricdə isə hava və su yolları vasitəsi ilə həyata keçirilir. Şərqdən qərbə uzanan yeganə transkontinental magistral Sidney-Pertdir. Xarici ticarəti əsasən Yaponiya (əsasən xammal satır) və digər IEÖ-lərlədir.

H'm,inin bax: Avstraliya haqqında

Top