Qeyri-infeksion hepatitlər

Qeyri-infeksion hepatitlər

Hepatit qaraciyərin iltihabi xəstəliyidir. İltihabi prosesin müddəti 6 aydan azdırsa kəskin, 6 aydan çoxdursa buna xroniki hepatit deyilir.
Adətən kəskin hepatitlər tam sağalma ilə nəticələnir. Bəzi hallarda isə xəstəlik xronik formaya keçir və illərlə davam edir nəticədə qaraciyər sirrozu və xərçəngi ilə nəticələnir.
infeksion hepatitlər
Başlanğıc dövrdə hepatitli xəstələrin heç bir şikayəti olmur. İlkin əlamətlər qeyri spesifik olur ki, xəstələr çox vaxt digər ixtisas həkimlərinə müraciət edirlər. Simptomların intensivliyi hepatitin səbəbindən, pataloji prosesin aktivlik və müddətindən asılı olur.
Hepatitin əsas simptomları:
  • Halsızlıq, tez yorulma
  • Dəri və sklerada olan sarılıq
  • Oynaq və əzələlərdə olan ağrılar
  • İştah pozğunluğu
  • Ürəkbulanma, qusma, qarında olan ağırlıq hissi
  • Subfebril temperatur
  • Köp, ümmu narahatçılıq
Hepatitin səbəbi müxtəlif səbəblər ola bilər. Hepatitlər infeksion və qeyri infeksion olmaqla 2 qrupa bölünür. İnfeksion hepatitlər içərisində əsas yeri virus hepatitlər tutsa da, bununla yanaşı digər infeksion hepatitlər var ki, onları da bakteriya və parazitlər törədir.
Qeyri infeksion hepatitlərin səbəbindən asılı olaraq aşağıdakı növləri var:
1) Alkoqol hepatiti: Uzun müddət periodik olaraq alkoqullu içkilər qəbul edən insanlarda olur. Uzun müddət alkoqolun təsirindən qaraciyərdə maddələr mübadiləsi pozulur, hepatositin zədələnməsi ilə nəticələnir
2) Qeyri-alkoqol steatohepatiti- bu adətən alkoqol hepatitinə oxşasada xəstəliyin səbəbi alkaqol deyil. Bu adətən maddələr mübadiləsinin pozulması nəticəsində baş verir. Ən çox piylənmə və şəkərli diabet xəstələrdə rast gəlinir.
3) Dərman mənşəli hepatit: Bəzi dərman maddələri vardır ki, onların uzun müddət və böyük dozada qəbulu zamanı qaraciyər hüceyrəsi zədələnir. Bu qrupa: antibiotiklər, vərəm əleyhinə dərmanlar, oral kontraseptivlər, psixiatrik dərmanlar, qıcolma əleyhinə olan preparatlar,antivirus dərmanlar aiddir
4) Toksik hepatit: bu adətən, fosforbirləşmələri zəhərli göbələklər,civə birləşmələri, benzol, fenol qurğuşun, müxtəlif kənd təsərrüfatlarında ziyanvericilərə qarşı istifadə olunan zəhərli dərmanlarla kontakt zamanı baş verir.
5) Autoimmun hepatit: Bu xəstəlik adətən irsi olur. Maddələr mübadiləsinin pozulması nəticəsində ( müxtəlif ferment və aktiv maddələrin irsi catışmamazlığı ) əmələ gələn bəzi maddələr qaraciyər və digər toxumalarda toparlanır və qaraciyər hüceyrəsinin zədələnməsinə səbəb olur. Məsələn: hemoxromatoz xəstəliyində bağırsaqdan Fe sorulması pozulur orqan və toxumalarda Fe toparlanması baş verir. Vilson konolov xəstəliyində seruloplazmın fermentinin çatışmamazlığı nəticəsində Cu müxtəlif orqan toxumalarda toparlanır.
6) Reaktiv hepatit: Orqanizmdə müxtəlif orqanların xəstəliyi zamanı 
 
 
Mənbə: tibb-dunyasi.com
Top