Pul üçün sirr

Pul üçün sirr

Pulu cəzb etmək üçün fikrinizi varlı həyata yönəltməlisiniz. Əgər siz həmişə pul çatışmazlığından şikayət edirsinizsə, varlı ola bilməyəcəksiniz. Çünki, siz ancaq pulun azlığı haqda düşünürsünüz. Fikrinizi pul çatışmazlığında cəmləməklə pulunuzun kifayət etmədiyi hallarla daha çox rastlaşacaqsınız. Bu haqda arzunuza çatmaq üçün yalnız varlı olmaq haqqında düşünmək lazımdır.

Siz öz fikirlərinizlə yeni bir siqnal verməlisiniz və bu fikirlər təsdiq etməlidir ki, sizin hal – hazırda kifayət qədər pulunuz var. Təsəvvürlərinizə müraciət etmək və kifayət qədər pulunuzun olduğunu düşünmək mütləqdir. Bu, belə bir maraqlı məşğuliyyətdir! Çoxlu pula malik olduğunuzu təsəvvür etmək belə, özünüzü yaxşı hiss etməyinizə səbəb olacaq. Əhvalınız da yüksəldiyi üçün pul sanki, həyatınıza axmağa başlayacaq.

Cekin çox gözəl bir hekayəsi “Sirr” komandasına ilham verdi və onlar belə bir addım atdılar. Boş çek şəkli çəkdilər və onu sayta yerləşdirdilər: Sizin üçün boş çek – bu çek Kainat bankındandır. Siz bu çekin üzərinə adınızı və görmək istədiyiniz məbləği yaza bilərsiniz. Sonra bu çeki göz önündə saxlayın. Hər gün bu çekə baxın və elə hiss edin ki, bu məbləğ artıq sizindir. Təsəvvür edin ki, bu pulları artıq xərcləyirsiniz, nə alacağınızı, bu məbləğin köməkliyi ilə nə edə biləcəyinizi düşünün. Bu prosesdən zövq alın! Bilin ki, siz istədiyiniz andan pullar artıq sizindir. Bir müddət sonra elektron ünvanımızda bu çekin vasitəsilə böyük məbləğdə pul qazanmış milyonlarla insandan məktub aldıq. Bu əyləncəli oyun sizin üçün də çalışır!

Var-dövləti cəzb edin. İnsanların istədikləri məbləğə sahib ola bilməməklərinin yalnız bir səbəbi var: onlar öz fikirləri ilə pul axınına mane olurlar. Hər bir neqativ fikir, hiss və ya emosiya pul da daxil olmaqla, hər bir yaxşı hadisənin baş verməsinə mane olur. Bu o demək deyil ki, Kainat onları sizdən gizlədir, çünki sizə lazım olan bütün pullar görünməz bir şəkildə artıq sizə məxsusdur. Bu proses üçün sizin kifayət qədər şəraitinizin olmamasına səbəb odur ki, siz pulların yolunu kəsirsiniz. Siz bunu öz fikirlərinizlə edirsiniz. Fikirlərinizin balansını çatışmazlıqdan bolluğa doğru dəyişməlisiniz. Pul çatışmazlığı haqqında düşünməkdənsə, var – dövlətli həyat haqqında düşünün və hər şey bu istiqamətdə yönələcək.

Əgər sizə pul lazımdırsa, bu güclü bir hissdir – və əlbəttə ki, cazibə qanununa görə, siz pula olan ehtiyacıcəzb etməyə davam edəcəksiniz.

Mən sizə öz pul haqqındakı təcrübəmdən danışa bilərəm. Sirri özüm üçün müəyyən etməmişdən az öncə mühasibatçılar mənə dedilər ki, mənim firmam ağır itkilərə yol verib və belə davam etsə üç ay ərzində müflis ola bilərik. On il müddətində əziyyətlə qurduğum şirkət əldən gedirdi və şirkəti xilas etmək üçün pula ehtiyac duyduqca, işlər daha da pisləşirdi. Mənə elə gəlirdi ki, artıq heç bir çıxış yolu yoxdur.

Sonra mən Sirri öyrəndim və bütün həyatım, eləcə də şirkətlə bağlı işlərim – tamamilə dəyişdi. Çünki, mən düşüncə tərzimi dəyişdim. Mən Kainatın məni düşdüyüm bu çətin vəziyyətdən xilas edəcəyinə və kifayət qədər pul yetirəcəyinə inanmağa başladım. Və Kainat arzumu elə bir şəkildə həyata keçirdi ki, mən bu çıxış yolunu yatsam heç yuxumda da görə bilməzdim. Bəzən bu işin uğurla başa çatacağına şübhə etdiyim zamanlar da olurdu, lakin həmin anlarda mən dərhal fikrimi başqa istiqamətə yönəldir və əldə etmək istədiyim məbləğ haqqında düşünürdüm. Mən bu məbləği əldə edəcəyimə inanır, bunun üçün sevinir və minnətdarlıq (şükr) edirdim.

Mən sizə yalnız Sirri izah etmək istəyirəm. Həyatda istəyinizə çatmağın ən qısa yolu bu andaca xoşbəxt olmaq və özünü xoşbəxt hiss etməkdir! Bu yol sizə lazım olan pulu və istədiklərinizi əldə etməyin ən qısa yoludur. Kainata xoşbəxtlik və sevinc hissi ilə dolu dalğalar yayın. Bu üsulla siz daha çox sevinc və xoşbəxtlik
cəzb edəcəksiniz. Əgər siz sevinc və xoşbəxlik siqnalları yaysanız, onlar sizə həqiqət və həyat təcrübəsi olaraq geri dönəcək. Cazibə qanunu sizin ən gizli fikir və hisslərinizi əks etdirərək, onları sizin həyat tərzinizə çevirir.

Ronda Bern “Sirr”kitabı
Top