İnfeksiya və infeksion xəstəliklər

İnfeksiya və infeksion xəstəliklər

İnfeksiya patogen mikroorqanizm olub canlı orqanizmə daxil olaraq orada patoloji vəziyyət əmələ gətirir. İnfeksiyanın canlı orqanizmdə əmələ gətirdiyi patologiya isə infeksiya xəstəliyi adlanır. İnfeksiyanın əmələ gətirdiyi xəstəliklər bütün orqanizmi əhatə edə və ya bir yerdə məhdudlaşa bilir.

İnfeksiya orqanizmdə kəskin və ya xroniki xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Bəzən isə infeksiya heç bir əlamət verməyib gəzdirmə formasına orqanizmdə illərlə yaşaya bilir. Belə adamlar xəstə yox, infeksiya gəzdiricilər adlanır. Hər bir infeksiyanın özünəməxsus xüsusiyyəti olur və hər bir infeksiya öz xüsusiyyətlərinı görə orqanizmdə müxtəlif əlamətlər əmələ gətirir.

İnfeksion xəstəliklərn əmələ gəlməsinə səbəb olan infeksiyalar orqanizmə müxtəlif yollarla daxil ola bilir. Bu yollar tənəffüs sistemi, təmas, böcəklər və s.ola bilir. Təmas vasitəsilə yolxan infeksion xəstəliklər kontagioz infeksion xəstəliklər adlanır. Bu xəstəliklər kontakt və aralıq nahiyəsi obyektləri vasitəsilə yoluxur. Çiçək, dabaq, donuzların taunu, atların qripi kontakt vasitəsilə yoluxan infeksion xəstəliklərdən hesab edilir. İnfeksion xəstəliklərin yoluxma mexanizminin aydınlaşdırılması infeksion xəstəliklərin profilaktikasının əsasını təşkil edir.

Hər bir infelğksion xəstəliyin öz spesifikliyi var. Bu xəstəliyi törədən infeksiyanın növündən asılı olaraq dəyişir. İnfeksiyanın insan orqanizmində əmələ gətirdiyi infeksion xəstəliklərin əmələ gətirdiyi patoloji əlamətrlər yanlız infeksiyanın xarakterindən deyil, daxil olduğu orqanizmin müqavimətindən də asılı olur.
Top