Prion xəstəlikləri

Prion xəstəlikləri

Prion xəstəlikləri - nuklein turşusuz zülalların MSS (mərkəzi sinir sistemi) hüceyrələrini süngərvari distrofiyaya uğradaraq demensiya və ölüm verən antroponoz xəstəliklərdir.
Onları ilk dəfə B.Siqurdson (1933, İngiltərə) qoyunlar, K.Qayduşek (1957, ABŞ) insanlar arasında müşahidə etmişdir.
Etiologiyası. Törədicisi protein prionlardır. Protein prionlar - PrP,əslində prionlar - yəni proteinəbənzər infeksion hissəciklər iki növ olur:
1) normal, yoluxucu olmayan hüceyrə protein prionu - PrPc - həm sağlam, həm də yoluxmuş insanların beyin toxumasında rast gəlinir;
2) dəyişilmiş prion PrPres - patoloji, infeksion prion (izoform) - süngərəbənzər ensefalopatiyalı xəstələrin beyin toxumasında tapılır.
PrP sialoqlükoproteiddir, 18 mutantı var, 245 amin turşusundan ibarətdir, insanın 20-ci xromosumunda yerləşir. Tək genomludur, bütün məməlilərdə olur, yaşama dövrü bir neçə saatdır.
PrPres UBŞ-nin yüksək dozasına, 100% fenola dözür, 160 selsidə 24 saata, avtoklavda 136 selsidə 15 dəq. zərərsizləşir. Adi viruslardan donmaya 3 dəfə çox davamlıdır.12% formalində 2 il yaşayır. Dezinfeksiya məhlullarında bütün canlılardan sonra fəallığını itirir.
Epidemiologiyası. Prion xəstəlikləri irsi - autosom-dominat (resessiv) və qazanılma olur. Xəstəlik alimnetar və transmissiv yollarla keçir. Kreyst-feld-Yakob (KY) xəstəliyinin mənbəyi iribuynuzlu mal-qara və digər heyvanlardır. Onların yoluxuculuq dövrü çox uzun sürür. Heyvanın baş və onurğa beyni, göz almaları, digər yarımməhsullari yolxucu olur. Süd və onun məhsulları təhlükəsizdir. İnsandan insana bərk beyin qişası transplantatı, hipofizdən alınan hormonlar vasitəsilə keçir. İnfeksiya qapısı dəri və selikli qişaların mikrozədələnmə yerləridir. Yoluxma yollarının əhəmiyyəti belə artır: per os, dərialtı, intraperitoneal, intravenoz, intraserebral.
Prion xəstəliyi sporadik olur.İnsanların xəstəliyə qarşı həssaslığı yoxdur. İmmunitet yaranmır.
Patogenezi və patoloji anatomiyası. Sağlam adamlarda PrP sinaps fəaliyyətində, hüceyrəarası anlaşma və hüceyrənin aktivləşdirilməsində iştirak edərək orqanizmin fəallıq və istirahət ritmini - sirkard (gün) ritmini təmin edir. Məs., beyində pion çatışmazlığı yaradılmış sişan yuxusuzluqdan məhv olur. Prion xəstəliklərində infeksion və normal prionların hərəsindən bir molekul birləşərək yeni, infeksion prion əmələ gəlir.
Qida ilə yoluxmuş prionlar badamcıqlara, bağırsağın limfa vəzilərinə və dalağa keçir, digər daxili orqanlara yayılır. Onlardan sinirlər vasitəsilə aksonlara çataraq sürətlə çoxalır, tədricən MSS-ə (mərkəzi sinir sistemi) gəlir, neyronlarda və qlial elementlərlə replikasiya olunurlar. Nəticədə neyronlar spongiform distrofiyaya uğrayır, lizosom zədələnir, hüceyrə dağılır və prion sağlam hüceyrələrə daxil olur. Bu zaman neyronlarda çoxlu oval vakuollar (spongioz) yaranır. Spongioz, yəni vakuollaşma ammon buynuzunda, dişli fassiyada, qaböqaltı nüvədə, talamusda və beyincik qabığında daha çox tapılır.2-ci xarakter dəyişiklik eozinofil törəmə olan girdə PrP düyünlərin əmələ gəlməsidir. Xəstəlik uzandıqca yarımkürələr kiçilir, qırışlar atrofilləşir.
Klinikası. Prion xəstəlikləri iki qrupa bölünür: 1) spongiform transmissiv ensefalopatiyalar; 2) prion assosiasiya tərkibli spongiform miozit.
Transmissiv spongiform ensefalopatiyalara:
1) Kreystfeld-Yakob (KY) xəstəliyi və ya inək quduzluğu
KY xəstəliyinin 4 kliniki forması var:
1.Sporadik və ya klassik forma
2.Ailəvi (genetik, irsi) forma
3.Yatrogen forma
4.Yeni atipik (Britaniya) forma
2) Qertsman-Ştraussler-Şeynker sindromu
Autosom-dominat yolla keçir, 40-50 yaşlılarda beyincik ataksiaysı, udma və fonasiya pozğunluğu, proqressiv demensiya verir.6-10 ilə ölümlə qurtarır.
3) Total ailəvi yuxusuzluq sindromu
Autosom-dominat yolla keçir, proqressiv yuxusuzluq, təlaş, qorxu. halyusinasiya və demensiya verən xəstəlikdir. Əsasən talamus zədələnir.   
4) Kuru xəstəliyi
Qannibalizm yayılan yerlərdə insanın yaxşı bişirilməmiş beynini yedikdə keçir.Xəstəlik koordinasiya pozğunluğu, nitq tikulyasiyası və eyforiya ilə təzahür edir, 9-24 aya ölümlə qurtarır.
5) Uşaqların xroniki proqressivləşən ensefalopatiyası və ya Alpers xəstəliyi aiddir.
Autosom-resessiv keçir, qaraciyəri zədələyir. Bir ildən çox çəkmir. Xəstəlik baş ağrısı, görmə pozğunluğu, insulta, epilepsiyayabənzər vəziyyətlər və sirroza keçən hepatitlə təzahür edir.
Bütün prion xəstəlikləri üçün xarakter olan nevroloji simptomlar bunlardır:
hərəki pozğunluqlar - ataksiya, adinamiya, bütün əzələlərin atrofiyası, ifliclər;
hissiyat pozğunluqları - müxtəlif dərəcədə amneziya, hissiyatın itirilməsi, ya dəyişilməsi, hissiyat orqanlarının funksional çatışmazlığı;
sixi pozğunluqları - sənət vərdişlərinin itirilməsi, depressiya, yuxululuq,qressivlik, intellektin azalması, ağıl zəifliyi.
Diaqnoz. KY xəstəliyində parakliniki əlamətlər cüzi olur. EEQ-də vaxtaşırı qıcolma cərəyanı aşkar edilir. Likvor dəyişilmir. KT (komputer tomoqrafiya) yarımkürələrin və beyinciyin atrofiyasını aşkar edir.
Kuru xəstəliyi siçanın beyindaxili yoluxdurulması ilə təsdiq olunur.
İrsi prion infeksiyalar ailəvi anamnez və diferensial diaqnoz yolu ilə müəyyən edilir.
Müalicəsi. Patogenetik və simptomatik üsullarla aparılır.
Profilaktikası. Köçürülən qanın vəorqanların etibarlı mənbələrdən götürülməs, ciddi yoxlanılması, hormonların sintetik preparatlarla əvəz olunması,şübhəli yerlərdən alınmış ət və ət məhullarının yeyilməməsi, qannibalizm və ailədaxili evlənmənin (KY-nin ən çox rast gələn səbəbi)
qadağan edilməsi tədbirləri aiddir.
Müəllif: Ələsgər Vəliyev
Kitab: İnfeksion xəstəliklər
Erkən differensial diaqnozu, müalicəsi
Top