sağlam bir yemək, istirahət və bir az da əyləncə əhvalı yüksəltməyə və motivasiyanı gücləndirməyə yetərlidir. Əhvalı və enerjinizi artırmağa şokolad dadmaq, yasəmən qoxulu otaqda yatmaq və istirahət etmək, sevgi dolu olmaq, qızartma balıq yemək, boş vaxtlarda gülməli filmlərə baxmaq da effekt verir.
Sıxıldığınız hallarda fasilə edin. Bu sizin hadisələrə fərqli perspektivdən yanaşmanızı təmin edəcək. Məsələn, həyat yoldaşınızla hər hansı probleminiz var və ya işdə hansısa çətinliklərlə qarşılaşmısınız, ani reaksiyalardan qaçın, fasilə edin, ətraflı şəkildə düşünün və sonra hərəkətə keçin. Bununla yanaşı, davamlı şəkildə çalışmayın, fasilə etməyi bacarın. Baltanızı tanımadan yeni odunlar kəsməyə hazırlaşmayın.