Komandanı motivasiya etməyin 5 yolu

Komandanı motivasiya etməyin 5 yolu

Əgər komanda hər zaman motivasiyalı olsa müvəffəqiyyət qazanmaq daha asan olar. Motivasiya komanda yaratmağın və effektiv komanda işinin təməl hissəsidir. Komandanı daima motivasiyada saxlamaq istəyirsənsə, aşağıdakı məsləhətlərdən istifadə edə bilərsən :

1. Qarşıya aydın məqsədlər qoy
Qarşıya aydın məqsədlər qoyulması iş fəaliyyəti ilə əlaqələndirilməlidir və motivasiyanın əsas mənbəyidir – bu işə olan maraqla bağlı yaranan motivasiyadır. Aydın və xüsusi məqsədlər daha çox məhsuldar olmağa və daha yaxşı komanda işinə səbəb olur. Buna görə də istənilən anlaşılmazlıqdan boyun qaçırmaq məqsədilə işin tamamlanması üçün komandanın qarşısına son tarixlə birgə aydın məqsədlər qoy.

2. İnsanlara səlahiyyət ver
Komanda üzvlərinin inkişafı kommunikasiya, açıqlıq və qərar qəbul edilməsində komanda üzvlərinin birbaşa iştirakını tələb edir. Komandanı problemləri həll etmək üçün dəstəklə və müzakirələri yüngülləşdirməyə çalış.

3. Düzgün dəstəklə təmin et
Dəyişiklik hər zaman komandanın işin yeni yollarını anlamaq və həyata keçirmək üçün yeni bacarıqlar öyrənməsini nəzərdə tutur. Komanda lideri komandaya və fərdi olaraq hər kəsə yeni yanaşmaları inkişaf etdirmək və təcrübədən keçirmək üçün imkan yaratmalıdır. Əmin ol ki, komandan yeni bacarıqlarını təsdiqləmək üçün müvafiq təlimə, inkişaf resurslarına və vaxta malikdir.

4. Gələcəyə dair baxış yarat
Gələcəyə baxışı müəyyən etmək, inkişaf etdirmək,aydın ifadə etmək və komandanı bundan xəbərdar etmək daha məqsədə uyğundur. Başqalarını səni izləməyə ruhlandırmaq həqiqətən əla çağırışdır! Komandanı ruhlandırmaq üçün sən gələcəyə dair sadə, aydın və münasib baxışa ehtiyac duyursan. Əlavə olaraq, həmçinin insanlarda sənə qarşı inam hissini yaratmağa və iş üçün ən uyğun insan olduğunu sübut etməyə də ehtiyacın ola bilər.

5. Minnətdar olduğunu göstər
Sən komandanda vaxt və enerji kəşf etməlisən. Hər kəs qiymətləndirilməyə ehtiyac duyur və sənin komandan da fərqli deyil! Onlar sənin onlara qarşı şəxsi marağının və öhdəliklərinin olduğunu bilməyə ehtiyac duyurlar.Onların dəyərini hər zaman xatırlamaq göstərir ki,onlar qiymətləndirilir və gördükləri iş sənin üçün həqiqətən vacibdir.

Üzvləri müəyyən məqsədlərə malik olan komanda öz işində daha çox həvəs və güclü dostluq münasibətlərinə sahib olur.Bundan başqa, komanda motivasiya olacaq və fəaliyyətlərinə görə məsuliyyət daşıyacaq.Komandanı motivasiya et və qarşılığını gör.
Top