Mütəxəssislər oturaq işlə məşğul olanların gün ərzində sabit formada oturmamalarını, hər yarım saatdan bir ayağa qalxaraq iş yerində gəzmələrini tövsiyə edirlər.
Dövrümüzün iş həyatında kompüter istifadəsinin artmasıyla yanaşı, mənfi iş şəraitilə əlaqədar olaraq oturaq işlə məşğul olanlar sağlamlıq problemlərilə qarşılaşırlar. Xüsusən saatlarla masa arxasında əyləşib işləyən insanlarda hərəkətsizliklə bağlı boyun və bel ağrılarının yarandığını bildirən manipulyasiya üzrə mütəxəssislır, müəyyən vaxtdan sonra əmələ gələn bu ağrıların getdikcə artaraq insanın dözməyəcəyi həddə çatdığını qeyd edirlər. Eyni formada kompüter qarşısında əyləşib işləyənlərdə bel və boyun əzələlərinin fəaliyyətsiz qaldığını vurğulayan ekspertlərə görə, bu da bel yırtığına səbəb olur. Mütəxəssislər bildirirlər ki, bu vəziyyətin uzun müddət davam etməsi onurğada ciddi narahatlıqlar əmələ gətirir. Oturaq iş görənlər gün ərzində eyni formada əyləşməməli, hər yarım saatdan bir ayağa qalxaraq iş yerində gəzməlidirlər.
Bel yırtığı təhlükəsi
Daim eyni vəziyyətdə kompüterə baxan insanların boyun hərəkətləri edərək yaranacaq xəstəliklərdən özlərini qorumaları mümkündür.
Bu formada daimi oturmalar və hərəkətsizlik, onurğa ətrafındakı əzələlərdə zəifləməyə, nəticədə boyunda düzləşməyə, həmçinin boyun və bel yırtıqlarına şərait yaradır. Gün ərzində hərəkətsizlikdən və daim eyni vəziyyətdə oturmaqdan irəli gələn ağrılar beldən ayağa keçdikdə bel yırtığı, boyundan qola və ələ keçdikdə boyun yırtığı ehtimalını özü ilə birlikdə gətirir.
Yırtıqdan xilas edən əllər
Belə xəstəliklər zamanı dərhal bu sahənin mütəxəssisinə müraciət edilməlidir. Əməliyyat yalnız, bel yırtığında ayaqlarda artan əzələ gücünün zəifləməsi, sidiyi və nəcisi saxlaya bilməmək şikayəti olan və ya əməliyyatsız müalicəylə sağalmayan xəstələrdə, boyun yırtığında isə əllərdə və qollarda artan əzələ zəifləməsi olan şəxslərdə tətbiq edilir.