Riskli yaşamaq nə deməkdi?
Riskli yaşamaq — yaşamaqdı. Kim risk eləmirsə yaşamır. Risk həyata dad verir. Əsl həyat təhlükələrlə dolu həyatdı. Təhlükəsiz həyat mənasızdı.
Təhlükəsizliyə can atmaq insan həyatını tərpənməz bataqlığa döndərir. Belə insanın enerjisi çıxış tapmır, içəridə qalır və o narahat yaşayır. Heç kim başına nələr gələcyini bilmir. Gələcək bəlli deyil. Buna görə də çox adam riskdən qorxur. Daha rahatı məlumlarla qane olmaqdı. Bildiklərinlə kifayətlənməkdi. Yeniyə can atmamaq insanlara görə adamı təhlükədən qoruyur. Amma bu həm də həyatdan uzaq salır adamı. Çünki həyat hadisələr toplusudu. Nə qədər çox hadisə baş verirsə bir o qədər zəngin həyat yaşayırsan. Hadisə azlığı həyatın statik vəziyyətə olmasının göstəricisid. Bu halda niyə yaşayırsan? Mənası nədi? Həyatdan qorxmaq olmaz. qorxsan belə riskə atılmalısan. Əks halda cansıxıcı, darıxdırıcı bir yaşam gözləyir səni. Hər dəqiqə nəsə istəyirsən, nəsə arzulayırsan, amma nə istədiyini bilmirsən. Bu macərasızlıqdı, stabillikdi, köhnəliyin təkrar-təkrar yaşanmasıdı. Bu, insanı dəli edə bilər. Çünki insan enerji mənbəyidi. O enerjisini buraxmalıdı, xərcləməlidi. Eynilikdə bu mümkün deyil. Risksiz olmur.
İki tip insan var. Bir təhlükəsiz yaşamaq istəyənlər, bir də yaşamaq istəyənlər. Təhlükəsizliyi seçənlərin həyatı ölümə bərabərdi. Heç nə yoxdu, boşluqdu. Yaşamaq istəyənlərin həyatı hadisəylə doludu. Hər an nəsə doludu. Hər an nəsə baş verir. Həyat o qədər maraqlıdı ki, insan onun necə keçdiyini hiss eləmir. Nə vaxtsa dağın başına qalxmısan? Qalxdıqca hava durulur, təmizlənir. Nəfəs almaq daha xoş olur, daha rahat olur. Nə qədər yüksəkdəsənsə həyat eşqi bir o qədər çoxdu. Nə qədər risk edirsənsə həyata bir o qədər bağlanırsan. Həyatı, yaşamı bir o qədər hiss edirsən. Çünki yüksəyə qalxdıqca düşmək təhlükəsi daha çox olur. Və bu sənə həyatın, sağ qalmağın nə qədər önəmli olduğunu daha yaxından hiss etdirir. Yaşamaq istəyin artır. Ölümlə həyat arasında balans yaradanda özləm hissi keçir.Keçmişin tozu da qalmır. Gələcək üçün yaşamırsan. "İndi" vacib olur səninçün. İndi yaşamaq, sağ qalmaq, indi mübarizə aparmaq və qalib çıxmaq istəyirsən.
Oşo — «Kişilərin Kitabı»ndan