Ən varlı biznesmenin uğur prinsipləri

Ən varlı biznesmenin uğur prinsipləri

Jack Ma
Cek Ma – Çinin ən uğurlu və karizması ilə seçilən sahibkarlarından biridir. O öz biznesini sıfırdan yaradıb.Belə ki, o yoxsul musiqiçi ailəsində dünyaya gəlmiş, bizneslə məşğul olmağa qərar verənə qədər məktəbdə ingilis dili müəllimi işləmiş, aşağı vəzifəli məmur olaraq fəaliyyət göstərmişdir. Onun bütün zəhmətlərinin nəticəsi isə hazırda dünyaca məşhur olan Alibaba Group-dur.
  • Rəqabət – şahmat oyunu kimidir. Uduzdunsa növbəti bir oyun daha oynamaq olar. Dalaşmaq isə mütləq deyil.
  • İclas zamanı iştirakçıların 90%-i bu və ya digər təklifə müsbət rəy bildirirlərsə mən o təklifi zibil qutusuna atıram. Bunun səbəbi isə çox sadədir: əgər bu qədər çox insan bu imkanın fərqindədirlərsə, deməli artıq bir çox ayrı şirkətlər bu təklifin üzərində işləyir və biz bu təklif üzərində liderliyə sahib olmayacağıq.
  • Əgər bütün zamanını işə sərf edirsənsə, gec və yaxud tez buna görə peşman olacaqsan.
  • Bir dərəcəli sahibkarlar müştərilər, ikinci dərəcəlilər isə əməkdaşlardır. Və yalnızca bunlardan sonra üçüncü dərəcəli sahibkarlar səhmdarlardır.
  • Sahibkarların sahib olduqları ən pis xüsusiyyətlər – xəsis olmaq, vəziyyəti adekvat olaraq qiymətləndirməyi bacarmamaq, irəliyə baxmağı bacarmamaqdır.
  • Sahibkar üçün birinci dərəcəli şəxslər onun müştəriləri, ikinci dərəcəli şəxslər onun əməkdaşları və nəhayət üçüncü dərəcəli şəxslər səhmdarlardır.
  • Yalnız uğursuzluğa düçar olmaqla, həyatın çətin sınaqlarından keçməklə və məyus olmaqla anlaya bilərsən ki, həyatın bəzi anlarında öz dözümlülüyünü nümayiş etdirməlisən.
  • Partnyor qismində sənin bacarıqlarını tamamlaya bilən birini seçməlisən. Bu şəxsin kimsə uğur qazanmış biri olması mütləq deyil.
  • Rəqibin səndən kiçik və yaxud zəif olduqda belə, ona səninlə bərabər gücdə imiş kimi davranmaq lazımdır. Yox əgər, rəqib səndən böyükdürsə, bu halda da ondan qorxmaq və geri çəkilmək düzgün addım deyil.
  • Çalışın ki, əməkdaşlarınız işə sevinc hissi ilə gəlsinlər.
  • Mütəmadi olaraq depressiyaya düşürsənsə və həyatdan şikayətlənirsənsə bu alkoqolizmə bənzəməyə başlayır. Yəni, nə qədər çox içirsənsə, vəziyyət bir o qədər çox pisləşir. Uğura gedən yolda görəcəksən ki, uğur qazanmış insanlar gileylənmir və deyinmirlər.
  • Əgər biznesə başlayırsansa bu o deməkdir ki, sabit gəlirdən, bonuslardan və mükafatlardan imtina edirsən. Digər tərəfdən isə sənin gəlirlərini heç nə məhdudlaşdırmır. Zamanından daha effektiv istifadə edəcəksən və digər insanlardan icazə isstəməli olmayacaqsan.
 Mənbə: banker.az
Top