İnsanlar daim müxtəlif yolxucu xəstəliklərə yoluxur və eyni zamanda bunu başqa insanlara da keçməsinə də səbəb olur.Müəyyən ərazidə və müəyyən vaxtda yolxucu xəstəliklərin kütləvi hal alması epidemiya adlanır..İnsanlar arasında yolxucu xəstəlikləri və onların yaranma səbəblərini öyrənən elm Epidemiologiya öyrənir.Epidemiologiya elminin banisi Hippokrat hesab olunur.O zaman yolxucu xəstəliklərin yaranması haqqında 2 nəzəriyyə vardır.
I nəzəriyyə:Hippokrat hesab edirdi ki xəstəliklərin yaranma səbəbi üfünətli buxarların ,bataqlıq yerlərdə olan müəyyən maddələrin insan orqanizminə daxil olmasıdır.
II nəzəriyyə: Aristotel və onun tərəfdarları hesab edirdi ki epidemiyanın inkişafına səbəb «gizli» varlıqlardır.
Bu iki nəzəriyyənin tərəfdarları arasındakı fikir müxtəlifliyi və müxtəlif müzakirələr epidemiologiyanın inkişafına təkan vermişdir.
Epidemiya yerli və gətirilmə ola bilər.
Epidemiya bir neçə ölkəni, qitəni və ya bütün yer kürəsini əhatə etdikdə pandemiya,birdən-birə baş verdikdə eksploziv, yaxud epidemik alovlanma,tək tək xəstələnmə ilə olarsa sporadik xəstələnmə adlanır.
Epizootiya – rayonda və ya ölkədə heyvanlar arasında xəstəliyin yayılmasıdır.
Epifotiya – bitki xəstəliklərinin yayılmasıdır.
İnfeksion xəstəliklərin əhali arasında yayılması epidermik proses adlanır.Bu prosesin baş verməsi üçün 3 əsas şərt lazımdır:
- İnfeksiya mənbəyi
- Yoluxma yolu
- Həssas əhali populyasiyası
Xəstəliklərə yoluxma bir neçə yolla baş verir.Əsas infeksiya mənbələri aşağıdakılardır:
- İnsanlar-xəstəlikləri daşıyanlar
- Heyvanlar
- Ətraf mühitin abiotik amilləri
Xəstəlik törədicilər 4əsas qrupa bölünürlər.
- Bakteriyalar
- Viruslar
- Göbələklər
- Heyvanlar(zoonoz xəstəliklərdə infeksiya mənbəyi — infeksiyalaşmış heyvan , Antroponoz xəstəliklərdə isə insan olur.)
Törədicilərin yoluxma mexanizmi xəstəlik törədicisinin yoluxmuş orqanizmdən sağlam orqanizmə ötürülməsidir.Bu mexanizm 3 mərhələdə həyata keçirilir.
- Yoluxmuş orqanizmdən törədicinin ayrılması
- Törədicinin xarici mühitdə olması-hava ,qida ,su
- Törədicinin xarici mühitdən sağlam orqanizmə düşməsi
Törədiclərin ötürülməsi də müxtəlif yollarla baş verir.
- Damcı(qrip,qızılca)
- Hava damcı(vərəm)
- Həzm yolu(vəba,qarın yatalağı,dizinteriya,dabaq)
- Təmas vasitəsilə(göbələk xəstəlikləri,qoturluq,səpgili yatalaq)
- Transmissiv(qansoran heyvanlarla(malyariya,ensefalit,qoturluq))
Bakterial xəstəliklər və mübaizə üsulları:
Bakteriyalar hər yerdə yayıldığı üçün onların törətdiyi xəstəliklər ən çox yayılmış infeksion xəstəliklərdir.Bakterial xəstəliklərə angina,faringit,meningit,skarlatina, vəba,vərəm.taun, tetanus,sibir yarası,difteriya ,qarın yatalağı və s. aiddir.Bakterial xəstəliklər zamanı bakteriyalar orqanizmə toksinlər buraxaraq orqanizmi zəhərləyir.Bu 2 formada baş verir.
Endotoksinlər-bakteiyaların ölməsi və dağılması nəticəsində yaranan zəhərdir.(ən təhlükəlisi menininqokokk endotoksinidir.)
Ekzotoksinlər-bakteriyalrın həyat fəaliyyəti nəticəsində ayrılan toksinlər -zəhərlərdir.
Bakterial infeksiyaların diaqnostikası zamanı bakterioloji müayinə(bakteriyaların xüsusi mühitdə əkilməsi),mikroskopiq üsuldan və serioloji üsuldan(qan zərdabında törədicinin aşkar edilməsi) istifadə edilir.alar
Bakteriyal xəstəliklərin müalicəsində antibiotiklərdən istifadə olunur.İlk antibiotiki 1929 cu ildə Aleksandr Felminq pensilin göbələyindən əldə etmişdir və onu pensilin adlandırmışdır.
Antibiotiklər birçox xəstəliklərin müalicəsi üçün faydalı olsa da onlardan uzunmüddətli istifadə eyni zamanda orqanizm davamlı formaların yaranmasına səbəb olur.Ona görə antibiotiklərdən çox az istifadə etmək məsləhət görülür.
Virus xəstəlikləri və mübarizə üsulları:
Epidemioloji xüsusiyyətinə görə virus xəstəlikləri 2 qrupa bölünür:
- Antroponoz-yalnız insanın tuta biləcəyi xəstəlik-(polimelit)
- Zootroponoz-heyvandan insana keçən xəstəlik(quduzluq)
Viruslar insan orqanizminə düşərək orada özünə məskən salır və müxtəlif orqanlarda xəstəlik törədirlər.Virus xəstəliklərinə ekzema.qrip,qızılca,çiçək.hepatit(A,B,C) qiçs,dəmrov və s. aiddir.Bu xəstəliklərə orqanizm daha çox immunitet aşağı olan zaman tutulduğundan ,xəstəliklərə qarşı mübarizə zamanı ilk növbədə orqanizmin immuniteti artırılır.Bundan başqa virus xəstəliklərinin proflaktikası zamanı aşağıdakı üsullardan istifadə olunur. Vaksinləşmə-İlk dəfə 1885 ci ildə Lui Paster quduzluğa qarşı vaksini kəşf etdi.Bu zaman bir virusdan digərinə qarşı istifadə edilir.Bu virusu orqanizmə daxil etdikdə o xəstəlik törətmir,xəstəliktörədən virusa qarşı fəal immunitet yaradır.Kimyəvi terapiya-kimyəvi peraparatlar vasitəsilə virusa təsir edilir.Bu zaman viruslar canlı orqanizmin hüceyrəsində olduğundan kimyəvi təsir hüceyrənin maddələr mübadiləsinə təsir edərək onu pozur. İnterferon-hüceyrə tərəfindən virusun təsirinə qarşı sintez olunan zülaldır.Bu virusun çoxalmasının qarşısını alır.
Heyvanlar ilə yoluxan xəstəliklər
Heyvanlar vasitəsiləyoluxma özüdə bir neşə qrupa bölünür.
- Heyvan təbiətli parazitlərin 3 əsas qruplarına uyğun olaraq parazitologiyaya üç bölmə daxildir: helminthologiya,
- aracxnoentomologiya (buğumayaqlılar),
- protozoologiya)
Parazit qurdlarla-(Helmintologiya)Bir çox xəstəliklərin səbəbi insan orqanizmində yaşayan parazit qurdlardır. İnsan orqanizmində parazitlərin yaşaması ilk dəfə 1681-ci ildə müəyyən edilib.Prazit qurdların törətdiyi xəstəlik Helmintoz adlanır.Onları öyrənən elm isə Helmintologiya adlanır. İnsan orqanizmində 250 növdən çox parazitlik edən helmint var.Parazitlərin insan orqanizminə düşməsinin müxtəlif səbəbləri var.Çirkli əllərlə qidalanma, torpaq, toz, uşaqların dırnaqlarını yeməsi, çiy məhsullarla, əsasən ət, balıq məhsulları ilə qidalanma orqanizmdə qurdların yaranmasına səbəb olur. İnsan orqanizmində ən çox askaridlərə, tükbaş qurd, lambliya, bizquyruq qurdları, əyribaş qurdlar-nekator, strongiloid qurdları, şistosomalar, toksokar, trixinella, dirofillariya qurdları, exinokok, opistorxis, klonorxis, fassiolа, paraqonimus qurdları və enli lentşəkilli qurdlar — öküz soliteri, donuz soliterinə rast gəlinir.Bunlardan əlavə bir neçə orqanizm üçün təhlükəli parazit qurdlar da var.Məsələn:Onxoserkoza filarial – bu qurddur və insanda korluğa səbəb olur. Buna inkişaf etməmiş ölkələrdə rast gəlinir. İnsan immuniteti bu parazitlə mübarizə aparmağa dözmür.Elefantiaz -bunu fil xəstəliyi də adılandırırlar. Orqanizmin limfa sistemini zədələyir və olduğu nahiyə şişməyə başlayır. Bu qurd həşəratın dişlədiyi yerdə olur və bəzən orqanizmin digər hissələrinə də keçə bilir. Bəzən insan onun orqanizmdə hərəkətini də hiss edir. Qurd 17 il insan bədənində yaşaya bilir.Həşəratlar vasitəsilə-(aracxnoentomologiya (buğumayaqlılar)-Buğumayaqlılar bir çox virus xəstəliklərini yayırlar.Buğumayaqlılar vasitəsilə yayılan xəstəliklər 2 qrupa bölünür.
- Yalnız buğumayaqlılar vasitəsilə yayılanlar(səpgili yatalaq,malyariya,sarı qızdırma)
- Həm buğumayaqlılar ,həm də abiotik amillər vasitəsilə yayılan xəstəliklər(taun, tulyaremiya)
İbtidai heyvanların törətdiyi xəstəliklər(protozoologiya)-Birhüceyrəlilərin törətdiyi xəstəlik protozoozadlanır.Onları parazitlik etdiyi orqana uyğun olaraq aşağıdakı kimi qruplaşdırmaq olar.Müxtəlif toxumalarda və qanda parazitlik edənlər(Tipanosom-sinir sisteminə qanla daxil olur)
- Bağırsaqda parazitlik edənlər(amöb,lyambliya)
- Ağız boşluğunda parazitlik edənlər
- Sidikcinsiyyət orqanlarında parazitlik edənlər
Mənbə: sirrler.blogspot.com