Dünya ölkələri arasında iqtisadi, maliyyə və sosial münasibətlər inkişaf etməkdədir.Xüsusilə İkinci Dünya Müharibəsindən sonra dünyada bloklaşmalar ortaya çıxmış, beynəlxalq münasibətlər sürətlənmiş və beynəlxalq maliyyə təşkilatları qurulmağa başlamışdır.Bundan sonra inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və xarici yardım təşkilatları meydana çıxmışdır.
İstər beynəlxalq,istərsə də regional miqyasda fəaliyyət göstərən maliyyə təşkilatlarının ortaq məqsədləri aşağıdakılardır:
Quruluşu və sərmayəsinə birdən çox ölkənin qatıldığı maliyyə fəaliyyətlərində birdən çox ölkənin faydalandığı quruluşlara beynəlxalq maliyyə təşkilatları deyilir. Hal-hazırda fəaliyyət göstərən beynəlxalq maliyyə təşkilatlarının hamısı ikinci dünya müharibəsidən sonra qurulmuşdur.Yaranma tarixinə görə öncə “ Bretton Vuds əkizləri ” adlandırılan Beynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı qurulmuşdur.
Mövcud beynəlxalq maliyyə quruluşlarının çalışma sahələri çox çeşidlidir.Fəaliyyət sahələrinə görə bu təşkilatlar aşağıdakı şəkildə qruplaşdırılır:
Beynəlxalq maliyyə təşkilatları:
Digər reginal maliyyə təşkilatları:
Beynəlaxlq maliyyə qurumları ya qısa və orta müddətli valyuta kreditləri,ya da uzun müddətli investisiya kreditləri açırlar.
Qısa və orta müddətli valyuta krediti saxlayan quruluşların maliyyə yardımları üzv ölkələrə,tədiyyə balansındakı müvəqqəti çətinlikləri aradan götürmək üçün verilir.İnvestisiya layihələrinin maliyyələşdirilməsi üçün ayrılan fondlar uzunmüddətli kredit verirlər
Beynəlxalq kredit təşkilatları hüquqi durumuna görə aşağıdakı şəkildə qruplaşdırlır:
Hüquqi cəhətdən müstəqil olmayan maliyyə təşkilatları:
Hüquqi müstəqilliyi olan maliyyə təşkilatları:
Üzv ölkələr sərmayəni artırmaq istədikləri halda yenidən səhm buraxır.Bundan başqa,bank sərmayə bazarlarından əlavə kredit ehtiyatları da cəlb edir.
Beynəlxalq maliyyə təşkilatlarını fond və bank ayırmasına görə aşağıdakı kimi qruplaşdırılır:
Fond xarakterli maliyyə təşkilatları:
Bank xarakterli maliyyə təşkilatları:
Fond xarakterli qurumların sərbəst hərəkət edə biləcəkləri maliyyə sənədləri qəti olaraq təsbit edilmişdir.
.
Dünya əhəmiyyətli maliyyə təşkilatları. Beynəlxalq Valyuta Fondu(BVF). II dünya müharibəsindən dərhal sonra ABŞ və İngiltərə dövlətlərinin başçılığı ilə 1944-cü il 1-22 iyul tarixləri arasında ABŞ vilayətinin Bretton Vuds qəsəbəsində Birləşmiş millətlər təşkilatının pul və maliyyə konfransı keçirildi. Konfransda 55 ölkənin nümayəndəsi iştirak etmiş, müharibədən sonra beynəlxalq iqtisadi münasibətlərin yenidən tənzimlənməsi, yeni bir ödəmələr sisteminin əsasları və ticarətin sərbəst bir şəkildə inkişaf etdirilməsi və iqtisadi əməkdaşlığın saxlanması kimi mövzularda önəmli qərarlar verilmişdir. Konfransda Beynəlxalq Valyuta Fondunun qurulması haqqında qərar qəbul edilmişdir.
Beynəlxalq Valyuta Fondunun məqsədi aşağıdakılardan ibarətdir:
-Beynəlxalq valyuta problemləri barədə məsləhətləşmələr və əməkdaşlıq mexanizmini saxlayan daimi bir qurum vasitəçiliyi ilə beynəlxalq valyuta işbirliyini inkişaf etdirmək;
-Beynəlxalq ticarətin tarazlı inkişafını gerçəkləşdirmək və beləcə bütün üzv ölkələrin tam məşğulluq və yüksək bir iqtisadi artıma çatmalarına imkan yaratmaq;
-Valyuta sabitliyini saxlamaq və devalvasiya siyasətini əngəlləmək;
-Çoxtərəfli xarici ödəmələr sisteminin qurulmasına, beynəlxalq ticarətə maneçilik törədən –valyuta idxalat məhdudiyyətlərinin aradan qaldirilmasına xidmət etmək;
-Üzv ölkələrə tədiyyə balansındakı tarazlıqları aradan qaldırmaq məqsədilə kredit vermək. Ümumiyyətlə,beynəlxalq rifahın yüksəlməsinə maneçilik törədən faktorları aradan qaldırmaq;
-Üzvlərinin tədiyyə balanslarındakı sabitsizlik dərəcələrini azaltmaq.
Yuxarıda adı çəkilən məqsədlərin gerçəkləşdirilməsi üçün üzv ölkələrin də yerinə yetirəcəkləri bəzi şərtlər vardır:
-Turizm də daxil olmaqla xarici ticarət fəaliyyətlərində beynəlxalq xidmət və mal alış-verişlərində valyuta da nəzarət və məhdudlaşdırılmalara , mərhələ-mərhələ üzən valyuta sisteminin tətbiq edilməsinə, spekulyativ xarakterli sərmayə hərəkətlərinə mane olmaq;
-Üzv ölkələrin devalvasiya etmə ehtiyacının ortaya çıxdığına devalvasiya dərəcəsini fonda bildirmək;
Dünya Bankı. DYİB (İBRD) 1944-cü ildə BVF (İMF) ilə birlikdə qurulmuş və 25 iyul 1946-cı ildə fəaliyyətə başlamışdır. Dünya Bankı ilə tanınan quruluşun anlaşması 144 ölkə təsdiq edilmişdir. Dünya Bankına üzv olan ölkələr eyni zamanda BVF-nin üzvləridir.
Öz öhdəliklərini yerinə yetirməyən ölkələr bankın səlahiyyətli qurumları tərəfindən veriləcək qərarla üzvlükdən çıxarıla bilər.
Dünya Bankının məqsədləri aşağıdakı kimidir:
Dünya Bankının verdiyi kreditlərdən üzv ölkələr yararlanır. Kreditlər uzunmüddətli olub, tələb edən ölkələrin iqtisadi inkişaf proqramlarının ehtiyacına görə verilir.
Müəllif Ə.BƏDƏLOV A.AĞAYEV, S.TAĞIZADƏ
Mənbə Dünya İqtisadiyyatı