Zəif inkişaf etmiş ölkələr

Zəif inkişaf etmiş ölkələr

Zəif  inkişaf etmiş ölkələrin ümumi iqtisadi xaraktetiktikası. Müstəqillik əldə etdikdən sonra Afrika ölkələrinin iqtisadi inkişafı üçün rahat şərait yarandı. Müasir dövrdə Afrika müxtəlif dövlət hakimiyyəti forması və müxtəlif iqtisadi səviyyə ilə müstəqil ölkələrin konqlomeratını özündə əks etdirir. Bu ərazidə mineral və təbii ehtiyatlar coğrafi cəhətdən son dərəcə qeyri-bərabər bölünüb. Qara metal, enerji (yanacaq), o qədər də çox olmayan neft ehtiyatlarına yalnız Misir, Liviya, Əlcəzair, Nigeriya, Kamerun, Konqo, Anqola kimi ölkələr malikdir.Burada hidroenerji (dünya ehtiyatlarının təxminən 44 %) ehtiyatları həmçinin əlvan metallar-sink, qalay, qızıl, gümüş,almaz, ehtiyatları ilə zəngindir. Qızılın çıxarılması dünya üzrə 55 % , almazın çıxarılması 95 %-dən çoxdur.Zəif inkişaf etmiş ölkələrin  mineral xammal bazarları qiymətləri böyük enib-qalxması nəticəsində (bu zaman tələb gölənilmədən artır və ya azalır) depresiya vəziyyətindədir. Nəticədə konvertləşən valyutaların alınma ( daxilolma) mənbələrinin qeyri sabitliyi yaranır.İnkişaf etməkdə olan ölkələrin iqtisadi asılılığı iqtisadi gerililiyi konkret öxünə məxsus faktlara əsaslanır.Bunlar əsasən aşağıdakılardır:

  1. Azad olan gənc dövlətlər öz məhsullarının dünya bazarında reallaşdırılmasından (satışından) bilavasitə asılılıqda olurlar. Həm də bu məhsullar qərbin inkişaf etmiş sənaye ölkələrinin  tələbindən asılıdır.
  2. Bu ölkələrinin  əksəriyyətinin iqtisadiyyatında xarici kapital vacib mövqe tutur.İqtisadı asılıq və iqtisadi gerililik-postmüstəmləkə dövründə inkişaf etməkdə olan ölkələrin dünya təsərüfatının əmək bölgüsü sisteminə qoşulcağında mürəkkəb maneədir.

Bu ölkələrə nəzəri konsepsiyalar, o cümlədən neoliberal (neoklassik) konservatik ideyalarla təsir göstərilir. Qərb ölkələri zəif inkişaf etmiş ölkələri dövlət sektorunu azaltmaq və özəl sahibkarlığı inkişaf etdirmək üçün həvəsləndirmək (denosionalizasiya) yolundadırlar. Lakin bu yol da hələlik elə bir səmərə vermir. Eyni zamanda borclar artır, qərb bankları isə dahada varlanırlar. Afrika ölkələri üçün bir neçə Afrika dövlətinə məxsus müştərək firmaların böyük sayda mövcudluğu xarakterikdir. Bu firmaların subregional və ya ikitərəfli əsaslarla yaradılır. Bu cür firmalara maliyyə-bank sistemində, nəqliyyat və rabitə sahələrində, eləcədə bir sıra digər sənaye sahələrində rast gəlmək olar.
Zəif inkişaf etmiş ölkələrdə təkrar istehsal prosesi kredit, borc və digər subsidiyalar şəkilində olan xarici mənbələr hesabına baş verir. Bu təsir xarici texnika və texnologiyanın importunda hiss olunur ki, təbii olaraq bo ölkələri inkişaf etmiç ölkələrdən texnoloji asılıqda saxlayır.
Eyni zamanda dünya iqtisadi mərkəzləri üçün vacib əmək resursları olaraq zəif inkişaf etmiş ölkələrin işçi qüvvəsinən istifadə olunur.Bu ölkələrdən çıxanlardan qeyri ixtisaslı işçilər və fəhlələr  kimi  istifadə olunur.
İnkişaf etməkdə olan ölkələrə inkişaf etmiş ölkələrin dərinləşən problemlərin həllini və ziddiyyəti ötürmək tendensiyası parlaq şəkildə müşahidə olunur. Əsasən xammal sahəsində, enrgetika, ətraf mühitin qorunması, məşğulluq, valyuta münasibətləri  sahələrində daha çox müşahidə olunur.
Sənaye istehsalı qeyri bərabər inkişaf edir. Hasilat sənayesində artım tempi daha sabitdir.Bu sahələr sənaye istehsalının ümumi həcmində böyük yer tutur və inkişaf əsasən eksporta orentasiya edir. Emal sənayesi ayrı-ayrı qabaqcıl ölkələrdə daha uğurla inkişaf edir (Əlcəzair, Misir, Mərakeş və başqaları). Digər ölkəlrdə isə bu proses ləng gedir. Afrika və Asiya ölkələrinin sənayesinin inkişafını xarakterizə edəndə onu da qeyd etmək lazımdır ki, ölkədə hər şeyə daxili bazarın məhdudluğu (və yaxud darlığı) və sənaye strategiyası üzrə ölkələr arası kordinasiyanın yoxluğu təsir göstərir.
Afrika-Asiya ölkələrinin xalq təsərrüfatının strukturu. Zəif inkişaf etmiş ölkələrin əksəriyyətində başlıca sahə kənd təsərrüfatıdır. Lakin son vaxtlara qədər Afrika-Asiya ölkələri dünya bazarında uyğun məhsulun (yəni kənd təsərrüfatı məhsulunun) göndəricisi kimi deyil. əksinə istehlakçısı kimi çıxış edirlər. Bu ölkələr daima ərzaq defisiti ilə üzləşirlər ki. Bu da təbii olaraq  onların importuna səbəb yaradır. Çay, qənd və digər qida məhsullarına təlabat onların xaricdən gətirilməsinə əsas yaradır. Maldarlıq yerli əhəmiyyət kəsb edir, yerli qoyunçuluğun inkişafı və yun istehsalı yalnız XX əsrdə aktiv şəkil almışdır.
Regionun iqtisadi geriliyi ümumdaxili məhsulun strukturunda da özünü büruzə verir. Region üzrə orta hesabla ümumdaxili məhsulun yalniz 27%-i sənayedə istehsal olunur, kənd təsərrüfatının payına isə 32% düşür. Emal sənayesinin payı ümumdaxili məhsul  istehsalında cəmi 11% təşkil edir. Yeri gəlmişkən, böyük bir qrup ölkələrində bu göstərici daha azdır. Məsələn: Cibutidə 1.8% , Əlcəzairdə  2.1% Tanzaniyada 3.5%  və s. Regionda xidmət sferası böyük yer tutur (UDM-nun 38% -i qədər ). Lakin, elm, təhsil, səhiyyənin rolu o qədər də nəzərə çarpmır.       
Aşağı həyat tərzi və sosial sfera zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatının xarakterik cizgisidir. Bu qəbildən olan ölkələrin əksəriyyəti “aşağı gəlirli ölkələr” kateqoriyasına daxildir. Orta ömür müddəti ”ən az inkişaf etmiş” kateqoriyaya daxil olan tropik Afrikanın 26 dövlətində (Birləşmiş Millətlər Teşkilatının metodologiyası üzrə müəyyən edilib) 50 ildən azdır.
İqtisadiyyatın struktur nöqteyi-nəzərincə əksər ölkələr üçün hasilat sənayesinin kend təsərrüfatının əhəmiyyətli rolu xarakterikdir.Bəziləri təbii coğrafi resursların yoxluğu üzündən inkişafın monokultur (dar ixtisaslaşma) xarakterinə malikdirlər.
Bütövlükdə inkişaf etməkdə olan dünya ölkələrində vəziyyət birmənalı deyildir. İnkişaf etmiş ölkələr keçmiş SSRİ-nin bəzi respublikalarına böyük yardım göstərmək məcburiyyətində oldular. Bu isə şübhəsiz olaraq “rəqabət” yaradır. Yəni, əksər zəif inkişaf etmiş ölkələrin vəziyyəti isə acınacaqlı hal alır. Ərzaq təminatı və yığım problemi ciddi sürətdə qarşıya çıxmaqla zəif inkişaf etmiş ölkələri inkişaf etmiş ölkələrdən böyük asılılıqda saxlayır.
Xarici ticarət dövriyyəsinin strukturunda xammal məhsulları üstünlük təşkil edir. Neft, qaz, kakao, kofe, daha doğrusu,dünya bazarının konyukturasından daha çox asılı olan məhsullar xarici iqtisadi fəaliyyət Afrika-Asiya ölkələrinin qorunmayan iqtisadiyyatlarını çətin şəraitə salır. Afrika ölkələrinin dünya ticarətində olan payı o qədər də əhəmiyyətli deyildir (təxminən 5%-ə yaxın təşkil edir). Bu hal Afrika daxili ticarətə də şamil edilir. Belə ki, inkişaf yetərincə zəifdir, bu isə qitədə inteqrasiya proseslərinin lazımi səviyyədə inkişaf etməsinə işarə edir.
Zəif inkişaf etmiş ölkələrin dünya təsərrüfatında rolu. İqtisadi inkişafda başlıca dəyişiklik “inkişaf etmiş ölkələr-inkişaf etməkdə olan ölkər” sistemində münasibətlərin əvəz olunması xarakteri üzrə yüksəliş tendensiyasıdır (yəni haqqında söz gedən ölkələrdə). İqtisadi inkişafda, müasir dövrdə baş verən dəyişiklik-istehsal prosesinin vahid səviyyədə yüksəlməsi və mütəmadi olaraq onun milli iqtisadi bazaya keçidindən ibarətdir. Öz resursları üzərində nəzarət əvvəliki dövürə nisbətən möhkəmlənir. Zəif inkişaf etmiş ölkələrin iqtisadi inkişafının əhəmiyyətli cisgisi əhali artımının sabit tendensiyasını ötüb keçməsi halı ilə izah olunur.  Son onillikdə bu qrup ölkələrin iqtisadi artım spesifikasına  mahiyyətcə  təsir edən başlıca daxili amil-demoqrafiya amilidir.Bu faktor bazar strukturuna,məşğulluğa, istehsala güclü təsir göstərir.
Texnoloji proseslər,bu qəbildan olan ölkələrdə  təsərrüfat yüksəlişi imkanlarını əhəmyyətli dərəcədə genişləndirir.Lakin o, eyni zamanda “periferik” və ümumdunya məhsuldar qüvvələri arasında fərqləri dərinləşdirir, birincisinin sənayeləşdirilməsini çətinləşdirir. Periferiyaların sənayeləşdirilməsi vahid xarakterli olmadığı üçün milli-təsərrüfat komplekslərinin inteqrasiyasına gətirib çıxartmadı. Bundan əlavə, o,sahəvi disproporsiyaları gücləndirdi.İnkişaf etməkdə olan ölkələrin geridə qalması (bəzilərinin)dünya birliyini narahat edir.Belə ki,inkişaf etmiş ölkələr dəbundan əziyyət çəkir.Ona görə ki,zəif inkişaf etmiş ölkələrdə bazarların darlığı eksport imkanlarını azaldır.
“İmportun əvəzlənməsi”konsepsiyası özünü doğrultmadı. Birincisi,importu əvəz edən sahələr üçün bazarlar məhdud xarakter daşıyır.İilkin mərhələdə həyata keçirilən proteksionizm siyasəti ucuz xarici əmtəələr tərəfindən rəqabətin aradan qaldırılmasını təmin etdi.Üçüncüsü,işçi qüvvəsinə xərclər Asiya,Afrika və Latın Amerikasının bir çox ölkələrində nisbətən yüksəkdir.Özü də əmək məhsuldarlığı burada əlahiddə şəkildə aşağıdır.Dördüncüsü,aydın oldu ki,bu qrup ölkələrdən əmtəələrin xarici bazarlara girişi çox ciddi maneələrlə üzləşir,hətta onların əmtəəlıri yüksək rəqabət qabiliyyətli olduqları halda belə, qərb ölkələri bazarlara  girişi mühasirəyə alırlar, istənilən yollarla ,”könüllü kvatolama” yolu da daxil olmaqla istədiklərinə nail olurlar.
Bazar iqtisadiyyatlı inkişaf etmiş ölkələr, o cümlədən maşınqayırma, yüngül sənaye kimi məhsul növlərinə proteksionizm (himayədarlıq) baryerləri qoyaraq, Asiya və Afrika ölkələrində istehsal olunmuş və tamamilə rəqabətqabiliyyətli vəziyyətdə olan toxuculuq və ayaqqabı məhsullarına da  maneə  törətmişlər. Ayrı-ayrı Afrika-Asiya ölkələri xammalın iri istehsalçılarıdırlar. Lakin bu istehsal, bir qayda olaraq, dar ixtisaslaşma ilə xarakterizə olunur. Xammalın yarımfabrikat bazasına qədər emalı hələlik bu ölkələrdə aşağı səviyyədə qalır. Əsas emal sahələri inkişaf etmiş ölkələrin ərazisində yerləşir.
Enerji daşçıyıcıların çatışmaması üzündən zəif inkişaf etmiş ölkələrin eneri importundan asılılığı artır. Həmçinin, bütün həyati əhəmiyyətli məhsullar qrupu üzrə zəif inkişaf etmiş ölkələrin xarici bazardan asılılığı güclənmişdir. Bu ondan irəli gəlir ki, müharibədən sonrakı dövürdə zəif inkişaf etmiş ölkələr özləri xammal və ərzaq qrupu üzrə eksportlu mövqelərini inkişaf etmiş ölkələrə uduzdular.Beləliklə, dünya ticarətində zəif inkişaf etmiş ölkələrin iştirakının aktivləşdirilməsinin əsas, vacib vəzifələri aşağıdakı istiqamətlər üzrə olmalıdır:

  • emal sənayesinin məhsullarının eksportunun payını yüksəltməklə ticarətin strukturunun diversifikasiyası;
  • “Yeni beynəlxalq iqtisadi qaydalar” konsepsiyasında qeyd olunan beynəlxalq iqtisadi münasibətlərin yenidən qurulması üzrə tədbirlərin reallaşdırılmasının intensivləşdirilməsinin həyata keçirilməsi;
  • zəif inkişaf etmiş ölkələrdə istehsalın ərazi strukturunun diversifikasiyası;
  • hər şeydən əvvəl, regional əsaslarla, bu qrup ölkələrin özlərinin arasında olan əlaqələrin səmərələşdirilməsi.


Dünya birliyi BMT-nin fəaliyyət sistemi ilə dünya ticarətində zəif inkişaf etmiş ölkələr üçün daha yaxşı rejimi yaratmaq məqsədilə preferensial(yəni, imtiyazlı, üstun) şəraitin yaradılmasına çalışırlar.

Müəllif Ə.Bədəlov A.Ağayev, S.Tağızadə
Mənbə Dünya İqtisadiyyatı

Top