“İEOÖ” anlayışı yetərincə şərtidir və yer kürəsinin 80%-dən çox əhalisini, bütün dünya ölkələrinin 4/5-nü birləşdirir.
İEOÖ-lər üçün əlamətlər bunlardır:
Konkret olaraq təhlil etmək üçün İEOÖ-i aşağıdakı qruplara bölmək olar:
İnkişaf etməkdə olan ölkələrin sənayecə inkişaf etmiş ölkələrə uzun müddətli “bağlılığı”, onların dünya təsərrüfatı həyatında iştirakına son dərəcə ziddiyət təşkil edir.Bu ayrı-ayrı inkişaf etməkdə olan ölkələrin qeyri-bərabər iqtisadi inkişafı ilə əlaqədardır.Qeyd olunmuş qeyri-bərabərlik, onların beynəlxalq iqtisadi əlaqələrdə iştirakının xarakterinə görə müxtəlif qruplara ayırır.
İnkişaf etməkdə olan ölkələr və inkişaf etmiş ölkələr arasındakı iqtisadi potensialda böyük fərqlər bu günün reallıqlarıdır.Lakin, inkişaf etməkdə olan ölkələrin rolunu artırmadan dünya təsərrüfatında kəskin problemlər və ziddiyətlər nəinki azalar,əksinə daha da artar.Digər tərəfdən,sənayecə inkişaf etmiş ölkələr mübahisə olunmaz istehsal,elmi-texniki təchizat səviyyəsi üzrə iqtisadi üstünlüyə malikdir.
90-cı illərdə ümumdünya məhsulunun 17%-ə qədəri inkişaf etməkdə olan ölkələrin payına düşür.Bu ölkələrdə sənaye istehsalının ən sabit artım tempi müşahidə olunmuşdur (Çindən sonra). Ümumilikdə,onlar inkişaf etmiş ölkələrdən daha tez inkişaf etmişlər.Bütün inkişaf etməkdə olan ölkələrdə orta artım tempi 6%-ə kimi yüksəlmişdir.
Dünya təsərrüfatının ən dinamik hissəsi Cənub-Şərqi Asiya rayonudur.Məhz bu rayonda Yaponiyanın “iqtisadi möcüzəsindən” sonra “Asiya pələnglərinin möcüzəsi” meydana çıxdı,onların arasında Cənubi Koreya, Tayvan, Sinqapur, Honkqonq aparıcı yerləri tuturlar.Bu möcüzənin əsasında ümummilli məhsulun yüksək sabit artımı (son 20 ildə,orta hesabla 8%)və dünya bazarında bu ölkələrin məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsi durur.
Cənubi Koreyada 1985-1990 illərdə ümumdaxili məhsulun orta illik artım tempi 9.5% təşkil edib. Ümummilli məhsulun adambaşına düşən səviyyəsinə görə Cənubi Koreya, əgər 1970-ci ildə dünya iyearxiyasının altıncı onluğunda yer tuturdusa,1985-ci ildə artıq ikinci onluğa keçdi.Ölkənin iqtisadi inkişafının əsas,başlıca faktoru avtomobil sənayesinin sürətləndirilmiş inkişafı, yarımkeçiricilərin, məişət elektronikasının sürətləndirilmiş inkişafından ibarətdir.
Sürətli iqtisadi inkişafın digər səbəbi Cənubi Koreyanın xarici iqtisadi əlaqələri ilə bağlıdır. Müasir dövrdə, Cənubi Koreya iqtisadiyyatının “simasını” müəyyən edən maddi istehsalın bütün sahələri dəqiq aydın eksportlu orentasiya xarakterinə malikdir.Büdcə daxilolmalarının əsas hissəsi xarici ticarətdən gələn gəlirlərin hesabına düşür. Cənubi Koreya məhsulları Avropanın, ABŞ-nın ən güclü və rəqabət qabiliyyətli firmaları ilə rəqabətə girərək ABŞ və Avropa bazarlarına nüfuz etmişlər. Daewoo, Elektroniks, Samsung, LG kimi firmalar dünyada məşhurdur.
Tayvan iqtisadiyyatının uğurunu təmin edən yeganə vasitə - xarici iqtisadi əlaqələrdəki akseptliyidir (xüsusilə nəzərə çarpdırılmasıdır). Ölkə heç bir maddi resurslara malik deyil və hamısını import edir. Müasir dövrdə ölkənin ümummilli məhsulunun 5%-dən çoxu eksporta gedir. Tayvan iqtisadiyyatının ən əhəmiyyətli faktoru ölkə rəhbərliyinin səmərəli iqtisadi siyasəti hesab olunur.
Malaziya iqtisadiyyatının əsas uğurlarını emal sənayesinin sahələri müəyyən edir (televizorların yığılması, video texnika, kompüter və s.). Ölkə üçün xarici iqtisadi əlaqələrin əhəmiyyəti yüksəkdir. Ümummilli məhsulun eksportda payı 1982-ci ildə 28%-dən 1997-ci ildə 44%-ə qalxmış, 2000-ci ildə isə 50%-ə yaxınlaşmışdır.
YSÖ arasında-Sinqapur, bu kiçik ada ölkəsi xüsusi yer tutur.Sahəsi cəmi 640km2 ,əhalisi isə 3.1mln. nəfər olan bu Cənub-Şərqi Asiya ölkəsinin eksport kvotası əlahiddə yüsəkdir-ÜMM-da təxminən 56% təşkil edir. Ölkə iri maliyyə mərkəzidir. Dünyanın bütün Trans Milli Bankları öz filiallarını burada açmışlar. Sinqapurun güclü daxili kapital yığımını maliyyə vasitəçiliyindən, tranzitdən, turizmdən gələn yüksək gəlirlər təmin edir. Sinqapur Mərkəzi Bankı 65 mlrd.dollar qızıl valyuta ehtiyatlarına malikdir.
YSÖ-nə həmçinin Filippin,Tailand və İndoneziyanın bir hissəsi,Braziliya və Argentina aid edilir. Bu ölkələrin iqtisadi uğurları müxtəlifdir. Lakin onları başlıca olaraq aşağıdakılar birləşdirir: onlar əhəmiyyətli iqtisadi inkişaf prosesinə qoşulmaqla əsrlər boyu olan sosial-iqtisadi gerilikdən yaxa qurtardıqlarını inkişaf etmiş ölkələrə göstərə bildilər. YSÖ-nin nəaliyyətləri- Qərbi Avropa və digər inkişaf etmiş ölkələrə, o cümlədən ABŞ-a meydan oxumaqdadır. Son illər ərzində Cənub-Şərqi Asiya ölkələrinin dünya üzrə ÜMM-da xüsusi çəkisi 1.3%-dən 4.5%-əqədər artmışdır. Bu faktın özü isə dünya təsərrüfatında güclərin yeni düzülüşünü səciyyələndirir.
Müstəqillik qazandıqdan sonra ilk dövrlərdə inkişaf etməkdə olan ölkələrin rolu nəzərə çarpmırdı. 1950-1960-cı illərdə onlar sosial-iqtisadi inkişaf modelinin seçilməsi və özlərinin milli özünü dərketmə mərhələsini formalaşdırırlar. Əhaliyə düşən ÜMM həcmi bu dövrdə orta hesabla 3%-dən çox artmadı. Xarici ticarət dövriyyəsinin orta artım tempi, Qərbin inkişaf etmiş ölkələri ilə müqayisədə 2.5 dəfə açağı idi.
1973-1975 illərdə inkişaf etməkdə olan ölkələr özləri haqqında ilk sözü dedilər: neft məhsullarını ixrac edən ölkələr xarici iqtisadi mövqelərinin kəskin şəkildə gücləndirirdilər. Qısa zamanda Qərb iqtisadiyyatı keçmiş audsayderlərdən asılı qaldı. Lakin 1970-ci illərin sonu 1980-cı illərin əvvəllərində yeni resurs qoruyucu taxnologiyanın tətbiqi ilə Qərb öz cavabını verdi. Inkişaf etməkdə olan ölkələrin 1970-ci ildə hazır məhsullarla dünya bazarına çıxmaq cəhdləri uğursuzluğa düçar oldu. Məhz onda “yeni beynəlxalq qaydaların” yaradılması məsələsi ortaya çıxdı. Bu konspsiyanın ideoloqlarından biri Argentina alimi R.Prebiş inkişaf etməkdə olan ölkələr və qərb tərəfindən göstərilən real yardımın göstərilməsini və birgə hərəkət etmək zərurətini sübut etdi. Bu isə onların (ieoö) bərabər hüquqlu beynəlxalq əməkdaşlıq yoluna çıxartmaq məqsədini daşıyırdı.
İnkişaf etməkdə olan ölkələr əhəmiyyətli tərəqqiyə nail ola bilmədilər. Belçika alimi Q.Van der Vey demişdir; “80-ci illəri üçüncü dünya ölkələri üçün “itirilmiş onillik” hesab etmək olar”. Bu çox kəskin bəyanat idi. İeoö arasında da BİM-də iştiraka nail olan ölkələr var idi (Məsələn;“Asiya pələngləri” olan Tayvan, Sinqapur, Honkqonq, C.Koreya, Malaziya. Onların beynəlxalq ticarətdəki payı 3%-dən 9%-ə yüksəlmişdir).
1990-cı il üçün YSÖ, Danimarka, İsveç, İsveçrə və Avstraliya kimi dövlətləri asiya məişət bazarından sıxışdırmaqla,Yapon əmtəələri ilə uğurlu rəqabət apardılar. Bunun başlıca amili Cənub-Şərqi Asiya ölkələrində aşağı səviyyəli əmək haqqı idi.Saat stavkası üzrə orta əmək haqqı ABŞ-la müqayisədə Sinqapurda 4 dəfə, Malaziyada 8 dəfə, Tailandda isə 10 dəfə aşağıdır. Bu faktın özü dünya bazarında rəqabət qabiliyyətli əmtəələrin yüksək səviyyəsini təmin edir.
İstehsalın səmərəliliyi, onun texniki səviyyəsi baxımından YSÖ ilə Qərb ölkələri arasında fərqlər heç də azalmır, əksinə dərinləşməkdədir. Qərb istehlakçılarının yüksək texnologiyaya, xidmət sferasına,informasiya və kommunikasiyaya orentasiyası dünya bazarından bir çox inkişaf etməkdə olan ölkələr sıxışdırır. Neft məhsulları və xammalı ixrac edən ölkələrdən yalnız bəziləri (Küveyt, S.Ərəbistanı) tab gətirdilər.Bundan başqa, 3-cü dünya ölkələri Qərb ölkələri tərəfindən əhəmiyyətli dərəcədə olan tarif və qeyri-tarif məhdudiyyətləri nəticəsində özlərinin sənaye məhsullarının eksportu sahəsində ciddi çətinliklərlə üzləşdilər. 1980-1990-cı illərdə inkişaf etməkdə olan ölkələr xarici borcları müntəzəm surətdə artdı.1982-1983-cü illərdə kəskin borc böhranı Venesuela, Meksika, Ekvador, İndoneziyanı faktiki olaraq müflisləşdirdi.Beləliklə, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti xroniki borclular olaraq qaldılar. Onların borc məbləği ildən-ilə artmaqdadır.
Latın Amerikası ölkələri borclular siyahısında liderlik mövqeyindədirlər. Ümumi borcun məbləğindən 500 mlrd.dollar onların payına düşür. Əhaliyə düşən (adam başına) hesaba görə Asiyada 300 dollar qarşı 1200 dollar çoxdur. Dünyada ən iri borclu ölkə Meksikadır. Onun xarici borcunun çəkisi 170 mlrd.dollar-la qiymətləndirilir. Braziliyanın 1994-cü ildə130 mlrd.dollar borcu olmuşdur. YSÖ-də ən vacib və ciddi problemlər aşağıdakılardır:
Asiya qitəsində xarici borcun həcminə görə İndoneziya liderdir,borcun çəkisi 107 mlrd.dollardır (1996).1997-ci il kəskin maliyyə bazarlarındakı böhrandan sonra Cənub-Şərqi Asiyada borcluların borcu kəskin surətdə, xüsusilə artdı.Bu ölkələrə maliyyə-valyuta sabitliyini həyata keçirmək üçün kreditlər verildi.
YSÖ-nin gələcək iqtisadiyyatı necə olar, onların dünya iqtisadiyyatındakı mövqeləri nə dərəcədə ola bilər? İlk baxışdan bu sual bir mənalı cavablandırılır.Bu ölkələr son 15 ildə dünya iqtisadiyyatında özlərinin mövqelərini möhkəmləndirirdilər, yüksək və sabit iqtisadi artım tempi nümayiş etdirdilər, xarici bazarlarda hücum taktikasını tətbiq etdilər. Onlar Qərbin inkişaf etmiş ölkələrinə əsl, ciddi rəqabət təşkil etməklə,onlardan bəzilərini dünya iqtisadiyyatının iyerarxiya zirvəsindən sıxışdırdılar.Ona görə də bir çox mütəxəssislər onların yaxşı gələcəklərini inamla qabaqcadan göstərdilər.
Doğrudur, proqnozlar kəskin maliyyə böhranının təsirini hesaba almadan tərtib olunmuşdur. Bu böhran 1997-1998 illərdə Cənub-Şərqi Asiya ölkələrinin bazarlarını sarsıtdı və bütövlükdə dünya təsərrüfatına neqativ təsir göstərdi. Beləliklə, 1997-ci il Cənub-Şərqi Asiya ölkələri üçün son 20-25 ildə ən çətin və gözlənilməz oldu.
Xarici investisiyaların asiya bazarlarından kəskin getməsi,onların iqtisadiyyatını maliyyə cəhətdən gücdən saldı.Maliyyə vəsaitlərinin çatışmaması öz növbəsində milli valyuta kursunun kəskin surətdə aşağı düşməsinə gətirib çıxartdı.Bu fakt,ilk növbədə Cənubi Koreya bazarlarından vəsaitin axınının əsası oldu.Bununla əlaqədar 1998-ci ildə iqtisadi artım tempi aşağı düşdü.
Böhran situasiyası Tailand batasının (pul vahidi) 30%,İndoneziya rupisinin 24%,Malaziya rinqqitinin 20%,Filippin pesosunun 22% devalvasiyasına bais oldu.Bu qısa müddətli kapitalın eyni anda axınına gətirib çıxardı.1998-ci ilin əvvəlində maliyyə bazarlarında böhranın qarşısı alındı.Buna səbəb BVF və Qərbin inkişaf etmiş ölkələrinin maliyyə yardımı oldu.
1997-ci il dekabrında “yeddilər” qrupu ölkələri Cənubi Koreyaya 10 mlrd dollar veriblər. Bu, vəd olunan 57 mlrd dollar-dan ayrılıb. Bu cür hüdudsuz yardımlar ölkədə dərin iqtisadi reformaların keçirilməsi üzrə kəskin, sərt şərtlərlə verilmişdir. “İslahatlar əvəzinə kütləvi yardım” sxemi artıq özünü Meksikaya münasibətdə doğrultmuşdur. Belə ki,1994-cü ildə Meksika pesosu çökdü.1995-ci ildə ABŞ və BVF 18 mlrd dollar həcmində əlahiddə kömək paketi təqdim etdilər.Liberal reformaları həyata keçirməklə, Meksika beynəlxalq maliyyə bazarları tərəfindən öz etibarını qaytardı.İnflyasiyanın səviyyəsi 80 %-dən 16%-ə qədər aşağı düşdü.
Əgər bu cür tədbirlər Cənubi Koreya hökuməti tərəfindən həyata keçirilərsə, onda Cənub-Şərqi Asiya regionuna yüksək investisiya axınını və yüksək potensialı saxlamağa şərait yaradacaqdır.