Dünya ölkələrinin klassifikasiyası
Ölkələrin sərhədləri ilə əhatə olunduqlarına görə milli iqtisadiyyatların dünya iqtisadiyyatının subyektləri kimi öyrənilməsində ayrı-ayrı ölkələrin və ölkə qruplarının inkişaf göstəricilərindən istifadə olunur. Yer kürəsində mövcud olan ölkələrin sayı daima artır. Əgər XX əsrin əvvəllərində dünyada təxminən 50 suveren dövlət mövcud idisə, XXI əsrin əvvəllərində dünya ölkələrinin sayı 4 dəfə artaraq 200-ü keçmişdir. Hazırda Dünya bankının statistikasına əsasən dünyada 210 dövlət-ərazi birliyi, yəni ölkə və ərazilər mövcuddur. Onların arasında həm ərazisinə və əhalisinin sayına görə böyük olan ölkələrə (Çin, Hindistan, Rusiya, ABŞ və Brazilya), həm də tamamilə kiçik dövlətlərə (Monako, Andorra, Lixtenşteyn) rast gəlinir. Bəzi ölkələr təbii sərvətlərlə zəngin olsalar da, bəziləri resurs çatışmamazlığından və ya olmamasından çətinlik çəkir. Bir çox ölkələrin dənizə birbaşa çıxışı olsa da, bəzi ölkələr (Çad, Mali, Nepal) qitədaxilində yerləşir. Aydındır ki, ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsinə coğrafi mövqe də təsir göstərir.
Bütün ölkələr digər milli iqtisadiyyatlarla qarşılıqlı əlaqə və asılılıqların dərinləşməsi ilə milli iqtisadiyyatın formalaşmasından dünya təsərrüfat proseslərinin inkişafına təsirini müəyyən edən müasir situasiyaya kimi uzun və özünəməxsus yol keçmişlər. Bu yolun özünəməxsusluğu iqtisadi inkişafın templərinə, səmərəliliyinə, iqtisadi artımın tipinə, təsərrüfatın sosial strukturuna, inkişaf səviyyəsinə və xarici iqtisadi əlaqələrin və digər göstəricilərin xarakterinə görə milli iqtisadiyyatların müxtəliflikləri ilə əlqədardır. Buna görə də dünya təsərrüfatının təhlilində ölkələrin müxtəlif kriteriyalara görə təsnifləşdirilməsindən istifadə edilir.
Dünya iqtisadiyyatında ölkə qrupları haqqında daha dolğun təsəvvürü dünyanın əksər ölkələrinin üzv olduğu beynəlxalq iqtisadi təşkilatlar - BMT, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya bankı verir. BMT-nin təsnifatına görə iqtisadi inkişafın səviyyəsinə və təsərrüfatçılığın sosial-iqtisadi təbiətinə görə bütün ölkələr aşağıdakı qruplara bölünür: 1. sənayecə inkişaf etmiş (industrial) bazar iqtisadiyyatlı ölkələr; Sənayecə inkişaf etmiş ölkələrə Şimali Amerikanın, Qərbi Avropanın və Sakit okeanın yüksək gəlirli 31 ölkəsi daxildir. Bu və ya digər ölkənin inkişaf etmiş ölkə kimi səciyyələndirilməsi kriteriyaları aşağıdakılardır: - ümumi və adambaşına düşən (ildə 12 min dollardan yuxarı) Ümumi Daxili Məhsulun (ÜDM), həyat səviyyəsi və standartının yüksək səviyyəsi ilə ifadə olunan sosial-iqtisadi inkişaf; İnkişaf etməkdə olan ölkələr Asiya, Afrika və Latın Amerikasının 132 ölkəsini əhatə edir. Bu ölkələrin əksəriyyəti keçmişdə müstəmləkə və yarımmüstəmələkə olmuşlar. Bu qrupa aşağıdakı xüsusiyyətləri birləşdirən ölkələr daxildir: - ən-ənəvi iqtisadiyyatdan tutmuş dövlət sektoruna kimi müxtəlif mülkiyyət formalarına əsaslanan çoxukladlı iqtisadiyyatın
60-cı illərdən başlayaraq (1961-ci ildə sonuncu müstəmləkə azad olunmuşdur) inkişaf etmiş ölkələrin dünya iqtisadiyyatında rolu artmışdır. İnkişaf etməkdə olan ölkələrdə olan böyük müxtəlifliklə əlaqədar dünya iqtisadiyyatında onların müxtəlif kriteriyalara əsasən təsifləşdirilməsi qəbul edilmişdir: 1. Regionlar üzrə: Afrika (50 ölkə), o cümlədən, Böyük Səhradan (Saxara) cənubda yerləşən ölkələr (45 ölkə); Asiya (30 ölkə); Yaxın Şərq və Avropa (18 Yaxın Şərq ölkəsi, həmçinin Malta, Türkiyə, Kipr); Qərb Yarımkürəsi (Mərkəzi Amerikanın və Latın Amerikasının 34 ölkəsi); 2. Əsas ixrac məhsullarına görə: ixracda yanacağın payı 50%-i keçən enerji ixrac edən ölkələr. 70-ci və 90-cı illərdə neftin qiymətinin güclü artımı onların xarici gəlirlərinin əhəmiyyətli artımını şərtləndirmişdir. Bu ölkələrdən bəziləri (Əlcazair, Liviya və s.) bu gəlirlərdən milli iqtisadiyyatın inkişafı və sənayeləşmə məqsədilə istifadə edirlər, digərləri (BƏƏ, Səudiyyə Ərəbistanı Küveyt və Yaxın Şərqin digər ölkələri) borc kapitalının əsas ixracatçısına çevrilmişdir; 3. İqtisadi inkişaf templərinə görə sənaye istehsalının ÜDM-də kifayət qədər yüksək çəkisi və emal sənayesinin və maşınqayırmanın ixracda yüksək payı ilə bir çox göstəricilərinə görə yüksək və orta inkişaf səviyyəli ölkələrə yaxınlaşmış Yeni sənaye ölkələri (YSÖ) yarımqrupu ayrılır. 4. iqtisadi inkişaf səviyyəsinə görə inkişaf etməkdə olan ölkələr arasında yüksək, orta və aşağı inkişaf səviyyəli ölkələr fərqləndirilir. Burada sənaye məhsulları istehsalı göstəricilərinə görə dünyanın qabaqcıl ölkələrinin sırasında olan Hindistanın rolunu qeyd etmək lazımdır. Ancaq adambaşına düşən ÜDM istehsalına görə bu ölkə aşağı inkişaf etmiş ölkələrə aid edilir. Son iki onillikdə BMT-nin statistikasına görə iqtisadi inkişafda böyük uğurlara nail olan Çin də inkişaf etməkdə olan ölkələr qrupuna daxildir. İqtisadiyyatın mərkəzdən idarə olunması ilə bazar sisteminin uzlaşması iqtisadiyyatın açıqlıq səviyyəsini yüksəltmiş və xarici investisiyaları cəlb etmiş, beləliklə, XX əsrin sonunda Çin öz iqtisadi gücünə görə ABŞ-dan sonra ikinci nəhəngə çevrilmişdir. İEOÖ-in bəzi qruplarının tərkibi cədvəl 2-də verilmişdir. Keçid iqtisadiyyatlı ölkələr - planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçən Mərkəzi və Şərqi Avropanın və keçmiş SSRİ-nin 28 ölkəsini əhatə edir. Bəzən Monqolustan, Çin və Vyetnam da bu qrupa aid edilir. BVF adambaşına düşən ÜDM-nin aşağı səviyyəsi olan ölkələri çıxmaqla yuxarıdakı ölkələrin hamısını inkişaf etməkdə olan ölkələrə aid edir. Keçid iqtisadiyyatlı ölkələrdə iqtisadi inkişafın ümumi xüsusiyyətləri aşağıdakılardır: - mərkəzləşmiş planlaşdırma və iqtisadi inkişafın tənzimlənməsindən imtina; Dünya Bankı imtiyazlı maliyyələşdirməyə və əvəzsiz yardımlara daha çox ehtiyacı olan ölkələri müəyyənləşdirmək məqsədilə adambaşına düşən gəlirlərə görə ölkələri aşağıdakı kimi təsnifləşdirir.
Ölkələrin tipləri Ölkələrin yarımtipləri Ölkələr Yüksək inkişaf etmiş ölkələr «Böyük yeddilik» ABŞ, Yapоniya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada* Qərbi Avrоpanın yüksək inkişaf etmiş kiçik dövlətləri İsveçrə, Avstriya, Belçika, Niderland, Lüksemburq, İsveç, Nоrveç, Danimarka, Finlandiya, İslandiya «Mühacir kapitalizm» ölkələri Avstraliya, Yeni Zelandiya, CAR, İsrail Qərbi Avrоpanın mikrоdövlətləri Andоrra, Vatikan, Liхtenşteyn, Malta, San-Marinо, Mоnakо Оrta inkişaf etmiş ölkələr Qərbi Avrоpanın inkişafda geri qalmış ölkələri İrlandiya, İspaniya, Pоrtuqaliya, Yunanıstan Mərkəzi və Şərqi Avrоpa ölkələri Pоlşa, Latviya, Litva, Estоniya, Macarıstan, Çeхiya, Slоvakiya, Slоveniya, Rumıniya, Bоlqarıstan, Serbiya, Çernоqоriya, Хоrvatiya, Bоsniya və Hersоqоvina, Albaniya, Makedоniya MDB ölkələri Rusiya («7+1»), Ukraina, Belоrus, Mоldоva, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaхıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan İnkişaf etməkdə оlan ölkələr «Açar» ölkələr» Braziliya, Meksika, Argentina, Çin, Hindistan, Türkiyə Yeni sənayeləşmiş ölkələr Cənubi Kоreya, Tayvan, Sinqapur, Malayziya, Tailand, Filippin, Misir, Çili, Kоlumbiya, Venesuela və s. Neft iхrac edən ölkələr İran, İraq, Səudiyyə Ərəbistan, Küveyt, Qatar, BƏƏ, Bəhreyn, Liviya, Bruney və s. Əlverişli İCM-ə malik оlan kiçik ölkələr Baham a-rı, Liberiya, Kipr, Panama, Trinidad və Tоbaqо, Yamayka və s. İnkişafda geri qalmış ölkələr Suriya, İоrdaniya, Pakistan, İndоneziya, Nigeriya, Keniya, Uqanda, Mоzambik, Peru, Bоliviya, Ekvadоr və s. Ən zəif inkişaf etmiş ölkələr Laоs, Kambоca, Nepal, Əfqanıstan, Yəmən, Çad, Mali, Niger, Efiоpiya, Sоmali, MAR, Kоnqо, Haiti, Nikaraqua və s.
Qruplarda əsasən iqtisadi inkişaf parametrlərinə görə yaxın, təsərrüfatın idarə olunmasının eynitipli strukturuna, istehsalın təşkilinin ümumi prinsiplərinə, inkişafın eyni problemlərinə malik olan ölkələr birləşdirilir.
2. inkişaf etməkdə olan ölkələr (İEOÖ) və bazar iqtisadiyyatlı ərazilər;
3. keçid iqtisadiyyatlı (inzibati-amirlikdən bazar iqtisadiyyatına) ölkələr.
- təsərrüfatçılığın bazar sistemi;
- iqtisadiyyatın açıqlığı;
- ÜDM-də xidmət sferasının payının sənaye və kənd təsərrüfatına nisbətən daha çox olması (60 %-dən çox);
- sənayedə emal və material tutumlu sahələrdən yüksək texnologiyalara əsaslanan, elm tutumlu sahələrə keçid;
- kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsinin və məhsuldarlığın yüksək səviyyəsi. Bu ölkələrdə əmək qabiliyyətli əhalinin 3-
8%-i kənd təsərrüfatında məşğuldur. Daxili ərzaq tələbatı tam təmin olunur və bu ölkələrin əksəriyyəti kənd təsərrüfatını
iqtisadiyyatın ixrac sektoruna çevirmişlər.
mövcudluğu;
- istehsal güclərinin nisbətən aşağı inkişaf səviyyəsi;
- dünya iqtisadiyyatından asılı mövqe. Bu onunla izah olunur ki, yüzilliklər boyu müstəmələkələrin iqtisadi inkişafı öz istəkləri ilə
deyil, monopoliyaların tələbləri ilə müəyyən edilmişdir. Hazırda bu ölkələrin inkişafı xarici kapitaldan asılıdır;
- iqtisadi inkişafın başlıca olaraq aqrar-xammal istiqamətli olması və ixracın monostrukturluğu;
- ÜDM-nin, o cümlədən adambaşına düşən ÜDM-nin (ildə 12 min dollardan az) aşağı səviyyəsi, yoxsulluq.
- iqtisadiyyatın açıqlıq dərəcəsinin yüksəlməsi (liberallaşdırma);
- dövlət mülkiyyətinin özəlləşdirilməsi;
- iqtisadi artımın özəl sektorun genişlənməsi, xarici investisiyaların cəlb olunması, iqtisadiyyatda struktur yenidənqurmaları, inflyasiya ilə mübarizə, valyuta sisteminin yenidən qurulması və s. kimi faktorlarından istifadə olunması;
- milli istehsalın həcminin azalması;
- xarici iqtisadi əlaqələrin qərbə doğru istiqamətinin dəyişməsi.Dünya ölkələrinin iqtisadi inkişaf səviyyəsinə görə qruplaşdırılması