Qripdən qorunmağın ən sadə yolu

Qripdən qorunmağın ən sadə yolu

 Havaların soyuqlaşması özü ilə bərabər qrip xəstəliyini gətirir.

Təkibində suyu bol olan qidalardan istifadə etmək tövsiyə olunur. Məsələn, göy-göyərti, tərəvəz və meyvə. Bundan əlavə, hər gün bir stəkan portağal-limon suyu qarışığı için. qripdən qorunmağın yolları

Həddindən artıq isti otaqlarda oturmayın. Hər gün otağınızın havasını dəyişin.

Çay əvəzinə zəncəfil, böyürtkən çayı için.

Yeməklərdə mixək, nanə, çörəkotu, kimyon kimi ədviyyatlardan bol-bol istifadə edin. Xəstəlik daha çox əllə yoluxduğundan, əllərinizi tez-tez yuyun. Xəstə uşaqlara öskürüb-asqırarkən əlləri ilə ağızlarını tutmağı öyrədin. Gündə ən az 45 dəqiqə gəzintiyə çıxın.

Gündə ən az 7-8 saat yatmaq, səhər isə tezdən oyanmaq məsləhətdir. Hər gün bir kasa qatıq yemək də qripdən insanı qoruyur.

Mənbə : metbuat.az
Top