İnfeksion proseslərin gedişində mikroorqanizmlərin rolu

İnfeksion proseslərin gedişində mikroorqanizmlərin rolu

Sahib orqanizm kimi çıxış edən bitki, heyvan və insan orqanizmləri mikroorqanizmlərin yaşaması üçün əlverişli mühit rolunu oynayır. Onlar arasında qarşılıqlı münasibətlər mutualizm* və parazitizmlə özünü göstərir.
Canlıların qarşılıqlı təsirlərindən hər iki canlı üçün faydalı olan mutualizmdən fərqli olaraq parazitizm zamanı mikroorqanizm sahib orqanizmdə yaşayaraq ondan qida mənbəyi kimi istifadə edir və ona ziyan vurur.
Parazit həyat tərzinə keçmə uzun sürən təkamül prosesi nəticəsində mikroorqanizmlərdə bir çox dəyişikliklərə səbəb olmuşdur. Mikroorqanizmlərin sahib orqanizmdə yaşamağa uyğunlaşmasında təbii seçmə mühüm rol oynamışdır. Əvvəlcə ətraf mühitdə yaşama qabiliyyətini tam itirməyən parazitlər, sonra ətraf mühitdə yaşama qabiliyyətini itirmiş və yalnız sahib orqanizmdə yaşayan parazitlər əmələ gəlmişdir. Daha sonra isə onların ancaq müəyyən toxuma və orqanlarında yaşamağa uyğunlaşmış növləri yaranmışdır. Məsələn, malyariya xəstəliyi törədiciləri, əsasən, qaraciyər və qan hüceyrələrini, dizenteriya törədiciləri isə yoğun bağırsağın selikli qişasını zədələyir.
Xarici mühitdə və orqanizmlərdə fəaliyyətinə görə mikroorqanizmlər üç qrupa ayrılır.mikroorqanizmlər üç qrupa ayrılırİnfeksion prosesin baş verməsi üçün vacib şərtlərdən biri patogen mikroorqanizmlərin olmasıdır. Bu mikroorqanizmlər toksinlər ifraz edərək sahib hüceyrələrinin morfoloji strukturlarına təsir göstərir və xəstəlik törədir.
Bu amillər kompleks halda təsir göstərərək mikroorqanizmlərin sahib orqanizmlərin hüceyrə və toxumalarına yapışmasına səbəb olur.
Sahib orqanizmin hüceyrələrinə yapışmayan mikroorqanizmlər hüceyrə səthindən selik və digər mayelərlə yuyularaq kənarlaşdırılır, yoluxma prosesi baş vermir.Mikroorqanizmlərin sahib orqanizmin hüceyrələrinə yapışması infeksion prosesin ilk və mühüm mərhələsidir. Bu prosesin həyata keçirilməsi mikroorqanizmlərin və sahib orqanizm hüceyrələrinin səthində olan xüsusi strukturlarla əlaqədardır.Səthi strukturlar qram-mənfi bakteriyalarda xarici membranın zülal və lipopoli- saxaridləri, qram-müsbət* bakteriyalarda isə səthi zülallarla bərabər, həm də qliserin teyxoat turşusudur*. Viruslarda sahib orqanizmlə qarşılıqlı təsir kapsid zülallar və qlikoprotein çıxıntıları, kapsulalı bakteriyalarda isə kapsula polisaxaridləri və polipeptidləri vasitəsilə həyata keçirilir.
Sahib hüceyrənin səthində müvafiq strukturlar (reseptorlar) olduqda onlar infeksiyalara yoluxa bilir. Bu strukturların miqdarından asılı olaraq orqanizmlər həssas (reseptorlar çox) və qeyri-həssas (reseptorlar az) olur.
Mikroorqanizmlər sahib orqanizmin hüceyrələrinə yapışdıqdan sonra müvafiq sahədə çoxalır və məskunlaşır. Bu proses hüceyrələrin səthində və daxilində baş verə bilir.
Məsələn, vəbanın törədiciləri nazik bağırsaq epiteli hüceyrələrinin səthində, dizenteriyanın törədiciləri isə yoğun bağırsaq epitelisi hüceyrələrinin daxilində çoxalır.
Bir çox bakteriyalann patogenliyi onların epiteli hüceyrələrinə daxil olması ilə əlaqədardır. Ancaq mikroorqanizmlərin dəri və selikli qişalarda koloniyası (məskunlaşması) heç də həmişə bununla məhdudlaşmır. İnfeksiyalaşmanın növbəti mərhələsi mikroorqanizmlərin toxumada əksər hüceyrələrə nüfuz etməsidir.
Mikroorqanizmlərin hüceyrəyə daxilolma qabiliyyəti xüsusi amillərlə təmin olunur, onlardan xarici membran zülalları daha ətraflı öyrənilmişdir. Bu zülalların sahib hüceyrənin səthindəki xüsusi reseptorlarla qarşılıqlı təsiri bakteriyaların endositozu — “udulması” ilə nəticələnir. Onların bəziləri qan və limfa damarlarına daxil olur. Damarların daxilində müdafiə anticisimləri tərəfindən məhv olmayan mikroorqanizmlər əlverişli şərait olduqda çoxalır, məskunlaşır və ikincili infeksiya ocağı əmələ gətirir.
Göründüyü kimi, mikroorqanizmlər hüceyrə və toxumalara nüfuz edərək dəyişikliklər əmələ gətirir, orqanizmdə müvafiq xəstəliklər törədir.


Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: Biologiya 11 Ümumtəhsil məktəblərinin 11-ci sink üçün Biologiya fənni üzrə DƏRSLİK
Top