*Bu günlərdə dünyada “buzlu su” çılğınlığı yaşanır… Təqdimat bir qədər şou-biznesvari olsa da, əslində dünya məşhurları ALS xəstəliyinə diqqət cəlb etmək, eləcə də onlara maddi yardım etmək üçün ilginc bir kampaniyaya başlayıblar.
Aksiyanın prinsipi isə belədir: başına bir vedrə su tökən şəxs (bu, məşhur biri də ola bilər, sıradan biri də) 3 adamı bu hərəkəti təkrarlamağa çağırır. Əgər çağırış etdiyi şəxslər bu addımı təkrarlaya bilməsələr, ALS xəstələri üçün açılmış hesaba 100 dollar ödəməlidir.
Xatırladaq ki, ALS xəstələrinə dəstək aksiyası — “İce Bucket Challenge” adlanır. Amiotrofik Lateral Skleroz (ALS) və ya Şarko xəstəliyi sinir sisteminin sağalmaz xəstəliyidir. Xəstənin şüuru aydın olsa da, o, tez-tez hərəkətdən qalır. ALS əqli keyfiyyətlərə zərər vurmasa da, ağır depressiyalara səbəb olur. Xəstəliyin son mərhələsində nəfəs borusu daralır, tənəffüs çətinləşir. Bu zaman ciyərləri yalnız süni havalandırma ilə fəaliyyətdə saxlamaq olur.
Bu xəstəliyə yoluxanlara dəstək olmaq məqsədilə məşhurlar başlarına vedrə ilə soyuq su tökür və estafeti digərlərinə verirlər. İndiyədək bu kampaniyaya ABŞ-ın keçmiş prezidenti Corc Buş, facebook-un yaradıcısı Mark Zükerberq, “Microsoft”un prezidenti Bil Qeyts, müğənni Jenifer Lopes, Demet Akalın, Hülya Avşar, məşhur futbolçular Neymar və Kristiano Ronaldo, aktyorlar Cim Parsons və Robert Dauni, müğənni Castin Biber, Selena Qomez, italiyalı ulduz futbolçu Mario Balotelli, türkiyəli futbolçu Arda Turan da iştirak edib.
Bu aksiyaya qatılanlar arasında ən maraqlı simalar isə Corc Buş və Bill Klinton olub. Belə ki, Buşun başına buz ilə qatışdırılmış bir vedrə suyu həyat yoldaşı Laura Buş töküb. Bundan sonra isə eks-dövlət başçısı digər eks- prezident Bill Klintonun adın çəkib.
Hazırda bu fondun hesabında 15 milyon dollar pul toplanıb.
Kampanyanın təşəbbüskarlarından biri 27 yaşındakı Corey Griffindir. O, çox yaxın dostu Pete Frates ALS-yə yoluxduğu üçün bu kampaniyaya başlayıb.
Amma dünən kampaniyanın təşəbbüskarı ilə bağlı da üzücü hadisə baş verib. Bostonlu gənc dəniz qəzasında faciəvi şəkildə dünyasını dəyişib. Yay istirahətini keçirən Griffin iki mərtəbəli bir evin eyvanından özünü suya atıb və bir daha oradan çıxmayıb. Dostları bunun fərqinə varanda isə o, çoxdan dünyasını dəyişibmiş...
*Bəzi Azərbaycan məşhurlarida bu aksiyada iştirak edib.
*Şou əhli canlı yayımda suya batdı
Ötən gün “Xəzər” telekanalında yayımlanan “5/5” verilişində maraqlı anlar yaşanıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, proqramın qonağı olan yumor ustası Fərda Xudaverdiyev “Buzlu su” aksiyasını canlı yayımda etmək təklifi irəli sürüb.
Onun bu istəyi ilə razılaşan aparıcı Zaur Kamal və digər qonaqlar — reper Qurd, müğənni Çingiz Mustafayev, idmançılar içərisi buzla dolu suyu başlarına töküblər. F.Xudaverdiyev estafeti aktyor Elməddin Cəfərov, Müşviq Şahverdiyevə; Qurd prodüser Anar Mədətov, müğənni Günay İbrahimli, idmançı Kamil Zeynallıya; Çingiz əməkdar artist Tünzalə Ağayeva, menecer Zəhra Bədəlbəyli, aparıcı Şəhriyyar Əbilova; Zaur isə əməkdar artist Elza Seyidcahan və müğənni Vasif Məhərrəmliyə verib.
*Məşhur idmançı Abutalıbovu “buzlu su” aksiyasına dəvət etdi
İfaçı Gülay Qədirovanın həyat yoldaşı, idmançı Kamil Zeynalov dünya ulduzları kimi ALS-dən əziyyət çəkənlərə yardım məqsədilə keçirilən xeyriyyə kampaniyasına dəstək olub.
P.S.Məlumatda bir çox saytlarin məlumatlari verilmişdir