Yaponiyalı iş adamı Keniçi Omaenin 4 məsləhəti

Yaponiyalı iş adamı Keniçi Omaenin 4 məsləhəti

1. Düzgün cavab mövcud deyil.Kenichi Omae
İndiki dünyanı fərqləndirən cəhət düzgün cavabların mövcud olmamağındadır. Heç kim düzgün cavabı bilmir. Beləliklə, heç kim biznes qurmağın hansı yollarının düzgün olduğunu bilmir, sadəcə uğurlu və ya uğursuz cəhdlər var. Siz sadəcə heç kəsin ağlına gələ bilməyəcəyi cavabı taparaq fərqlənə bilərsiniz.

Məsələ bundadır ki, insanlar dəyər verildiyi işlərlə məşğuldular. Və indi  düşünmə, analiz etmə və nəticə çıxartmaq qabiliyyətinə dəyər verilir. Real həyatda cavabı bilmək mənasızdır. Siz qepotiza qurub onu sübut etməyə çalışacaqsınız sonra bu qepotizaya uyğun model yaradıb onu həyata keçirəcəksiniz.

2. Əsas insanlardır!
Bütün resursların arasında ən vacibi insandır. Məsələn, Yaponiyanı götürək. Yaponiya bir adada yerləşən və heç bir təbii resursları olmayan bir ölkədir. Amma bu dövlətin 120 milyona yaxın insanı var ki, onu dünya iqtisadiyyatında 2-ci ən güclü dövlət edib. Beləlikə, əgər şirkətin güclü resursları yoxdursa, ona irəli getmək üçün yaxşı işçilər kifayətdir.

3. Müdirin kimi düşün.
Müdiri tənqid etmək əvəzinə, mən həmişə özümü onun yerinə qoymağa çalışıram. Bu, mənə nəticə çıxartmağa kömək edir.

Düşünün, əgər siz Yahoo-nun baş müdiri olsaydınız siz nə edərdiniz? Bir çox adamlar bu cür cavab verirdilər: “Yox bu mənim işim deyil, özləri bilərlər axtarış sistemlərini Microsoft-da satsınlar ya yox” yox, bu səfər siz özünüzü onların yerinə qoyun və düşünün siz nə edərdiniz?

Bu, başqaların problemlərini həll etmək üçün çox effektiv metoddur. Məsləhət vermək, şirkəti idarə etməkdən daha asandır.  Əgər problem sizin şirkətinizə aiddirsə qərar vermək bir az çətindir. Amma başqa şirkətlərin problemlərinin həllini taparaq siz özünüzü məşq elətdirmiş olursunuz. Və sizin şirkətiniz bu tip çətinliklərlə üzləşdikdə  qərar vermək daha asan olacaq.

4. Kreativlik gəlir gətirir. 
Yaradıcılıq qabiliyyəti indiki dövrdə az gəlir gətirmir. Məsələn, “Pokemon” Nitedo şirkətinə böyük gəlir mənbəyidir, halbuki bu sadəcə bir insanın cizgi filmi üçün yaratdığı bir obrazdır. Bu cür insanların düşüncə tərzləri fərqlidir. Belə insanların  sırasına Stiv Gobs, Fil Nayt və Volt Disney kimi insanlar da daxildir.

Tərcümə edən: İlhamə Kazımova

Top