beynəlxalq münasibətlərin tənzimlənməsinin nəzəri mənbələri

beynəlxalq münasibətlərin tənzimlənməsinin nəzəri mənbələri

Beynəlxalq münasibətlər alimləri qədim zamanlardan maraqlandırmışdır.
Beynəlxalq münasibətlərin ilk elmi təhlili və mahiyyəti­nin yazılı mənbəyi iki min il əvvəl müstəqil siyasi vahidlər arasında münasibətlərin təhlilinə həsr edilmiş Fukididin sək­kiz kitabı «Peloponn müharibəsinin tarixi» əsəridir. Bu müharibənin əsas səbəblərini araşdırmaqla Fukidid tərəflər arasında müna­si­bət­lərdə yalnız allahın gücü yox eyni za­manda dövlətin marağının ayrıca şəxsin marağından üstün olduğunu göstərir.Fu­ki­di­dinin baxışları N.Makiavellinin, (1469-1527-ci illər), T.Qob­bsun (1588-1679-cu illər) və nisbə­tən başa çatmış alman ge­ne­ralı Karl fon Klauzevitsin (1780-1831-ci illər) əsərlərində davam etdirilən elmi nəzəriyyələrə əsaslanırdı. Bu istiqamət elmdə klassik istiqamət kimi mə­lumdur. Bunu tədqiq edənlərin diqqət mərkəzində ölkələrin hərbi-siyasi məqsədləri dururdu.
Beynəlxalq münasibətlərin klassik nəzəriyyəsi ondan irəli gəlir ki, insanlar öz təbiətinə görə xudbin bir məxluq idi. Onlarda hakimiyyətə keçmək həvəsinin olmaması idi. In­san­la­rın öz bacarıqlarına görə təbiətdən asılılığı eyni deyildi, lakin on­lar qarşılıqlı inamı aşkar edir, rəqabət aparır, maddi im­kanlar əldə etməyə cəhd göstərir ki, bu da həmişə hamı­nın-ha­mıya, hər birinin- hər birinə qarşı müharibəyə apa­rırdı. Belə mü­haribənin dərindən mənasını başa düşən in­sanlar öz ara­la­rında müharibəyə qarşı ictimai müqavilə bağlamağa başladılar və nəticədə dövlət yarandı ki, bu da daxili ictimai münasibətləri tənzimləmək üçün xüsusi və baş­qalarından fərqlənən bir alətə çevrilir. Insanlar özlərinin hüquq və azad­lıq­larını, sülh və təhlükəsizliyin, ictimai qay­daların təminatçısı olan dövlətə könüllü olaraq təhvil verir. Bundan sonra dövlətin marağı öz tabeliyində olanlara ağalıq etməkdən ibarət olur. Dövlətin kö­mək­liyi ilə insanlar ara­sında münasibət süni axar­dan vətən­daş­lıq vəziyyətinə gətiri­lir. Lakin dövlət müstəqil ol­duğundan o heç bir məhdu­diyyətlə əlaqəli olmur. Ona görə də beynəlxalq si­yasi müna­sibətlər hələ də düşmənçilik olaraq qalır. Güc onların əsas tənzimləyicisi hesab edilir və onun məzmunu isə hər bir döv­lətin nəyə qadir olduğunu «zəbt etmək, sax­la­maq» kimi for­mulunda özünü göstərir. Beynəlxalq müna­sibətlər isə «güclü nə is­təyir onu edir, zəif isə nə imkanı var onu edir» prinsipləri üzrə qu­rulur. Beynəlxalq qarşılıqlı əlaqənin səviyyəsi regional xa­rakter daşıyır. Beynəlxalq münasibətlərin vəziyyətini qı­sa­müd­dətli sülhlə əvəz olunan müharibə vəziyyəti kimi xa­rak­terizə etmək olar.
Klassik istiqamətin sonrakı inkişafı  siyasi bazarlıq ol­maqla B.Spinozanın (1632-1677-ci illər),  Devid Yumun (1711-1776-cı illər), Emer de Vattelin (1714-1767-ci illər) əsərlərində işlənib hazırlanmışdır. Siyasi vəziyyəti təhlil edən Emer de Vattel dünyanın dəyişdiyini qeyd edir. Dövlətin ötüb-keçənlərə diqqətinin dəyişdirilməsi və danışıqlar, Avro­pada siyasi sistemi formalaşdırır və onlar dünyanın bu hissə­sində yaşayan mil­lət­lərin müxtəlif marağı və münasibətləri ilə bağlıdır. Avropa döv­lətinin milli və müstəqil formalaşması ilə yanaşı eyni zamanda Avropada azadlığı və   qaydaları gözləmək də onun marağını artırır. Emer de Vattel yazırdı: «Ancaq bu məşhur siyasi ta­raz­lıq ideyanı və tarazlıq haki­miyyətini yaratmışdır. Bu baxımdan heç bir dövlət müsbət mənada digər dövlətə üstün gəlmək və­ziy­yətində olmadığın­dan onlar üçün qanunla müəyyən etsin».
Bununla belə mövcud klassik ənənələrə uyğun olaraq tarazlıq siyasi nəzəriyyəçilərin nümayəndələri  hesab edirdilər ki, təhlükəli qonşuya qarşı xoşməramlı müharibə qanuni və ədalətlidir. Əgər qonşu güclü olarsa bu halda ən güclü döv­lətə qarşı dayanan və öz gücünü digərinə diktə etməyə mane olan koalisiya yaratmağa cəhd göstərmək lazımdır.
Beləliklə, ilk dəfə beynəlxalq siyasi münasibətləri tən­zimləmək üçün koalisiya deyilən bir vasitədən istifadə etmək fikri söylənilmişdir.
XVIII əsrdə bu nəzəriyyənin zəmanətindən müharibə aparmaq üçün koalisiya yaratmaq ideyasından müstəqil Av­ropa həvəslə istifadə etmişdir. Müəyyən mənada koalisiya bey­nəlxalq təşkilatların və beynəlxalq hərbi-siyasi münasi­bətlərin tənzimlən­mə­sində bir yemlik kimi nəzərə alınmalıdır.
Klassik nəzəriyyə ilə paralel fəlsəfənin, xristianlığın in­kişafı ispan teoloqu Fransisko de Vittoriyanın (XVI əsr), hollandiyalı Huqo Qrotsiyanın (XVII əsr), Immanuil Kantın (XIX əsr) və s. baxışları ilə əlaqədar olaraq siyasi tarazlıq nə­zə­riyyəsi xəyalpərəst (utopik) istiqamətdə baş vermişdir.
Insanların mənəvi, siyasi, iqtisadi birliyinin olması həm­çinin təhlükəsiz yaşamaq hüququ və hərəkəti haqqında ideyalar idealist konsepsiyada öz əksini tapmışdır. Bu isə in­sanlar arasında daimi sülhün olmasına, beynəlxalq münasi­bətlərin hü­qu­qi və mənəvi tənzimlənməsinə inam yaradır və ya başqa va­sitələrlə – tarixi məcburiyyətlə bağlı özü tərəfin­dən həyata ke­çirilir. Belə ki, I.Kant hesab edirdi ki, dövlətin daxilində hüquqi cəmiyyətin formalaşdırılması labüddür və gələcəkdə döv­lət­lər­arası münasibətlər dünyanın daimi, har­monik tənzimlənməsi vəziyyətindən dəyişir.Idealistlər inanırdılar ki, beynəlxalq münasibətlərin tənzimlənməsi vacibdir və yalnız bu insanların öz tələblərində təhlükəsizliyin və sərbəst hərəkətinin təmin edilməsinə yönəl­dilən əsas tədbirlərdən biri ola bilər.
XIX əsrdə idealizm liberalizm və pasifizm nəzəriyyələ­rində inkişaf etmişdir.
Iki dünya müharibəsi dövründə beynəlxalq siyasi mü­na­sibətləri tənzimləmək vasitələri və təşkilat formaları problemləri üzrə idealistlər və realistlər arasında elmi müba­hisələr baş vermişdir. Idealizmin tərəfdarları beynəlxalq təş­kilatların kö­məkliyi və onların sayının artması ilə beynəlxalq münasibətlərin demokratikləşməsinə, müharibələrin və hərbi münaqi­şə­lərin dayandırılmasına nail olmaq olar.
Siyasi təcrübədə idealizm I Dünya müharibəsindən so­nra Amerika Prezidenti Vudro Vilson tərəfindən 1920-ci ildə işlənib hazırlanmış «Millətlər cəmiyyəti» Proqramı ətrafında top­lan­ması olmuşdur ki, bu da beynəlxalq münasibətlərin çoxtərəfli tənzimlənməsində ilkin təşkilatlardan biri olmuş­dur.«Millətlər cəmiyyəti»nin idealist baxışlarının təcrübi ola­raq həyata keçirilməsi 30-cu illərdə Avropada gərginliyin art­ması, faşizmin aqressiv siyasəti bu ideyanın məhvinə səbəb oldu. Bu zaman beynəlxalq münasibətlərin çoxsahəli konsep­siyaların tənzimlənmə­sində beynəlxalq təşkilatların kömək­liyi ilə həyata keçirilməsi ideyası vacib şərtlərdən biri hesab edildi.
II Dünya müharibəsindən sonra beynəlxalq təşkilatla­rın rolu müəyyən dərəcədə artmış, dünya ictimaiyyətinin bə­şə­riy­yə­tin ümumi marağına cavab verən dünya qaydalarının tənzim­lən­məsində yeni istiqamətlərin formalaşdırılması baş verdi.
Beynəlxalq siyasi münasibətlərdən fərqli olaraq iqtisadi nəzəriyyələrdə beynəlxalq iqtisadi münasibətlər və onların tən­zim­lənməsi,  onların  obyektiv inkişafı  digər səviyyələrdə müx­təlif baxımdan tədqiq edilmişdir. Lakin həmişə tədqiqata milli iqtisadiyyata tələb prizmasından yanaşılmışdır (mer­kantilizm, klassik, neoklassik, Keyns və digər iqtisadi fikir məktəbləri).
Beynəlxalq iqtisadi əlaqələrin tənzimlənməsi üzrə zə­ma­nət­də hər şeydən əvvəl milli maraq əsas götürülürdü. Bax­mayaraq 1883-cü ildə bir sıra ölkələr sənaye mülkiyyətini qorumaq haqqında Paris Bəyannaməsini və 1919-cu ildə Versal müqaviləsini bağlamaqla Beynəlxalq Əmək Təşkilatı (BƏT), Beynəlxalq Ticarət Palatası (BTP) yaratdılar, amma geniş və universal tələbdə BIM-nin tənzimlənməsini ölkələr hiss etmə­dilər. Hətta «Millətlər cəmiyyəti»nin Nizamnamə­sində onun əsas funksiyalarından biri bu cəmiyyətin üzvü olan ölkə­nin iqtisadi vəziyyəti, aktual iqtisadi problemlərin həll edilməsi üçün şərtlərin yaradılması, iqtisadi mühitdə təc­rübə, birlik və digər məsələlər işlənib hazırlanmamışdır.
BIM-in əsas diqqət obyektində özünütənzimləmədə ba­zar iqtisadiyyatının qabiliyyəti haqqında neoklassik nəzə­riyyə tezislərinin qiymətləndirilməsi vacibdir.
1929-cu ildən 1993-cü ilə qədər davam edən dünya iqti­sadiyyatının təkrar istehsalında böhran baş verdi. Bu böhran dün­yanın aparıcı və nisbətən salamat ölkəsi olan ABŞ-ı bü­rümüşdü. Alıcılıq qabiliyyəti kifayət etməyən ölkədə  mal satışı  yox idi və qeyri-reallaşdırılmış vəziyyətə gətirmişdi.
Təkrar istehsal prosesi pozulmuş, nəticədə 1932-ci ildə ABŞ-da sənaye istehsalı ümumiyyətlə 46 % aşağı düşmüşdür.30-cu illərin tənəzzülü iqtisadi fikrin bütün sahələrində dərin izlər qoyaraq özütənzimlənən iqtisadi nəzəriyyəni məhv etdi və iqtisadiyyatın dövlət tənzimlənməsi yeni Keyns dok­tri­na­sının baş verməsi üçün əsas xidmətçi oldu. Onun əsas mərkəzi ideyası dövlətin təkrar istehsal prosesinə müdaxilə­sinin vacibliyi oldu.
Keyns və sonralar isə neokeynsçilər iqtisadiyyata dövlə­tin müdaxiləsini inkişaf etdirərək dövlətin ümumi tələbinin artmasına istiqamətlənən və bazara təqdim edilən tədbirlərin həyata keçirilməsinin vacibliyini göstərirdilər. Ümumi tələbin artması iqtisadiyyatın inkişaf etməsinə imkan verəcək, iqti­sadi böhrandan və onun nəticələrindən, inflyasiya və işsizlik­dən qurtarmağa səbəb olacaqdır. Bu nəzəriyyə dövlətin tə­krar isteh­sal prosesinə müdaxiləsini qanuniləşdirdi və dövlə­tin xarici iqtisadi əlaqələr mühitinə daha məzmunlu funksiy­alar əlavə etdi. Bir qayda olaraq uzun müddət BIM-rin əsas subyektləri kimi müxtəlif inhisarlar, konsernlər, trestlər çıxış edirdilər ki, indi isə bunlarla yanaşı həmin funksiyaları bila­vasitə dövlət öz üzərinə götürür.
Dünya böhranı ölkələri beynəlxalq iqtisadi münasibət­ləri tənzimləməkdə yeni formalar axtarmaq üçün hərəkətə gətirdi.
Iqtisadi siyasətin ənənəvi ikitərəfli razılaşmalar əsasında tənzimlənməsi BIM-in həqiqi tənzimlənməsi vasitəsi olmaqla dayandı.
II Dünya müharibəsi bu problemi həll etməyə imkan ver­mədi. Lakin 1944-cü ildə Bretton-Vudsda (ABŞ) beynəl­xalq valyuta – maliyyə sisteminin əsasını qoyan razılaşma im­za­la­dılar. Bu razılaşmada xarici ticarətdə defisitliyi aradan qal­dır­mağa, milli valyuta kursunun mübadiləsində sabitliyi tən­zim­ləməyə imkan verən, beynəlxalq ticarətin stimullaşdı­rılmasında yeni qaydalar müəyyən edildi. Brettor-Vudsda əldə edilən razı­laşmaya əsasən beynəlxalq iqtisadi, valyuta-kredit münasi­bət­lərinin çoxtərəfli beynəlxalq tənzimlən­mə­sində ölkə­nin tələbinin realizə olunmasını göstərilirdi. Bu ra­zılaşma çər­çivəsində Beynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq Yeni­dən­qur­ma və Inkişaf Bankı (BYIB) adlı iki beynəlxalq təşkilat yara­dıl­dı və ticarət və tarif üzrə baş razı­laşma (GATT) imzalandı.
Beynəlxalq iqtisadi təşkilat bir tərəfdən razılaşdırılmış məq­sədi, özünün daimi orqanı, səriştəsi, digər tərəfdən isə bu təşkilat ölkələrin siyasi və iqtisadi əməkdaşlıq forması ol­maqla çoxtərəfli dövlətlərarası münasibətlər institutudur.
Beynəlxalq iqtisadi təşkilatların yaradılması XX əs­rin ikinci yarısından aktivləşməyə başlamışdır. II Dünya müha­ribəsi qurtardıqdan sonra pozulmuş siyasi və iqtisadi pro­blemləri bütün dünya ictimaiyyətində müzakirə etməyin va­cibliyi dərk edilirdi. Beynəlxalq əməkdaşlıqda yeni dünya qaydaları olmalıdır. Bu qaydalara, liberallaşma, əməkdaşlıq, aşkarlıq, dialoqlar və hər cür münaqişədən azad və s. daxil­dir.
«Beynəlxalq təşkilatların yaradılması dövlətin həya­tında fövqəladə və böhran vəziyyətini həll etmək üçün səmə­rəli tədbirlər axtarmağın nəticəsidir».Bu dövrdə ölkələr arasında iqtisadi əlaqələr aktivləşir, beynəlxalq əmək bölgüsü isə dərinləşirdi. 1950-ci illərdən baş­la­yaraq Qərbi Avropada inteqrasiya prosesinin inkişaf etməsi buna əyani nümunədir. Onlar öz əksini Ümumi bazar Av­roatom, Kömür və Polad birliyi və s. deyilən dövlət – inhi­sar birliyinin yaradılmasında gördülər.
Bu birliklərin iştirakçıları ümumi iqtisadi siyasət həyata keçirməyə cəhd göstərərək kapitalı, işçi qüvvəsini, iqtisadi mübadiləni stimullaşdıran istiqamətdə birgə hərəkət etmək haqqında razılığa gəldilər. BIM-in formaları dinamik inkişaf edir. Bunu aşağıdakı məlumatlar təsdiqləyir. Əgər II Dünya müharibəsi ərəfəsində, 1938-ci ildə dünya ticarətinin ümumi həcmi 49 mlrd. dollar təşkil etmişdirsə, 1967-ci ildə 440 mlrd. dollara çatmışdır.Yalnız 1959-1966-cı illərdə lisenziyalaşdı­rılmış razılaşmalar üzrə beynəlxalq ödənclərin həcmi təqri­bən üç dəfə artmışdır. Hər il beynəlxalq işçi qüvvəsinin miqra­siyası 60-cı illərin ortalarına 4 mln. nəfər adam çoxal­mışdır.1938-1966-cı illərdə dəniz daşımalarının həcmi 3,7 dəfə, dəmiryolu ilə 3,4 dəfə, hava nəqliyyatı ilə (ancaq son on ildə) 3 dəfə artmışdır.Müəyyən dərəcədə kapitalist ölkələrinin xarici investi­siyasının miqyası artmışdır. Əgər 1938-ci illə müqayisədə bu 50 mlrd. dollar təşkil edirdisə nisbi qiymətləndirməyə görə 1968-ci ildə onun həcmi 225-230 mlrd. dollara qədər artmış­dır.Beynəlxalq iqtisadi münasibətlərin artan rolu və eyni zamanda onun inkişaf etməsi bu münasibətlərin universal­laşması və onların fəaliyyət sferasının genişlənməsi hesab edilir ki, bunlar da BIM-in inkişafında əsas faktorlardan sayılır. Əgər əvvəllər beynəlxalq iqtisadi əlaqələr əsasən mal mübadiləsilə həyata keçirilirdisə, indi onlar ictimai təkrar is­tehsalın müxtəlif sferalarını – elmi tədqiqatları, texnika və texnologiyanı, sə­na­yenin müxtəlif sahələrini, kənd təsərrüfa­tını, nəqliyyatı, ra­bi­təni, xidmət sferasını, istehlakı və s. əhatə edir. Ticarət pa­tentləri və lisenziyalarla müşahidə olunur, beynəlxalq layi­hə­ləş­dirmə və tikinti quruluşunun, alim və mütəxəssislərin mü­ba­diləsi, beynəlxalq işçi qüvvəsinin mi­qrasiyası, müxtəlif xidmət növlərinin satışı beynəlxalq mal mübadiləsi vasitəsilə həyata keçirilir.
Kapitalist dövlətlərinin valyuta-kredit sistemində iki və çoxtərəfli əməkdaşlığı görünməyən vüsət almışdır.
Beləliklə, məhsuldar qüvvələrin inkişafına, dövlətin iq­tisadiyyatının hər cür inkişafına təsir göstərən bu və ya digər faktlar beynəlxalq iqtisadi əlaqələrin   sürətlə   inkişaf  etmə­sindən   xəbər      verir.
Lakin XX əsrin 60-cı illərində Qərb ölkələrinin iqtisa­diy­yatı yenidən çətin inflyasiya prosesi ilə qarşılaşdı. 60-ci illərdə  ölkəni yenidən ümumiqtisadi böhran bürüdü. Böhra­nın tsiklikliyi dünya xammalında, enerji və onun struktu­runda val­yu­ta sistemində böhranın güclənməsi baş verdi. Bu onu gös­tə­rirdi ki, dövlətin və dövlətlərarası iqtisadi inkişafın tən­zim­lənməsi modeli böhran keçirirdi. Mövcud olan bey­nəlxalq valyuta-maliyyə münasibətlərinin beynəlxalq tən­zimlənməsi yaranmış vəziyyətə tab gətirə bilmədi.
Keyns və neokeyns doktrinasının əksinə olaraq məhsul­darlığın artırılması, monetarizm, təklif nəzəriyyəsi, planlaşdı­rılan sistem nəzəriyyəsi və s. bu kimi çoxsaylı yeni iqtsiadi elm sahələri yarandı ki, bunlar da iqtisadi siyasətdə və onun tənzimlənməsində yeni konseptual dəyişikliklərin əsasını qoydu.
Dövlətlərarası beynəlxalq iqtisadi münasibətlərin tən­zim­lən­məsində baş verən inkişaf ölkələrin qarşılıqlı asılılıq dərə­cəsini dünya iqtisadiyyatında gedən dəyişikliklərin ma­hiyyətini bilməkdə beynəlxalq münasibətlərin əsas subyekti olan dövlətin rolunu daha da qiymətləndirməyi milli maraq baxımından tələb edir.
Bu problemlər transmilli (Robert O., Cozef Nay), inte­qrasiya (Devid Mitrani) və qarşılıqlı asılılıq (Ernet Xoas) nə­zəriyyələrində əsas tədqiqat mərkəzində durmuşdur.
60-cı illərin sonu 70-ci illərin əvvəlləri aparılan müzaki­rələrdə beynəlxalq münasibətlər dövlətlərarası qarşılıqlı münasibətlər çərçivəsindən çox uzaqlaşır və əsas istiqamət milli maraqlara, güclə mübarizə aparmağa yönəldilirdi. Dövlət bir beynəlxalq iştirakçı olmaqla öz inhisarçılığını iti­rirdi. Bununla yanaşı beynəlxalq, o cümlədən iqtisadi müna­sibətlərdə fərdlər, müəssisələr, təşkilatlar, qeyri-dövlət birlikləri çıxış edir. Iştirak edənlərin, növlərin (mədəniyyət, elmi əmək­daşlıq, iqtisadi mübadilə və s.) çox müxtəlif olması, qarşılıqlı təsir «kanalları» (universitetlərarası əlaqə, dini təşkilatlar, assosiasiyalar və s.) dövləti beynəlxalq ünsiyyət mərkəzindən sıxışdırır.
Ünsiyyət dövlətlərarası (beynəlmiləlçi) dövlətin iştirakı olmadan, ondan yan keçən ünsiyyətə çevrilir.
Beynəlxalq səviyyədə qarşılıqlı əlaqədə olan iştirakçılar çoxlu, o cümlədən iqtisadi maraq göstərə bilər ki, dövlətin marağı ilə üst-üstə düşməsin. Bu halda xarici iqtisadi fəa­liyyətdə olan iştirakçılar arasında müxtəlif hadisələr baş verə bilər və dövlət artıq hadisələri tənzimləyə bilmir.
Iqtisadiyyatın artan açıqlığı eyni zamanda makroiqti­sadi xarakterli təhlükə və yeni ziddiyyətlər yarada bilər.
Yaranmış vəziyyətdə milli dövlət prinsipcə yeni və­ziyyətlə qarşılaşaraq makroiqtisadi tənzimləmədə ənənəvi səmərəni istifadə etmək mexanizmləri hesab edilən idxalın məh­dud­laş­dırılması, ixracdan maddi yardım almaq, milli valyuta kur­su­nun dəyişməsilə mərkəzi bankın əks maliyyə­ləşmə dərəcəsi kimi makroiqtisadi tənzimləməni itirmiş olur.
Bir çox proseslər, xüsusilə valyuta-maliyyə sferası da miqyas xarakteri almışdır. Onlar dövlətin ayrıca tənzimləyici hə­rəkətinə tabe olmur. Beynəlxalq iqtisadi və siyasi proseslər millətlərarası münasibətləri inkişaf etdirir. Milli səviyyədə tənzimlənmənin səmərəliliyi aşağı düşmüş və geniş  miqyasda milli üstünlük  formasında tənzimlənməsinin baş verməsi la­büd­lüyünü qarşıya qoymuşdu.
Rabitə, texnoloji vasitələrdə və nəqliyyatda baş verən inqilabi dəyişikliklər Transmilli Korporasiyaların inkişafı və dəyiş­məsi dünyada yeni meyllərin baş verməsinin stimullaş­dırılmasına səbəb oldu.
Bunlar içərisində üstünlük təşkil edənləri aşağıdakılar­dır:

  1. dünya istehsalı ilə müqayisədə dünya ticarətinin üstün­lük təşkil etməsi;
  2. inkişaf etmiş ölkələrdə kommunikasiya vasitələrinin ye­nidən qurulması və inkişaf etdirilməsi;
  3. xırda dövlətlərin və xüsusi müəssisələrin beynəlxalq ro­lunun artırılması;
  4. iri dövlətlərin ətraf mühitin vəziyyətinə nəzarətin azal­dılması.

Bütün deyilən proseslərin ümumiləşdirilməsi son nəti­cədə dünyada gedən meyllərin möhkəm formalaşdırılması və qarşılıqlı asılılığın genişlənməsi deməkdir.Dünya təsərrüfat orqanizminin qarşılıqlı əlaqələri daha da formalaşır. Dünya ictimaiyyətində artan qarşılıqlı asılılıq və birlik haqqında ideyalar qeyri-marksist nümayəndələri (Pol Baran, Pol Suzi, Samir Amin və s.) tərəfindən qəbul edilmişdir, lakin axın transmilliləşmədə olduğu kimi eyni olmamışdır. Müasir dünyada qarşılıqlı əlaqələrin simmetrik və iqtisadi dün­yada qarşılıqlı əlaqə­lərin simmetrik və iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrin sayının, dəyi­şən təsərrüfatı sistemindən və sənaye ölkələrindən asılı­lığının real olmaması qeyri-mar­ksistlərin fikirlərinin konsep­tual mühakimələrinin əsasını təşkil edirdi.Asılılıq iqtisadi mübadilənin və inkişafın qeyri-bərabər olmaması nəticəsində baş verir. Bütün dünya iqtisadi sazişlə­rinin 80 %-ni həyata keçirən «Mərkəz» xammalın və resurs­ların yerləşməsindən asılıdır. Bu  ölkələr onlardan kənarda istehsal olunan müxtəlif malların istehlakçısı olmaqla qeyri-bərabər iqtisadi mübadilələr (emal edilən mala, məhsula nis­bətən xammalın qiyməti aşağı olur) sənayecə inkişaf etmiş dövlətlərin yardımından asılılığın qurbanı olur.
Qeyri marksist nəzəriyyənin konseptual vəziyyəti zəif inki­şaf etmiş ölkələrin sürətlə silahlanması, onlara BMT qar­şısında yeni dünya qaydalarının təsis edilməsi məsələlərini qoymağa imkan vermişdir. Problem inkişaf etməkdə olan ölkələrin vahid sosial-iqtisadi strategiyasının hazırlanmasını tələb edirdi.
1974-cü ilin aprel ayında BMT-nin Baş Assambleyası müvafiq fəaliyyət proqramı və həmin ilin dekabrında kasıb inkişaf etməkdə olan ölkələrə güzəştli kreditlər vermək məq­sə­dilə dövlətlərin iqtisadi hüquq və vəzifələri haqqında Xar­tiya qəbul edərək Beynəlxalq Yenidənqurma və Inkişaf Bankı çərçivəsində iki institut.
– Beynəlxalq Maliyyə Korporasiyası BMK (1956-cı il) və Beynəlxalq Inkişaf Assosiasiyası BIA (1960-cı il) yaradıl­mışdır.
Beləliklə, inkişafın tədqiqi və BIM-in konseptual əsası iqtisadi və siyasi aspektlərini müəyyən etməkdə beynəlxalq iqtisadi təşkilatların, beynəlxalq münasi­bətlərin tənzimlən­məsi institutlarının yaradılması qarşı­sındadır.
Mövcud yüzillikdə dünya iqtisadiyyatının tənzim­lənmə­sinin çoxsaylı mexanizmlərinin formalaşdırılması qlobal prob­lemlərin təsirinə, informasiya sistemində inqilabın təsi­rinə baxmayaraq ötən dövrə nisbətən asan olacaq.

Top