Aərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tapşırığına əsasən tərkibində süd emalı savodu və 500 başlıq heyvandarlıq kompleksi olan Kürdəmir heyvandarlıq və süd emalı kompleksi istifadəyə verilmişdir.
Müəssənin gundəlik emal gücü 160 tondur.140 nəfərə yaxin işçisi vardir.10 növdə,36 çeşiddə məhsul istehsal olunur.Süd emalı zavodunun İsverç Krallığınin «TETRA PAK» şirkətinin ən son avadanliqlari ilə təchiz edilmişyeni qablaşdirma sahəsi 2013-cu il avqustun 7-də İlham Əliyev tərəfindən açılmışdır. Zavodun xammal bazasının təmin edilməsi məqsədi ilə süd emalı kompleksinin tərkibində ilkin olaraq yaradılan 500 başlıq iribuynuzlu heyvandarlıq kompleksi Almaniyanın «GEA» şirkətinin ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə sistemləri, bir dəfəyə 28 baş inək tutumlu «Paralel» tipli sağım avadanlığı, soyutma sistemləri və digər avadanlıqla təchiz edilmişdir. Kompleksə hər biri gündəlik 25 litrdən çox süd vermə qabiliyyətinə malik 500 baş «Holstein Friesian» cinsli inəklər gətirilmişdir. Heyvandarlıq kompleksində il ərzində 3,8 min ton süd istehsalı nəzərdə tutulur. Bu isə süd emalı zavodunun xammala olan tələbatını qismən ödəyir. Bununla yanaşı, Kürdəmir və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərdən gündəlik südün qəbulu təşkil edilir ki, bu da öz növbəsində heyvandarlığın inkişafını stimullaşdırır.
Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
KAYZEN.AZ