Mütəxəssislər viruslara qarşı

Mütəxəssislər viruslara qarşı

Alimlər müəyyənləşdirmişlər ki,polietilen və azotun sintetik məhsulları olan polietlileniminlər virus əleyhinə vaksinlərin o cümlədən qrip,herpes və  İİV əleyhinə peyvəndlərin təsirini artırır.Uzun illər bu iş üzərində tədqiqat aparan mütəxəssislərin PEE seçməsi isə təsadüfi deyil.Beləki onlar diqqət etmişlər ki,gen terapiyası ilə məşğul olan mütəxəssislər məhz yüksək seçicilik xüsusiyyəti olan bu maddələrin təsirlərindən “faydalanırlar”.

Sınaq üçün 3 qrupa ayrılan və vaksinasiya olan siçanlarda da məhz gözlənilən ancaq eyni zamanda şokedici nəticələr alınmışdır.Birincilərə ancaq qatqısız peyvənd olunmuş,ikincilərə əlavəli peyvənd olunmuş,üçüncü qrup siçanlara isə PEE-li peyvənd olunmuşdur.Nəticədə isə üçüncülürən nəticəsi ikincilərə nisbətən 10,birincilərə nisbətən nə az nə çox,100 dəfə yüksək effekt göstərmiş,yüksək dozalı virus inyeksiyasına qarşı siçanlar tam dayanıqlı olmuşlar.

Top