Qərb mütəxəssislərinin son tədqiqatlarda gəldiyi ümumi qənaətə görə qonoreya kifayət qədər cavanlaşan bir xəstəlik halını almışdır.Avropanın bir nömrəli ölkəsi olan Böyük Britaniyada bu son bir ildə 25% qədər artmışdır.Daha çox homoseksuallar arasında yayılan bu xəstəlikdən 21 minə yaxın britaniyalı əziyyət çəkir. Heteroseksuallar arasında yayılmanın 50% isə 15-24 yaş arası gənclərin payına düşür.Qonoreya xlamidiozdan sonra yayılmasına görə ikinci mövqedə olan cinsi yolla ötürülən bir xəstəlikdir.Bu xəstəlik hamiləlik zamanı ciddi ağırlaşmalara səbəb olduğu kimi qadın sonsuzluğunun da bir nömrəli təkanvericilərindəndir.Mütəxəssisləri onun yayılması ilə bərabər artıq törədicisinin də ənənəvi tibbi preparatlara dayanıqlılığının yaranması ciddi narahat edir.Nəinki BB-da,bütün dünyada tüğyan edən xəstəliyin əsas səbəbi isə gənc insanların kontrasepsiya haqqında az məlumatlı olmasıdır.Həmçinin gənc yaşlarda partnyorun tez-tez dəyişdirilməsi də yayılmanı sürətləndirir.Tədqiqatçılar gənclər arasında bu istiqamətdə maarifləndirmə işlərinin artırılmasının labüd olduğunu bildirirlər.