Beynəlxalq iqtisadi təşkilatların təşəkkül tapması və inkişaf mərhələləri

Beynəlxalq iqtisadi təşkilatların təşəkkül tapması və inkişaf mərhələləri

Beynəlxalq iqtisadi təşkilatlar dövlətlərarası çoxsahəli razılaşdırılmış məqsədi, daimi orqanı, səriştəsi olan beynəl­xalq əməkdaşlıq institutu və beynəlxalq iqtisadi münasibət­ləri tən­zimləmək alətidir. Beynəlxalq iqtisadi təşkilatlar çər­çivəsində ümumiqtisad və ya xüsusi məsələlər üzrə gərgin danışıqlar gedir, mübahisəli və ziddiyyətli məsələlərin həlli yolları axtarılır və bu təşkilatlara üzv olan dövlətlər arasında münasibətlər ya­radılır və inkişaf edir. Beynəlxalq iqtisadi təşkilatlar beynəlxalq iqtisadi münasibətlərdə öz adından, eyni zamanda təşkilatın üzvü olub beynəlxalq müqavilələrin bağlanmasında öz qərarları ilə iştirak edən dövlətlər adından nisbətən sərbəst çıxış edir. Beynəlxalq iqtisadi təşkilatlar beynəlxalq hüququn subyekti kimi qəbul edilir. Beynəlxalq iqtisadi təşkilatlar bir tərəfdən döv­lətlərarası münasibətlərin, digər tərəfdən beynəlxalq hü­qu­qun subyekti olduğundan, beynəlxalq qanunçuluğun və döv­lətlərarası mübahisəli mə­sələlərin qarşılıqlı iqtisadi müna­si­bət­lərin möhkəmlənməsi, inkişafı və həlli  üçün əməli rol oynayır.
Beynəlxalq iqtisadi təşkilatların üzvləri BIM-də öz müs­təqillik rolunu itirmiş, eyni zamanda birbaşa və ya dolayı yolla BIM-ə müəyyən təsir göstərir. Müxtəlif beynəlxalq iqti­sadi təşkilatların BIM-də rolu və yeri eyni deyildir. Beynəl­xalq iqtisadi təşkilatların üzvlərinin iqtisadi rəftarının tən­zimlənməsi və istiqamətlən­diril­məsi mexanizmi real və pozi­tiv rol oynayır. Bu mexa­nizmin ümumimiyyətlə bu və ya digər beynəlxalq, iqtisadi, sosial-siyasi şəklə salınması və təs­viri sadə informasiya mübadiləsində ola bilər. Dünya səhnə­sində iqtisadi siyasətin və onun strategiyasının ayrı-ayrı ele­mentləri müəyyən iqtisadi hərəkətin işlənib hazırlanması və həyata keçirilməsi ilə razılaş­dırılır. Çıxışda BIM-lər siste­mində tənzimlənmə mexanizmi işləyir və həmin iştirakçı olan təşkilat tərəfin təsir göstərən kanal hesab edilir və ümumi iq­tisadi siyasətin işlənib hazır­lanması yerdə baş verən zid­diyyətlərin və gərginliklərin aradan qaldırılmasına – düzəl­dilməsinə təsir göstərir.
Dünya təcrübəsinin göstərdiyi kimi baş verən bütün ha­di­sələrin qarşılıqlı asılılığının güclənməsi və inkişafı, o cümlədən iqtisadi münasibətlərin obyektiv meyilləridir və bu meyllər beynəlxalq iqtisadi təşkilatların formalaşmasına im­kan verir. Gələcəkdə belə obyektiv qanunçuluğun yaradıl­ması beynəlxalq əmək bölgüsünün dünya təsərrüfatının və digər sahələrin beynəlmiləlləşdirilməsinin dövlət və beynəl­xalq təşkilatlar tərə­findən davam etdirilməsi, bir tərəfdən belə qanunçuluğun baş verməsi və həyata keçirilməsi üçün sağlam şərait yaradır, digər tərəfdən isə nəticə olaraq beynəl­xalq iqtisadi müba­hi­sələrin zəifləməsinə və ya aradan qaldı­rılmasına səbəb olur. Digər tə­rəf­dən beynəlxalq iqtisadi münasibətlərin baş verməsi dünya iqtisadi münasibətlərindən qrup dövlətlərin və üzvlərin çıxa­rılmasını avtomatlaşdırır. Bu xarici iqtisadi və siyasi davranışda iştirak edən ölkələrin və iştirakçıların dünya döv­lət­lərinin bir-birinə münasibəti, həy­ata keçirdikləri iqtisadi və siyasi kurs yeni şəraitdə nəinki onlar arasında mübahisə yaradır, hətta bəziləri mübahisə ya­ratmaq üçün özü şəxsi mübahisə qovşağı yaratmaqla deyiş­mələr aparmağa əl izləri qoyur.
Beynəlxalq təşkilatlar az-çox Beynəlxalq iqtisadi müna­sibətlərdə muxtariyyət quruluşuna malikdirlər. Onlar öz qa­nunvericiliklərinə tabe olaraq onun əsasında hərəkət və inki­şaf edir. Onların sayına, təfsilatına beynəlxalq təşkilatlar tə­rəfindən qəbul edilmiş prinsip və beynəlxalq normaları, müvafiq struk­turları aid etmək olar ki, bunlar da həmin təş­kilatın nizamna­məsi ilə müəyyən edilir və beynəlxalq müna­sibətlərin o sahəsi üzrə fəaliyyətdə olur ki, o məqsədyönlü hesab edilsin.
Beynəlxalq iqtisadi təşkilatların baş verməsi müəyyən ətalətə malik olur və ölkənin və ya onun iştirakçısının yerit­diyi siyasətə əks təsir göstərir. Bu beynəlxalq iqtisadi təşki­latların rolu ilə eyni xarakter daşıyan konservatizm – müha­fizəkarlıq rolu daşıyır.
Belə ki, dövlətin xarici siyasi kursu beynəlxalq iqtisadi təşkilatların kursuna nisbətən dinamik xarakterdə olur, bu buda  bəzi hallarda Beynəlxalq iqtisadi münasibətlər siste­mində və ya təşkilatın iştirakçısının özünün strukturunda ziddiyyətlər baş verməsinə səbəb olur. Ola bilər ki, ölkələr obyektiv xa­rakter daşıyan və maneələr yaradan müxtəlif sə­bəblər üzündən beynəlxalq iqtisadi təşkilatlar tərəfindən ma­neələrə sövq edilsin. Bilavasitə belə vəziyyət bəzi hallarda «kollektiv» iqtisadi siyasəti az səmərəli edir və beynəlxalq təşkilatların düşdüyü vəziyyəti dəyişdirməyə tələb yaranır.
Beynəlxalq iqtisadi təşkilatların baş vermə xronikası çoxsahəlilik əsasında dünya  təsərrüfatı problemlərinin, dünya bazarı təsərrüfatının mövcudluğu dövründə tənzim­lənməsinə cəhd göstərilməsini sübut etmişdir. Bu bir qayda olaraq bey­nəlxalq ticarət, gəmiçilik, valyuta-kredit və digər sahələrə tələbin artması ilə əlaqələndirilir.
Həmin dövrdə tənzimləmə və zaman keçdikcə təşkilat hüquqi forma alıb, sonradan isə bütün dövlətləri əhatə edən dövlətlərarası razılaşmaların köməkliyi ilə həyata keçirilirdi. XX əsrin sonunda çoxsahəli razılaşma larla yanaşı ilk dəfə beynəlxalq iqtisadi təşkilatlar baş vermişdir.
Lakin, XX əsrin başlanğıcında 40-cı illərdə II Dün­ya müha­ribəsindən sonra beynəlxalq təşkilatların yara­dılmasının aktiv­ləşməsi formasına, məqsədinə və digər həll edilən məsələlərə görə bir-birindən fərqlənən indiki beynəlxalq iqtisadi təşkilatlar sis­temi fəaliyyət göstərməyə başladı. Onların yaradılması məhsul­dar qüvvələrdə, həmçinin dünyada və inkişaf etmiş dövlətlərin da­xilində güclərin dəyişməsindən irəli gələn obyektiv səbəblərdən baş vermişdir. Dünya təsərrüfat əlaqələrinin tənzimlənməsi qar­şılıqlı iqtisadi strategiyanın işlənib hazırlanmasının forma və me­todları özünəməxsus inkişaf yolu keçmişdir. Mütəxəssislər bu prosesdə aşağıdakı üç mərhələni ayırırlar:

Birinci mərhələ II Dünya müharibəsinin sonundan başlayaraq 50-ci illərə qədər davam etmişdir. Bu dövrün dünya təsərrüfatında ABŞ əsas siyasi və iqtisadi lider idi. ABŞ-nın təşəbbüsü və səyi ilə idarəetmə üzrə siyasi və    iqti­sadi  həyatın   ayrı  -  ayrı  aspektlərini,   onların hissələrinin idarə edilməsində dövlət və hökumətlərə muxtariyyət veril­məsi üçün geniş şəbə­kəli beynəlxalq təşkilatlar yaradılır. Bunlar içərisində Birləşmiş Millətlər Təşkilatı (BMT) və onun geniş institutlar sistemi, Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxalq Yenidənqurma və Inkişaf Bankı (BYIB) və Beynəlxalq Tariflər və Ticarət üzrə Baş razılaşmalar (GATT), Avropa Iqtisadi Əməkdaşlıq Təşkilatı (AIƏT) və s. idi. Bu vaxt SSRI, xarici və digər sosialist ölkələri ilə iqtisadi əlaqələri təhlil edən, iqtisadi məsələlər üzrə «Kokom» və isti­qamətləndirən NATO yaradıl­mışdır. Səla­hiyyətlərin dövlətdən dövlətlərarası səviy­yəyə keçməsi prosesi miqyası və intensivliyi daima artırdı. Ke­çən əsrin or­talarından hazırki dövrə qədər iqtisadiyyatın, siya­sətin, ekologiyanın, mədəniyyətin müxtəlif sahələrini tən­zim­ləyən 3 minə yaxın dövlətlərarası təşkilat (DT) yaradılmışdır.
Bunlara 20 min müxtəlif beynəlxalq qeyri-dövlət təşki­latları əlavə olunur ki, onlardan təqribən 2 mini BMT ya­nında məşvərətçi statusa malikdir.40-cı və 50-ci illərin ortalarında beynəlxalq iqtisadi təş­kilatlar müxtəlif xarakterik cəhətləri əldə etmək, inkişaf et­miş bazar iqtisadiyyatına malik olan aparıcı dövlətlərin qar­şısında duran məsələlərə cavab məqsədilə formalaşdırılmış­dır:
dünya təsərrüfatında öz hökmranlığını möhkəmlən­dirmək silahı olmaqla ABŞ-ın marağını ifadə edən institutla­rın

  • yaradılması və ancaq sənayecə inkişaf etmiş ölkələrin da­xil edilməsi.
  • tənzimləmə əsasən kapitalın sərbəst hərəkəti, göm­rük tariflərinin aşağı salınması və əsasən ticarətin libe­rallaşdırılması ilə uyğun gəlməlidir.

Ikinci mərhələ. Bu mərhələ 60-cı illəri əhatə edir. Bu dövr özünün sənayecə inkişaf etmiş ölkələr sisteminin daxi­lində güc­lə­rin yerləşdirilməsində baş verən dəyişikliklər, dünya are­na­sında inkişaf etməkdə olan ölkələrin gəlməsi, dünya təsərrüfatı əlaqələrinin çoxsahəli tənzimlənməsi və güclərin kapitalizm və sosializm arasında ümumi yerləşdiril­məsi formaları ilə fərq­lən­mişdir.
Qeyd edilən vəziyyət beynəlxalq iqtisadi təşkilatlar qar­şısında yeni vəzifələr qoymuşdur. Inkişaf etmiş ölkələr yalnız mürəkkəb daxili, milli-iqtisadi problemləri, iqtisadi siyasətdə bir-biri ilə o cümlədən sosialist və inkişaf etməkdə olan öl­kə­lərlə razılığı gəlməli. Bu öz əksini çoxsahəli tənzimlənmə formasının dəyişməsində tapmışdır.
BVF-na, BYIB və GATT-a azad olan bir sıra sosialist dövlətlərinin daxil olması ilə əlaqədar olaraq onlar öz tərki­bində birliyi itirirlər. Aparıcı sənayecə inkişaf etmiş ölkələrin əha­lisinin 1/4  hissəsi bu tərkibdə məşğul olmağa başladılar. Güc­lərin sayına görə yerləşdirilməsi onların daxilində key­fiy­yətcə yeni vəziyyət demək deyildi. Aparıcı mövqeyi sənay­ecə in­ki­şaf etmiş dövlətlər tuturdu. Bununla belə bu dövlətlər müx­təlif sərbəst hərəkətə malik deyildirlər. Qərarların qəbu­lunda əsas hesab üstünlüyü inkişaf etmiş ölkələrə məxsus olmurdu.
Avropa Iqtisadi Əməkdaşlıq Təşkilatı bazası (AIƏT) əsasında yeni Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatı (IƏIT) 1961-ci ildə yaradıldı. Onun tərkibinə inkişaf etmiş Qərbi Avropa ölkələri, həmçinin, ABŞ, Kanada, Yaponiya, Avst­raliya, Yeni Zelandiya – cəmi 24 dövlət daxil oldu. Yeni təş­kilatın vəzifələrini müəyyən etməklə aparıcı sənaye ölkələri­nin rəhbərləri onun fəaliyyətini  sənaye ölkələrinin   iqti­sadiyyatının iqtisadi inkişaf sürətinə, beynəlxalq ticarətin, valyuta-kredit münasibətlərinin tənzimlənməsinə, sosialist və inkişaf etməkdə olan ölkələrlə münasibətdə vahid iqtisadi strategiy­anın işlənib hazırlanmasına cəlb edilməsini qarşıya qoymuş­lar.
Beləliklə, IƏIT bu dövrdə bazar iqtisadiyyatı şəraitində inkişaf etmiş ölkələrin tanınan vahid iqtisadi siyasətinin işlə­nib hazırlanmasına istiqamətləndirən əsas beynəlxalq institutlar­dan biri hesab edilirdi.
Ikinci mərhələnin əsas xüsusiyyəti inkişaf etmiş ölkələri öz marağına tabe etmək istiqamətində iqtisadiyyatı inkişaf etdirmək bacarığına malik olmaması ilə əlaqələndirilir. Azad olan Afrika, Asiya, Latın Amerikası ölkələri əvvəl yaradılan beynəlxalq təşkilatlara buraxılmış, onların həmçinin yeni ya­ranan BMT, YUNKTAD  və  YNIDO -nun tərkibində işti­rakı
inkişaf etmiş ölkələrin və inkişaf etməkdə olan ölkələrin qar­şılıqlı əlaqələrinin tənzimlənməsi əsas məsələ hesab edilirdi.
Beynəlxalq iqtisadi təşkilatların inkişaf sistemi 70-ci il­lərə təsadüf edir. Bu dövr müstəmləkə sisteminin tam dağıl­ması, Amerika ilə Qərbi Avropa arasında güc nisbətinin dəyişməsi, siyasi planda Qərblə-Şərq arasında gərginliyin artması dövrü idi. Bu dövr Qərblə-Şərq arasında ticarət-iqti­sadi əməkdaşlığın sürətlə genişləndiyi iqtisadi və sosial həya­tın bütün sahələrində elmi-texniki tərəqqinin təsirinin art­ması, həmçinin sənayecə inkişaf etmiş ölkələrlə inkişaf et­məkdə olan ölkələr arasında ziddiyyətlərin gərginləşməsi, o cümlədən dünya iqtisadi böhranının sürətlənməsi dövrü idi. Asiya, Afrika, Latın Ameri­kası ölkələri bu illərdə yeni iqti­sadi qaydalar yaratmaq uğrunda mübarizə aparırdılar.
80-cı illərdə yenidən sənayecə inkişaf etmiş ölkələr ara­sında güclərin yerləşdirilməsində kəskin dözülməz dəyişik­liklər baş verdi. Üç güc mərkəzi – ABŞ, AII və Yaponiya forma­laşdırılır. ABŞ təcrübi cəhətdən iqtisadi mövqeyini tam itirir AFR-nın və Yaponiyanın mövqeyinin möhkəmlənməsi ABŞ-ı və bu ölkələrin üzv olduğu IƏYT ilə onların arasında olan qarşılıqlı münasibətlərin stimullaşdırılmasına yenidən baxmağı tələb edir.
Artıq bu dövrdə onlar arasında olan ziddiyyətlər ancaq üç mərkəzə daxil olan dövlətləri yox eyni zamanda AII daxi­lində, hətta AII ilə digər Avropa dövlətləri arasında bir kə­ləfə çevrilmişdir. Artıq aydın oldu ki, belə iri tərkibdə baş ve­rən ziddiyyətləri beynəlxalq iqtisadi təşkilatlar aradan qal­dıra bilməz. IƏIT-ı çərçivəsində iqtisadi siyasətin razılaşdı­rılması çox çətin iş oldu. Beynəlxalq təşkilatlar (BVF, BIYQ, GATT, YUNIDO, YUNKTAD hər biri müəyyən məhdu­diyyətli məsələlərin həlli ilə məşğul olurdular) həmin təşki­latda iştirak edənlərin tərkibi artdıqca eynilə sənaye ölkələri­nin qarşısında duran eyni məsələlərlə rastlaşırdılar. Aparıcı sənaye ölkələri ara­sında iqtisadi siyasətdə razılıqlara gəlmək və istiqa­mətlən­dirmək mümkün olmadığından IƏIT çərçivə­sində 1975-ci ildə «Böyük yeddi»lərin müşavirəsi deyilən fo­rum yaradıldı.
Iqtisadi siyasəti istiqamətləndirmək üçün hər il «Böyük yeddi»liyə daxil olan ölkələrin – ABŞ, Kanada, Yaponiya, AFR, Ingiltərə, Fransa və Italiya nümayəndələrinin yüksək səviyyədə görüşünü keçirməyə başladılar. 1923-cü ildə Nyu-Yorkda sözün əsl mənasında Qərbdə demokratiyanı liberal­casına dəstəkləmək, ağıllı və düşünülmüş razılıq əldə etmək, xüsusi kapital nümayəndələrinin üçtərəfli komissiyasını ya­ratmaq üçün və bu komissiyada Amerika korporasiyalarının iqtisadçı alimlərinin rəhbərliyi ilə müşavirə keçirmək nəzərdə tutulurdu.
80-cı illərin başlanğıcında dünya təsərrüfat əlaqələrinin çoxsahəli tənzimlənməsinin beynəlxalq iqtisadi təşkilatlarda çox mürəkkəb sistemi mövcud idi. Öz quruluşuna görə  dünya təsərrüfatı iştirakçılarının bütün marağına toxunan müxtəlif problemlərlə məşğul olan BMT sistemində onların açıqlan­ması bir çox məsələlərdə beynəlxalq iqtisadi təşkilatlara xid­mət edən piramidanı xatırladırdı. Ancaq sənayecə inkişaf etmiş ölkələrin (IƏIT və başqaları) təşkilatları onlardan yüksəkdə dururdu.
Özü ilə qeyri-rəsmi məsləhətçisi olan «Böyük yeddilər» (indi isə səkkizlər) – ikitərəfli komissiya piramidasını xatırla­dırdı.
Beynəlxalq iqtisadi təşkilatların bütün sistemi inkişaf edir. Bu həm iqtisadi və həm də siyasi səbəbləri diktə edirdi. Beynəlxalq iqtisadi əlaqələrin artması istehsal sferasında, kom­mu­nikasiya, ticarət, xarici kapital qoyuluşunda, ma­liyyə­ləş­mədə olan partlayış hər şeydən əvvəl ölkələrin dünya təsərrüfatı əlaqələrinə görünməyən dərəcədə cəlb edilməsinə gətirib çıxar­mışdır. Dünya iqtisadiyyatı yalnız sadəcə olaraq beynəlxalq əmək bölgüsü ilə yox, eyni zamanda öz miqyasına görə nəhəng hesab edilən istehsal-təchizat strukturları ilə, qlobal maliyyə sistemi və idarəetmənin lazımi adekvat for­ması olan qlobal bir mexanizmə çevrilmişdir.
Qloballaşma XXI əsrin başlanğıcında da davam edir və in­kişafın obyektiv meyli hesab edilir. O, dünya miqyasında is­tehsal-texniki, maliyyə və intellektual resursları səmərəli bölüş­dürmək, nisbətən az inkişaf etmiş ölkələri iqtisadi li­derlərə çatmaq üçün irəli aparmağa şərait  yaratmaqdan iba­rətdir.
Lakin qloballaşma hər hansı bir sosial-iqtisadi proses kimi yüksələn xətt üzrə böhransız və sarsıntısız keçinə bil­məz. Təcrübə göstərir ki, qloballaşmadan doğan bir çox mürəkkəb problemlər ancaq dövlətlərarası və milli üstünlük səviyyəsində həll oluna bilər. Beynəlxalq iqtisadi təşkilatların gücü ilə qlobal iqtisadi proseslərin tənzimlənməsi bü gün öl­kələrin dünya təsərrüfatı sistemində əlaqələrinin idarə edil­məsi, mürəkkəb­ləşən «çoxyaruslu halqa» mexanizmi kimi özünü göstərir.
Alimlər və siyasətçilər beynəlxalq iqtisadi təşkilatların tənzimləyici rolunu yekdilliklə yüksək qiymətləndirirlər. Mə­sələn, Qərbdə beynəlxalq təşkilatların tanınmış tədqiqatçıları olan F.Cekob, A.Aterton və A. Uolenstayn  düzgün qeyd edirdilər ki, beynəlxalq iqtisadi təşkilatların bütün növlərinin inkişafında dövlət yüksək səviyyədə məsələləri özü həll edə bilmir və ənənəvi diplomatiya formaları bir və ya bir çox dövlətin birlikdə hərəkət etmək tədbirlərini işləyib hazırlaya bilməməsi faktlarını qəbul etmək lazımdır. Ona görə də bey­nəlxalq təşkilatlar ümumi sülh və tərəqqiyə çatmaq üçün müəyyən hərəkət alətidir.Hindistan hüquqşünası V.Uiqerera öz əsərlərində Bir­ləşmiş Millətlər Təşkilatının fəaliyyətini qeyd edərək göstərir ki, BMT dünya forumu adlanır və dünyanın bütün millətlə­rindən və irqlərindən olan marağı ifadə edən və bu faktlar­dan biri olan BMT-nin mövcud olmasını doğrultmalıdır.Əsrlərdən bəri qlobal iqtisadi proseslər adi milli iqtisa­diyyatı sıxışdıraraq dünya miqyasında onları nəhəng təsərrü­fat mexanizmlərinə çevirməkdə üstünlük təşkil edirdi. Bey­nəlxalq iqtisadi proseslər millətlərarası, birtərəfli, milli və dövlətlər tərəfindən iki və çoxtərəfli tənzimlənən, qeyri-milli, yaxud qlo­bal qaydada tam müqayisəyə gəlməyən dövlət tən­zimlənməsi inkişaf edir.
Beləliklə, beynəlxalq təşkilatlar təcrübi cəhətdən dünya təsər­rüfatının, xüsusilə iqtisadi qloballaşma şəraitində mümkün olmayan dünya təsərrüfat əlaqələrinin razılaşdırıl­masında yeni tənzimlənmə formaları tələb edən mühüm ele­ment olmaqla BIM sisteminin strukturuna daxil olmuşdur.
Beynəlxalq iqtisadi təşkilatların rolu BIM-lər sisteminin strukturunda şübhəsiz böyüyəcəkdir.

Top