Əxlaqi tərbiyədə qarşıya çıxan maneələri tanımaq və onları aradan qaldırmaq üçün səy göstərmək – müvəffəqiyyətə çatmaq üçün zəruri olan amillərdəndir. Başqa sözlə desək, o zamana qədər ki, bu maneələr aradan qalxmaz, insan əxlaqi sifətlərə bürünə bilməyəcəkdir.
Riya – o xislətlərdəndir ki, fəzilətli əxlaqa malik olmağa mane olur. Riya insanların gözünü boyamaq və onun vasitəsilə hədəflərinə çatmaqdır. Riyakarlığın zəminələri də fərqlidir. Bəzən vəzifə əldə etmək üçün insan riyakarlıq edər. Ona görə də rüşvət alar və ya insanların haqqına təcavüz edər. Bəzən də dini məclislərdə iştirak edər və hədəfi dini insanların gözündən salmaq olar.
Riyanı hədəf cəhətdən iki yerə bölmək olar: gizli və aşkar. Aşkar riyada insanın hədəfi Allahın razılığını əldə etmək olmaz. Ancaq gizli riyada əsil hədəf qürb və savabdır. Bu insan ibadətini Allaha yaxınlaşmaq üçün edər, eyni zamanda insanların içində özünü nümayiş etdirər. Əgər insanların gözündən uzaqda ibadət etsəydi, ibadətin keyfiyyəti dəyişərdi. Belə ki, bu insan gizlində həmin ibadətə çox da əhəmiyyət vermir. Ancaq insanların içində onu bütün qaydaları ilə yerinə yetirir. (Erfan)
Riyanın növləri ilə tanış olaq:
1. İbadətdə olan riya. Bu ibadəti ilə insan həm Allaha ehtiramsızlıq edər, həm də özünü insanlara yanlış tanıdar.
2. İmanda riya. Buna küfri nifaq da deyirlər. Yəni, insan batini küfrü ilə zahiri nifaqı cəmləyərək, riyakarlıq edər.
3. Dini məsələlərdə riya. İnsan başqalarının yanında sevimli olmağa Allah yanında sevimli olmaqdan daha çox əhəmiyyət verər. İnsanların məzəmmətindən qorxar.
4. Başqa məsələlərdə riya. İnsan heç bir dini hədəf daşımadan özünü insanlara yaxşı cilvə vermək istəyər.
Bəs riyadan necə xilas olaq?
1. İnsan gərək Allaha olan mərifət və tanımasını çoxaltsın və dərk etsin ki, dünyada olan hər şey Allahdan asılıdır və O, həqiqi malikdir. Başqa insanların razı olması və ya razı olmaması mühüm olmamalıdır.
2. Başa düşək ki, riya bir çox dəyərləri aradan aparar. Özü üçün qazandığı əzab, bu dünyada əldə etdiyi xeyirlə müqayisə oluna bilməz.
3. İnsan bilməlidir ki, əməli nə qədər xalis olarsa, həsənə gözü bir o qədər ağır olar. İnsan riya edən zaman əməlini xarab edər.
4. Riyakar insan iki günah qazanar: ibadət əməlini xarab etdiyi üçün ibadəti tərk etmiş olar. Riyasına görə günaha düçar olar.
5. Bilmək lazımdır ki, hər kimin hədəfi ancaq insanları razılığı olarsa, bir çox psixoloji problemlərlə üzləşər. Çünki bir dəstə insanların razı olması üçün başqa bir dəstə insanın narazı olması və qəzəblənməsi lazımdır. Həmçinin riya Allahı da qəzəbləndirər.
6. Riyakar insan ibadətlərini xəlvətdə yerinə yetirməlidir ki, onu xalisləşdirə bilsin.
Mənbə: Deyerler.org