Alimlərin son tədqiqatlarına əsasən müəyyən olunmuşdur ki,vaksinasiya 2 və daha aşağı yaş uşaqlarda aparılarsa onları ən azı 10 ilə qədər qorumaq xüsusiyyətinə malikdir.Ümumdünya səhiyyə təşkilatından verilən son açıqlamaya görə hər il bütün dünya üzrə 1,4 mln hepatit A ilə yoluxan xəstələr rəsmi şəkildə qeydiyyatdan keçirlər.Xəstələnənlərin say çoxluğu isə öz sanitar-epidemioloji vəziyyəti ilə kifayət qədər bərbad hesab oluna biləcək regionlarda qeydə alınır,harada ki,xəstəlik yoluxmuş qida və su ilə ötürülür.
Alimlər 2 və daha aşağı yaş qrupundan olan uşaqlarda inaktivləşdirilmiş vaksinlərin təsiri üzərində tədqiqat aparmışlar.təcrübələr 197 uşaq üzərində 10 il müddətində aparılmışdır.Əlavə olaraq anadan irsən ötürülən antitellərin vaksinin effektivliyinə necə təsir etdiyini də araşdırmışlar.Valideynlərin razılığı ilə təcrübələrdə hətta yarım illik uşaqlar da iştirak etmiş və eyni zamanda onların hər birinin anası hepatit A antiteli üçün sınaqlarda iştirak etmişlər.Aparılan tədqiqatlar zamanı aşkarlanmışdır ki,heç də anadan irsən ötürülən hepatit A antitelləri vaksinin aktivliyinə və təsirinə heç bir şəkildə mənfi təsir göstərmir.10 ildən sonra isə ilkin peyvənd olunmuş çağaların böyük əksəriyyətində vaksinin təsiri saxlanılmışdır.Anadan hepatit A anitetlsiz dünyaya gələn uşaqların 7 %-də,antitel ilə doğulanların isə 11 %-də 6-12 aydan sonra vaksin öz təsir gücünü tam şəkildə itirmişdir.Eyni zamanda vaksin 3-cü qrupda ayrılan anadan antitelsiz olaraq dünyaya gələn 4 % çağanı da müdafiə etməkdən “imtina etmişdir”.Alimlərin gəldiyi son qənaət isə budur ki,hepatit A əleyhinə serokonversiya (spesifik antitel sintezi) ilkin peyvənddən sonra çağaları təqribən 10 il və daha çox müddətə qorumaq keyfiyyətinə malikdir.