Bəşəriyyəti süqutun astanasına yaxınlaşdıran viruslar

Bəşəriyyəti süqutun astanasına yaxınlaşdıran viruslar

Dünya yaranandan bu yana insanların törətdiyi saysz-hesabsız dəhşətli müharibələrə şahidlik edib. Ancaq dünyanı qana çalxalayan insan oğlu bu aləmdəki ali qüdrətin özü olmadığını unutmuş və nəticədə bunun cəzasını hələ də çəkməkdədir.
Canlı təbiətin ayrılmaz hissəsi olan viruslar müxtəlif dönəmlərdə planetdəki həyatı süqutun bir addımlığına gətiriblər. İnsanlar qədim dövrlərdən bu yana daim “gözəgörünməz düşmənlər”in hücumuna məruz qalaraq onlara qarşı mübarizədə aciz duruma düşüblər və yüz milyonlarla itki veriblər.
2020-ci ilin ilk həftəsindən etibarən yayılan və dünyanın təbii axarını dəyişən koronavirus pandemiyası elmi –texniki tərəqqinin indiki yüksək səviyyəsində belə bəşəriyyət üçün böyük təhdid yaradıb. Bu təhlükənin nə zaman aradan qalxacağını isə kimsə bilmir.
Koronavirus pandemiyası bəşəriyyətin bu günə qədər üzləşdiyi dəhşətli virusların xronikal “hücum tsikli”ni yenidən aktuallaşdırıb. Tanınmış tədqiqatçılar Anne Hardinq və Nikoletta Lanese dünyanın əsrlər boyunca qarşısında daha çox aciz qaldığı 12 ölümcül virusu araşdırıb.
Vaxtilə insanlığın sonunu yaxınlaşdırmış 12 ölümcül virus haqqında araşdırmanı təqdim edirik.
Bəşəriyyəti süqutun astanasına yaxınlaşdıran viruslar
1. Marburq
Marburq virusu 1967-ci ildə Almaniyanın Marburq şəhəri daxil olmaqla, Avropanın bir neçə ölkəsindəki laboratoriyalarda eyni vaxtda baş vermiş alovlanmalardan sonra aşkarlanıb.
Yüksək yoluxuculuq xüsusiyyətinə malikdir və insandan insana orqanizmin bioloji mayeləri, çirklənmiş əşyalar və cəsədlərlə təmas vasitəsilə keçir. Şərqi və Mərkəzi Afrika regionu üçün endemikdir və yoluxma meyvə yarasası, mağara və mədənləri ziyarət etməklə, yaxud da son 21 gündə yoluxmuş insanlarla yaxın təmas nəticəsində baş verir.
Yüksək hərarət və başağrısı, tez-tez rast gələn mədə-bağırsaq simptomları (ürəkbulanma/qusma) bu xəstəliyin ən yayılmış əlamətlərindəndir. Yoluxma zamanı qanaxmaya nadir hallarda rast gəlinir və bu, xəstəliyin sonrakı mərhələsi ilə əlaqəlidir. Bu virus Ebola virusu infeksiyasına bənzəsə də, ondan fərqlidir.
2. Ebola virusu
Ebola virusuna ilk yoluxma faktı hələ 1976-cı ildə qeydə alınıb. Həmin il virusa ilk yoluxma halları Sudanın Nzara regionunda və o zamankı Zairin (indi Konqo Demokratitk Respublikası) Yambuku rayonunda aşkar edilib. Yeni epidemiyaya Yambuku yaxınlığındakı Ebola çayının adı verilib.
Bu virusun 5 müxtəlif tipi var və yoluxanların müalicə olunmaq şansı 25 faizdən 90 faizədək dəyişir. Virusun son dalğası 2014-cü ildə Qəri Afrikada olmuşdu.
3. Quduzluq
1920-ci illərdə ev heyvanları üçün quduzluğa qarşı vaksinlərin tapılması bu xəstəliyin yayılmasının qarşısını almağa böyük imkan yaratdı. Ancaq Hindistanda və Afrika qitəsində quduzluq xəstəliyi hələ də ciddi təhlükə mənbəyi olaraq, qalır.
4. HİV (QİÇŞ/AİDS)
HİV-i müasir dünyanı ən ölümcül virusu adlandıra bilərik. HİV infeksiyasının daşıyıcısı olan ilk xəstə 1981-ci ildə ABŞ-da qeydə alınıb və 1982-ci ildə bu xəstəliyin ağır formasına Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) adı verilib. O vaxtdan ötən illər ərzində dünyada milyonlarla insan HİV infeksiyasına yoluxub və onlardan 32 milyonu dünyasını dəyişib. HİV infeksiyası daşıyıcılarının 70 faizi 15-39 yaşlı şəxslər, 43 faizi qadınlardır.
5. Çiçək
1980-ci ildə Ümumdünya Səhiyyə Assambleyası tərəfindən dünyada çiçək xəsətəliyinin ləğv olunduğu açıqlandı. Amma buna qədər insanlar bu xəstəliyin qarşısında aciz qalırdılar və çiçəyə yoluxanların 1/3-nin aqibəti ölüm olurdu. Sağalanlarda isə qalıcı korluq yaranırdı.
Qeyd edək ki, çiçək yalnız XX əsrdə 300 milyon insanın həyatına son qoyub.
6. Hantavirus
Hantavirus Ağciyər Sindromu (HPS) ilə dünya ilk dəfə 1993-cü ildə tanış oldu. ABŞ-da iki cütlük təngnəfəslik simptomları ilə xəstəxanaya getdilər və bir neçə gün sonra öldülər. Bir müddət sonra səhiyyə orqanları yoluxmuş insanlardan birinin evindəki siçandan hantavirusu izolyasiya etməyi bacardılar. Bu günə qədər ABŞ-da hantavirusa yoluxmuş 600 nəfərin 36 faizi xəstəliyin qurbanı olub. Hantavirus insandan insana keçmir. Sadəcə, siçanın nəcisi və sidiyi ilə təmasda olduqda insana yoluxur.
7. Qrip
Tipik qrip mövsümü zamanı 500 minə yaxın insan bu xəstəlikdən ölür. Amma bəzən yeni bir qrip virusu meydana gəlir və sürətlə yayılaraq epidemiyaya səbəb olur.
“İspan qripi” deyilən ən ölümcül epidemiya 1918-ci ildə başladı və dünyada 50 milyon insanın həyatına son qoydu.
8. Denqe
Denqe virusuna ilk dəfə 1950-ci illərdə Filippin və Taylandda rast gəlinib və o gündən etibarən Yer üzünün tropikal və subtropikal əraziləri üçün xarakterik xəstəliyə çevrilib. Bu gün dünya əhalisinin yarısı denqe virusunun endemik olduğu ərazilərdə yaşayır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə denqeyə hər il 50-100 min insan yoluxur. Virusun öldürücü təsiri aşağı olsa da, Ebolaya bənzər xəstəliyə yol aça bilir. Bəzi ölkələrdə denqe virusu əleyhinə vaksin olsa da, bu vaksin həmin virusa təkrar yoluxma zamanı müsbət təsir göstərir.
9. Denge
Denqe virusuna ilk dəfə 1950-ci illərdə Filippin və Taylandda rast gəlinib və o gündən etibarən Yer üzünün tropikal və subtropikal əraziləri üçün xarakterik xəstəliyə çevrilib. Bu gün dünya əhalisinin yarısı denqe virusunun endemik olduğu ərazilərdə yaşayır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə denqeyə hər il 50-100 min insan yoluxur. Virusun öldürücü təsiri aşağı olsa da, Ebolaya bənzər xəstəliyə yol aça bilir. Bəzi ölkələrdə denqe virusu əleyhinə vaksin olsa da, bu vaksin həmin virusa təkrar yoluxma zamanı müsbət təsir göstərir.
10. Rotavirus
Ağır Kəskin Tənəffüs Sindromuna (SARS) səbəb olan virus ilk dəfə 2002-ci ildə Çinin şimalındakı Quandonq əyalətindən yayılmağa başladı. Ehtimal edilir ki, virus əvvəl yarasalarda meydana gəlib, daha sonra isə misk pişiyi adlandırılan məməlilərə sıçrayaraq onlar vasitəsilə insanlara da yoluxub. Çində epidemiyaya səbəb olandan sonra SARS digər 26 ökəyə də yayıldı və 8 min insana yoluxdu. 2 il ərzində 770-dən çox insanın həyatına son qoydu.
Xəstəlik yüksək temperatur, soyuq tər və müxtəlif ağrılarla özünü göstərir, çox vaxt pnevmoniyaya çevrilir. SARS-ın öldürücülük dərəcəsi 9,6 fazidir və xəstəliyə qarşı vaksin mövcud deyil.
Qeyd edilən tarixdən indiyə kimi bu xəstəliyə hələlik təsadüf edilməyib.
11. SARS-CoV-2
SARS-CoV-2 “Koronaviruslar” kimi tanınan SARS-CoV ilə eyni virus ailəsinə mənsubdur. Virusa ilk dəfə 2019-cu ildə Çinin Uhan şəhərində rast gəlinib. Bu virusun da SARS-CoV kimi ilk dəfə yarasalarda meydana gəldiyi və başqa heyvan vasitəsilə insana keçdiyi təxmin edilir.
Xəstəliyin ölümlə nəticələnmə dərəcəsi 2,3 faizdir. Virusa yoluxma ehtimalı yüksək olan şəxslər yaşlılar və xroniki xəstəlikdən əziyyət çəkənlərdir.
Hal-hazırda dünyada 1 milyon 121 min 991 nəfər bu virusun daşıyıcısıdır. Virus yayılmağa başladığı andan etibarən 59 min 403 nəfərin həyatına son qoyub, 230 min 317 nəfər isə sağalıb.
12. MERS CoV
MERS adlandırılan Yaxın Şərq Tənəffüs Sindromuna səbəb olan virus 2012-ci ildə Səudiyyə Ərəbistanında və 2015-ci ildə Cənubi Koreyada epidemioloji vəziyyəti gərginləşdirdi. MERS-CoV virusu da SARS-CoV və SARS-CoV-2 ilə eyni virus ailəsinə mənsubdur və bu virusun da digərləri kimi yarasalarda meydana gəldiyi ehtimal olunur. Xəstəlik insanlara keçməmişdən əvvəl ilk dəfə dəvələri yoluxdurub.
Bu virus yüksək hərarət, öskürək və təngnəfəslik kimi simptomlarla müşahidə edilir. MERS “Koronaviruslar” ailəsində ən yüksək ölüm faizinə malikdir: 30-40 faiz.
Siyahıdakı son 3 virus əleyhinə vaksin hələ kəşf edilməyib.

 
Müəllif: Hazırladı Aqil Bəkir
Mənbə: yenicag.az
Top