Maşınqayırma

Maşınqayırma

Işçilərin sayına və istehsal etdiyi məhsulun maya dəyərinə görə maşınqayırma sənaye sahələri arasında 1-ci yeri tutur. Maşınqayırmanın əsas xammalını metallurgiya sənayesi verir. Lakin ETI dövründə maşınqayırmada metala olan tələbat kəskin azalmış, süni materiallara və ixtisaslı kadrlara tələbat artmışdır. Maşınqayırmanın əmək və elm tutumlu sahələrinə tələbat artdığından, maşınqayırma müəssisələri iri şəhərlərə və elm mərkəzlərinə meyl edir.
Dünya maşınqayırmasının 3 iri mərkəzi var:

  1. ABŞ,
  2. Yaponiya,
  3. Qərbi Avropa

ABŞ, Yaponiya, AFR, Fransa, B. Britaniya, Italiya, Çin, Kanada, Braziliya və Rusiyada maşınqayırmanın bütün sahələri inkişaf edib.
Maşınqayırma üçün avtomatlaşdırma, ixtisaslaşdırma və koopretivləşdirmə xarakterikdir. Bu sahə –metal, ixtisaslı kadr, çoxlu işçi qüvvəsi və enerji tələb edir. Maşınqayırma –metallurgiya, kimya, meşə, yüngül sənaye sahələri ilə əlaqəyə girib onlardan metal plastik kütlə, boya, lak, rezin parça taxta və s. alır və az məhsullarını bütün təsərrüfat sahələrinə göndərir.
Dağ-mədən avadanlığı, traktor və dəzgahqayırma kimi ağır maşınqayırma sahələri metal tutumlu olduğundan bu sahələr metallurgiya bazaları yaxınlığında yerləşdirilir.
Cihazqayırma, elektrotexnika, robot və EHM istehsalı, aviasiya, nəqliyyat maşınqayırması isə çoxlu işçi qüvvəsi və ixtisaslı kadrlar tələb etdiyindən iri şəhərlərdə və elm mərkəzlərində yerləşdirilir.
Müxtəlif maşınların hazırlanmasına görə aşağıdakı dövlətlər fərqlənir.
1. Avtomobil – Yaponiya, ABŞ, AFR, Fransa, Italiya, B. Britaniya, Rusiya. Ispaniya, Kanada, Braziliya.
2. Aviasiya (təyyarə) ABŞ, Rusiya, Fransa, B. Britaniya, Kanada
3. Gəmiqayırma – iri dəniz limanlarında – Marsel, Hamburq və Yokohamada inkişaf edib. Gəmi istehsalına görə əsasən Yaponiya və Cənubi Koreya. Qismən İsveç, Fransa və AFR fərqlənir.
4. Elektron (robot) Yaponiya, ABŞ və AFR
5. Vaqon - ABŞ, Fransa, AFR, B. Britaniya, Yaponiya

  1. Televizor – Çin, ABŞ, C. Koreya, Yaponiya, Rusiya
  2. Dəzgah - ABŞ. Rusiya, AFR, Yaponiya, Çin
  3. Traktor - Rusiya, Yaponiya, ABŞ, Hindistan, Italiya. Bu sahə metallurgiya bazalarına və tələbat rayonlarına (k/t rayonlarına) meyl edir.

Top