Bismilləhir-Rahmənir-Rahim kəlməsini hər işin əvvəlində demək — dinimizin böyükləri tərəfindən həmişə vurgulanmışdır. Bu gözəl sünnət müsəlmanların hər bir işdə Allahı şahid və nazir tutmaqlarının xüsusiyyətlərindəndir.
Hədislərə görə bu gözəl kəlmə haqqında daha çox məlumata malik olaq.
Peyğəmbəri-Əkrəm (s) buyurur: “O zaman ki, bəndə yatan zaman “Bismilləhir-Rahmənir-Rahim” deyər, Allah mələklərə deyər: “Səhərə qədər nəfəslərinin sayı qədər ona həsənə yazın”.
Yenə Peyğəmbəri-Əkrəm (s) buyurur: “Ey bəndə! Dəstəmazın əvvəllində “Bismilləhir-Rahmənir-Rahim” de, bütün üzvlərin günahdan pak olsun”.
Peyğəmbəri Əkrəm (s) buyurur: “Hər kim ki, istəyər Allah onu 19 əzab mələklərindən xilas etsin, “Bismilləhir-Rahmənir-Rahim”i qiraət etsin. Çünki bu kəlmə də 19 hərfdən ibarətdir. Allah hər bir hərfi bir (əzab) mələyinin qarşında qalxana çevirər”.
İmam Museyi-Kazımdan (ə) soruşurlar: “Allah Kitabının hansı ayəsi üstün və böyükdür?” Buyurur: “Bismilləhir Rahmənir Rahim!”.
İmam Cəfər Sadiq (ə) buyurur: “Günahın qapılarını Allaha pənah aparmaqla bağlayın və itaət qapılarını “Bismilləhir-Rahmənir-Rahim” deməklə açın”.
Başqa yerdə İmam Sadiq (ə) belə buyurur: “Sizlərdən hər kim dəstəmaz alanda “Bismilləhir-Rahmənir-Rahim” deməzsə, şeytan orda şərik olar. Əgər yemək yeyərkən, su içərkən, paltar geyinərkən və hər bir işdə ki, Allahın adını söyləməlidir, deməzsə, şeytan onlarda da şərik olar”. (tabnak/isna)
Mənbə: Deyerler.org