Yerin forma və ölçüləri

Yerin forma və ölçüləri

Yerin kürə formasında olmasını ilk dəfə Pifaqor söyləyib. Erotosfen isə Yerin kürə olmasını sübut etmişdir. Yerin kürə formasında olmasını – gəmilərin sahildən uzaqlaşarkən üfüq arxasında tədricən yox olması, Ay tutulması zamanı Yerin Ay üzərində dairəvi kölgəsi və Yer səthindən yuxarı qalxdıqca üfüq dairəsinin genilənməsi sübut edir. N.Gəncəvi öz «Isgəndərnamə» əsərində Yerin əmələ gəlməsi, onun forması, hərəkəti və s. xüsusiyyətlərinə aid fikirlər söyləyib.
Yerin ölçülərini ilk dəfə Eratosfen hesablayıb. O, yerin radiusunu, diametrini, 10-lik meridian qövsünün uzunluğunu və s. hesablayıb. Yer planeti

Onun əldə etdiyi ölçülər Yerin müasir ölçülərindən çox az fərqlənir. Müasir hesablamalar Yerin kürə deyil, heç bir həndəsi fiqura bənzəməyən «Geoid» formada olmasını göstərir. Son zamanlar alimlər Yerin «ürəyə» oxşadığını nəzərə alaraq, onu «Kordioid» adlandırmışlar. Yerin müasir ölçüləri aşağıdakı kimidir:
1. Ekvator radiusu - 6378 km
2. Qütb radiusu - 6357 km fərq - 21 km
3. Ekvator çevrəsinin uzunluğu – 40 076 km
4. Meridian çevrəsinin uzunluğu – 40 009 km
5. Yerin ümumi sahəsi – 510 mln km2
6. Yerin su sahəsi – 361 mln km2
7. Yerin quru sahəsi – 149 mln km2
Qlobus (latınca kürə deməkdir) - yerin kiçildilmiş formasıdır. Ilk qlobusu XI əsrdə özbək alimi Əl-Biruni düzəldib. Qlobusda yerin əyriliyi nəzərə alaraq coğrayi obyektlər təhrifsiz (yəni səhvsiz) təsvir olunur. Qlobusun hər yerində miqyas eyni olur, yəni qlobus bərabərmiqyaslıdır. Burada yerdəki obyektlərin forma və ölçüləri miqyasa uyğun kiçildilərək düzgün təsvir olunur. 1492-ci ildə Martin Behaym hazırladığı qlobusu «Yer alması» adlandırıb. Bu qlobusda yalnız «köhnə dünya» (Avropa, Asiya və Afrika) təsvir olunub.
qlobus (globe)Qlobusda üfüqün cəhətlərini dərəcə toruna (meridian və paralellərə) əsasən təyin etmək olar. Miqyasa görə qlobuslar 3 yerə ayrılır:
1. Kiçik miqyaslı – 1:83.000.000
2. Orta miqyaslı – 1:50.000.000
3. Böyük miqyaslı – 1:30.000.000

Ekvator, şimal və cənub yarımkürələri bir-birindən ayıran, yerin mərkəzindən keçən onun fırlanma oxuna perpendikulyar müstəvi üzərində yerləşən xəyali dairəvi xətt. Ekvator xəttinin uzunluğu 40,076 km dir. O yeganə ən böyük en çevrəsidir və onun coğrafi en 0° -dır. Ekvator yer kürəsində 11 ölkədən və 1 arxipelaqdan keçir:
* Ekvador
* Kolumiya
* Braziliyia
* Sao Tome
* Qabun
* Konqo Respublikası
* Konqo Demokratik Respublikası
* Uqanda
* Keniya
* Somaliya
* İndoneziya
* Qalapaqos a-rı

Top