Kampilobakterioz - intoksikasiya, mədə-bağırsaq pozğunluğu, artralgiya, bəzən sepsis əlamətləri, uşaqlarda bədənin susuzlaşması ilə gedən infeksion xəstəlikdir.
İlk vaxtlar ev heyvanlarında balasalma verən xəstəlik kimi məlum olmuşdur.Törədicisini xəstə adamlardan
R.Vinsent və
əməkdaşları (1947) əldə etmişlər.
Etiologiyası.İnsanda kampilobakteriyaların üç növündən
Campylobacter fetus-un
fetus,
intestinalis və
jejuni yarım növləri tapılır.İnsan
C.jejuni qrupundan
C.jejuni, C.coli, C.laridis, az hallarda
C.fetus fetus xəstələndirir.
Kampilobakterilər (campilo-əyri) - qram (-), 1-2 qamçısı ilə hərəkət edən çubuqvari mikroblardır.O və H antigeninə görə C.jejuni onlarla biovarlara bölünür.Bəzi ştamları enterotoksin ifraz edir.Xüsusi qida mühitlərində yetişirlər.Xarici mühitdə davamlıdır, torpaqda, suda, süddə uzun müddət yaşaya bilirlər.
Epidemiologiyası.İnfeksiya mənbəyi və rezervuarı təsərrüfat heyvanları, quşlar, bəzən gəmiricilər və vəhşi heyvanlardır.İnsan alimentar yolla infeksiyalaşmış ət, süd məhsulları bişirmədikdə yoluxur.Meyvə-tərəvəz, su vasitəsilə, dölün transplasentar yoluxması mümkündür.Kənd təsərrüfatı işçiləri, baytarlar, 10 yaşa qədər uşaqlar, qastroektamiya olunmuşlar, immunodepresant alanlar xəstələnir.Sporadik, bəzən epidemik alovlanma şəklində alovlanma verir.
Patogenezi və patoloji anatomiyası.Kampilobakteriozla yoluxmanın xəstələnməyə keçməsi orqnanizmin rezistentliyindən asılıdır.Müqavimətli şəxslərdə yoluxma ancaq bakteriya gəzdirmə ilə nəticələnir.Digər hallarda mikrob nazik, bəzən həm də yoğun bağırsağın selikli qişasına adgeziya edərək çoxalır və enterotoksinlə iltihabi dəyisikliklər törədir.Mikrobun yüksək dozası orqanizmə düşdükdə bakteremiya, ürəkdə, MSS-də, ağciyərlərdə, qaraciyərdə, yumşaq beyin toxumalarında ikincili ocaqlar əmələ gəlir.Hamilələrdə plasenta ilə dölün yoluxması abort və ya vaxtından əvvəl doğuş verir.İmmundefisitli şəxslər xəstəliyin xroniosepsis formasına tutulur.Bağırsaqların selikli qişasında hiperemiya, ödem, bəzən qansızma, nekroz ocaqları tapılır.Selikli forma daxili orqanlarda, əzələlərdə çoxlu mikroabses əmələ gətirir.
Klinikası.İnkubasion dövr 1-6 gündür.Kampilobakteriozun 4 kliniki forması rast gəlinir:
1)mədə-bağırsaq - qastrointestinal forma
2)yayılmış,setiki forma
3)xroniki forma
4)subkliniki-bakterya ifrazetmə
Qastrointestinal forma üstünlük təşkil edir.O, intoksikasiya əlamətləri - qızdırma, əzələ-oynaq ağrısı, baş ağrısı, ümumi zəifliklə başlayır.Tezliklə dispepsiya, ürəkbulanma, qusma, epiqastriumda ağrı, qarında sancı verən diareya qoşulur.Duru, pis iyli, sonra su kimi nəcis ifrazı gündə 10 dəfəyə qədər təkrar olunur.Qusma və ishal, xüsusilə bir yaşa qədər uşaqlarda susuzlaşma, mineral itgisi və asidoz əlamətləri verir.2-3-cü günlərdən kolit sindromu - qan və selik qarışıqlı çoxlu nəcis ifrazı, qarında tutma şəkilli ağrı başlayır.Xəstəliyin ağır formasında intoksikasiya əlamətləri üstünlük təşkil edir, leykositoz olur.Yüngül forma 2-3 günlük enterokolitlə getsə də xəstə seyli zəifləyir.Bu forma iki həftə çəkir, bəzən residiv verir.Bu xəstələrdə terminal ileit, mezadenit, artrit, ekzantema, kardiopatiya kimi gecikmiş dəyişikliklər də tapılır.Oynaqlardan biri, məs., diz oynağı, ya bir neçəsi - baldır-daban, mil-bilək, kiçik oynaqlar zədələnə bilər.
Yayılmış, septiki forma 1 yaşa qədər uşaqlarda, ya da yaşlı zəif şəxslərdə təsadüf edilir.Xəstəlik ümumi intoksikasiya, qızdırma, huş pozğunluğu, təkrar üşütmə, titrətmə, çoxlu tərləmə, qarında ağrı, qusma, arıqlama əlamətləri ilə gedir.Taxikardiya, hipotoniya, qaraciyərin böyüməsi;sarılıq, pnevmoniya, peritonit, abseslər xəstəliyin ağırlığını artırır, bəzən İTŞ inkişaf edir.
Subkliniki formada kliniki əlamətlər olmur, diaqnoz nəcisdə mikrobun tapılmasına əsasən qoyulur.Bakteriya ifrazı 3 aya qədər çəkərək qanda anticisim titrinin artmasına səbəb olur.
Xroniki forma subfebril qızdırma, ümumi zəiflik, kefsizlik, tərləmə, vaxtaşırı qarında ağrı, ürəkbulanma, qusma və ishalla özünü göstərir.Ocaqlı əlamətlər - artrit, keratit, konyuktivit, endokardit, plevranın empieması, vaginit, endoservisit də aşkar olunur.Xəstə getdikcə arıqlayır, bəzən meningit inkişaf edir.
Diaqnozu.Bakteriyaloji müayinə üçün qan, likvor, punktatlar əkilir.Bakterioskopda mikrobun hərəkəti izlənilir.
Seroloji reaksiyalardan - MAR, İFA, KBR, PHAR qoşa zərdabla 10 gün ərzində qoyulur.
Differensial diaqnozu.Kliniki formalarından asılı olaraq kampilobakteriozu kəskin bağırsaq infeksiyaları, septiki və bakteremiya xəstəlikləri və uzun sürən infeksiyalardan - bruselloz, toksoplazmoz, bağırsaq yersiniozu və psevdovərəmlə differensə etmək lazımdır.
Müalicəsi.Kampilobakterilərə levomisetin, tetrasiklin, erotromisin, furazolidon, ampisillin güclü təsir göstərir.Etiotrop müalicə 7 gün, yayılmış formada 10 günə qədər, xroniki gedişdə təkrar kurslarla aparılır.Bəzən antibiotiklər kombinə edilir, klinik formalara uyğun patogenetik müalicə və immunokorreksiya əlavə olunur.
Profilaktikası.Profilaktikada əsas yeri sanitar-gigyenik və sanitar-baytar tədbirlər tutur.
Müəllif: Ələsgər Vəliyev
Kitab: İnfeksion xəstəliklər
Erkən differensial diaqnozu, müalicəsi