Lyambliya İntestinalis

Lyambliya İntestinalis

İshal səbəbi olan vacib bir protozoodur.

İnfeksiya kistlərlə çirklənmiş su və ya qidadan, həmçinin xəstə insandan yoluxur.

Kistlər suda 3 ay, soyuducuda 16 gün canlı qala bilir. Yoluxduğu uşaqlarda selikli qişada iltihabi dəyişikliklər və malabsorbsiya görülür. Yoluxmuş uşaqların 80%-i simptomludur, yəni əlamətlər özünü göstərir. Geri qalan 20 %-da infeksiya hər hansı əlamətlər olmadan keçir.

Əlamətlər kəskin və xroniki ola bilir. Kəskin lambliozun ən xarakter əlaməti ishaldır. Nəcis sulu, yağlı, çox miqdarda və çox pis qoxuludur. Yorğunluq, qarında sancı xarakterli ağrılar ola bilər. Mədədə şişkinlik, gəyirmə, iştahsızlıq, ürəkbulanma, çəki itkisi kimi şikayətlər varsa səbəb lamblia ola bilər.

 
Lyambliya İntestinalis


Əlamətlər uşağın yaşından da asılıdır. 5 yaşacan uşaqlarda ishal, qusma, böyümə geriliyi, iştahsızlıq ön planda olduğu halda, 5 yaşdan böyüklərdə qarında sancı və ara sıra yumşaq nəcislə özünü göstərir.

Kəskin lamblioz bəzən öz özünə sağalır, bəzən isə xroniki hala keçir.

Xroniki lambliozun əsas aparıcı əlaməti malabsorbsiya – həzm pozğunluğudur. Amma ağızdan pis iy, qarın ağrısı, pis iyli nəcis, iştahsızlıq, bulantı ilə də özünü göstərə bilər. Qanda dəyişiklik adətən olmur.

İmmun cavab da bir çox hallarda olmur. Diaqnoz üçün günaşırı nəcis analizi olunmalıdır. 3 dəfə təkrarlanmış analiz diaqnoz qoymağa kifayət edir. Hər hansı profilaktik müalicə yoxdur. Ən əhəmiyyətli profilaktika şəxsi gigiyena qaydalarına əməl etmək, uşağı əllərini tez tez yumağa vərdiş etdirməkdir.

Mənbə : Dr. Ellada Nağıyeva
Top