Yer səthinin, onun üzərində olan obyektlərlə birlikdə kiçildilmiş, şərti işarəli təsvirinə coğrafiya xəritəsi deyilir. Məzmununa görə xəritələr 2 qrupa bölünür:
Yerin kürəvi səthinin düz səthə (yəni xəritədə) təsvir üsuluna kartoqrafik proyeksiya deyilir. Kürə səthini müstəviyə düzgün açmaq qeyri-mümkündür. Bu vaxt toxunma xəttindən kənarda təhriflər (səhvlər) yaranır. Yer səthini müstəviyə keçirməyin müxtəlif yolları var. Bu zaman aşağıdakı həndəsi proyeksiyalardan istifadə olunur. Dərəcə toru
a) Ümumcoğrafi xəritələr- Yer səthinin ümumi mənzərəsini əks etdirir.
b) Tematik xəritələr- hər hansı bir hadisə (məs: iqlim, torpaq) daha, konkret olaraq təsvir olunur. Bəzən tematik xəritədə bir-biri ilə qarşılıqlı əlaqədə olan bir neçə komponent təsvir olunur ki, buna kompleks xəritələr deyilir.
Ərazinin əhatə olunmasına görə xəritələr :
a) dünya və yarımkürələr xəritəsi,
b) materiklər və onların hissələrinin xəritəsi,
ç) dövlətlərin və onların ayrı-ayrı hissələrinin xəritəsinə bölünür.
Miqyasına görə xəritələr 3 qrupa bölünür:
1. Miqyası 1:200.000 və ondan böyük olan (1:50.000; 1:25.000) xəritələrə böyük miqyaslı və ya topoqrafik xəritələr deyilir. Topoqrafik xəritələrin miqyası 1:10.000-1:200.000 arasında olub, ümumcoğrafi xəritələr qrupuna aiddir. Topoqrafik xəritələr – plan ilə coğrafiya xəritəsi arasında keçid rolunu oynayır. O, planın şərti işarələrindən istifadə edir və adi xəritələrdə olduğu kimi dərəcə toruna malik olur. Iri miqyaslı topoqrafik xəritənin hər bir vərəqi Yer səthinin nisbətən kiçik, əslində müstəviyə yaxın hissəsini təsvir etdiyindən burada təhriflər çox cüzi olur. Buna görə də bu xəritələrdən kiçik ərazilərin öyrənilməsində geniş istifadə olunur. Geniş ərazilər topoqrafik xəritələrdə vərəqlər üzrə tərtib olunur. Hər vərəq 60 –dən bir çəkilmiş meridian və 40-dən bir çəkilmiş paralellərdə sərhədlənmiş tropesiyalar əmələ gətirir. Xəritədə 2 meridian (xəritənin yan çərçivələri) və 2 paralel (xəritənin alt və üst çərçivələri) olur.
2. Miqyası 1:200.000-dən 1:1.000.000-dək olan xəritələrə orta miqyaslı və ya icmal-topoqrafik xəritələr deyilir.
3. Miqyası 1:1.000.000-dan kiçik olanlara kiçik miqyaslı və ya icmal xəritələri deyilir.
Xəritənin miqyası kiçildikcə orada təsvir olunan obyektlərin bəziləri atılır, digərləri isə sadələşdirilir. Ona görə də miqyas kiçildikcə xəritədə təsvirin dəqiqliyi azalır, lakin burada daha geniş ərazilərin təsvir olunmasına şərait yaranır. Xəritənin məqsədindən və miqyasından asılı olaraq burada təsvir olunacaq obyektlərin seçilməsinə və sadələşdirilməsinə kartoqrafik generalizasiya (ümumiləşdirmə) deyilir. Miqyas kiçildikcə generalizasiya çoxalır.
1. Silindirik proyeksiyada qlobus ekvator boyu silindirə toxunur. Toxunma xətti təhrifsizdir. Miqyas ekvator üçün qəbul olunur. Ekvatordan qütblərə doğru təhrif artır.
2. Konus proyeksiyasında - qlobus hər hansı bir paralel boyu müstəviyə toxunur. Toxunma xətti təhrifsiz olur.
3. Azimutal proyeksiyada -qlobus hər hansı bir nöqtədə müstəviyə toxunur. Kənarlara doğru təhrif artır.
4. Coxüzlü proyeksiyada - ərazinin təsviri müxtəlif vərəqlərdə tərtib olunur. (məs: atlas)
Bu proyeksiyalarda kağızın qlobusa toxunduğu xətt və ya nöqtə təhrifsiz olur. Bu xətt və ya nöqtə sıfır təhrifli xətt (nöqtə) adlanır. Onlardan uzaqlaşdıqca təhrif artır. Odur ki, xəritənin hər yanında miqyas eyni olmur. Xəritədə yazılan miqyas baş miqyasdır. Təhrifsiz xətt üçün nəzərdə tutulur. Digər ərazilərdə xüsusi miqyasdan istifadə edilir. (meridian və paralellərə əsaslanır). Xüsusi miqyas baş miqyasdan ya kiçik, ya da böyük olur.
Xəritədə 4 cür təhrif olur:
1. Uzunluq bunları aradan qaldırmaq olmaz.
2. Forma
3. Bucaq proyeksiyalar vasitəsi ilə onları aradan qaldırmaq olar.
4. Sahə
Təhrif xüsusiyyətinə görə proyeksiyalar 3 qrupa bölünür:
1. Bərabərbucaqlı - xəritədəki bucaqlar qlobusdakı bucaqlara uyğun gəlir. Nəqliyyatda istifadə olunur.
2. Bərabərsahəli - Yerdəki obyektlərin sahəsi təhrifsiz olur. Ölçmə işlərində istifadə edilir.
3. Ixtiyari - bütün təhriflər olur.
Azərbaycan Res-nın xəritələri ən çox bərabərbucaqlı və konus proyeksiyaları vasitəsi ilə tərtib olunur.
Miqyas, dərəcə toru və kartoqrafik proyeksiya xəritənin riyazi əsasını; relyef, hidroqrafik şəbəkə isə xəritənin coğrafi əsasını təşkil edir.
Plan və xəritənin fərqi
1. Xəritənin şərti işarələrinin bəzisi planın şərti işarələri ilə eynidir. (məs. çayın, gölün, bataqlığın və s), digərləri isə fərqlidir (məs. şəhərin). Xəritə və planda bəzi şərti işarələr eyni olsa da, onlar müxtəlif obyektləri göstərir. Məs. yaşıl rəng planda bitki örtüyünü, xəritədə isə ovalığı təsvir edir. Xəritənin şərti işarələrinə və onların izahatına xəritənin legendası deyilir.
2. Planda çox kiçik sahələr (meyvə bağı, kənd vəs.) xəritədə isə çox böyük obyektlər (dünya, materik və s) göstərilir.
3. Planda Yerin kürəyəbənzər səthinin əyriliyi nəzərə alınmadığından dərəcə toru olmur və belə hesab edilir ki, planda təsvir olunan səth yastıdır. Bu səbəbdən planda təsvir olunan obyektlərin koordinatlarını təyin etmək mümkün deyil. Xəritədə isə yerin əyriliyi daim nəzərə alınır və dərəcə toru olur.
4. Fiziki xəritədə planda olduğu kimi yer səthi horizontlar və yüksəklik nöqtələri ilə təsvir olunur. Planda kəsmə yüksəklik kiçik və sabit olduğundan horizontlar 1 neçə m-dən bir çəkilir. Fiziki xəritədə isə horizontlar 1 neçə yüz metrdən bir çəkilir və arası rənglənir. Bunun üçün 3 rəngdən istifadə olunur: Hündürlüyü 0-200m olan ərazilər yaşıl, hündürlüyü 200 m-dən çox olan ərazilər qəhvəyi, dəniz dibi isə mavi rənglə göstərilir. Yüksəklik artdıqca qəhvəyi, dərinlik artdıqca isə mavi rəngin tündlüyü artır. Yer səthinin bu qayda ilə təsvirinə pilləvari və ya lay-lay rəngləmə üsulu deyilir.
5. Planın miqyası böyük (1:5000 və daha böyük), xəritənin miqyası isə daha kiçik (1:10.000 və daha az) olur. Bu səbəbdən planda təhrif az, xəritədə də isə təhrif çox olur.
6. Planda üfüqün cəhətlərini planın kənarına çəkilmiş ox vasitəsilə, xəritədə isə meridian və paralellərə görə təyin etmək olar.
Yerin xəyali oxu ilə Yer səthinin kəsişdiyi nöqtələrə qütb deyilir. Yerin 2- Şimal və Cənub qütbü var. Bütün meridianlar Yerin coğrafi qütblərində birləşirlər. Yerin coğrafi qütbləridən başqa 2 maqnit qütbü də var. Kompasın əqrəbi Yerin coğrafi qütblərinə yox, maqnit qütblərinə doğru istiqamətlənmiş olur. Yerin şimal maqnit qütbü Kanada arxipelaqında, cənub maqnit qütbü isə Antarktida sahilindəki Adeli torpağındadır. Yerin maqnit qütbləri sabit olmayıb yerlərini ildə 5-6 km şərqə və ya qərbə doğru dəyişir. Yerin coğrafi qütblərini birləşirlən xəttlə Yerin maqnit qütblərini birləşirlən xətt üst-üstə düşməyib, müəyyən bucaq əmələ gətirir. Bu bucağa maqnit əqrəbinin meyil bucağı və ya inhiraf bucağı deyilir.
Yer səthindən keçməklə onun qütblərini birləşdirən ən qısa xəttə meridian deyilir. Meridian latın sözü olub «günorta xətti» deməkdir. Həqiqən də onun istiqaməti günorta çağı cisimlərdən düşən kölgənin istiqamətinə uyğun gəlir. Meridanlar həmişə şimala və cənuba istiqamətlənmiş olur. Bütün meridian çevrələrinin uzunluğu 40009 km (yuvarlaq olaraq 40000km), dərəcə ilə isə 3600 –dir. Qütbdən qütbə uzanan meridian qövsünün uzunluğu dərəcə ilə 1800, km-lə isə 20000 km-dir 10-lik meridian qövsünün uzunluğunu tapmaq üçün 20000 km-i 1800-yə bölmək lazımdır. Alınan rəqəm 111,1 km olaçaq ki, bunun köməyi ilə istənilən məntəqənin ekvatordan və ya qütbdən nə qədər aralıda yerləşməsini asanlıqla tapmaq olar.
Qütblərdən eyni məsafədə olan xəyali çevrəyə ekvator deyilir. Ekvatorun uzunluğu 40076 km olub mənası «tənbölən» deməkdir. O, ən uzun paralel olub, yeri 2 bərabər hissəyə - Şimal və Cənub yarım kürələrinə bölür. Qlobusda ekvatora paralel çəkilmiş çevrələrə paralel deyilir. Bütün paralellər formasına görə eyni (yəni çevrə), uzunluğuna görə isə müxtəlifdir. Bütün paralellər meridianlarla 900 bucaq altında kəsişir.
Ekvatordan qütblərə doğru getdikcə paralellərin ölçüsü kiçilir. Buna səbəb Yerin kürə formasında olmasındadır. 10 paralel qövsünün uzunluğu ekvatorda 111,3 km, qütblərdə isə (900-də) 0 km-dir.
Dərəcə toru - meridian və paralellərin qlobus və xəritədə kəsişərək əmələ gətirdikləri şəbəkədir. Yer səthində istənilən qədər meridian və paralel çəkmək mümkün olsa da xəritə qlobusda onlar adətən hər 10-150-dən bir çəkilir.
Coğrafi koordinatlar. Ekvatorla verilmiş nöqtədən keçən paralel arasında qalan meridian qövsünün uzunluğuna coğrafi enlik deyilir. Coğrafi enliyin dərəcə qiyməti 0-900 arasında dəyişir. Ekvatorun coğrafi enliyi 00-dir. Ekvatordan şimalda olan nöqtələrin coğrafi enliyi- şimal enliyi; cənubda olan nöqtələrin enliyi isə cənub enliyi adlanır. Şimal qütbünün enliyi 900 şm en, cənub qütbünün enliyi isə 900 c.en. kimi yazılır.
Coğrafi uzunluq- Londandan keçən sıfrıncı meridiandan başlayaraq ölçülür. Bu meridian başlanğıc və ya Londondakı rəsədxananın adı ilə Qrinviç meridianı adlanır. Qrinviç meridianı ilə verilmiş nöqtədən keçən meridian arasında qalan paralel qövsünün uzunluğuna coğrafi uzunluq deyilir. Coğrafi uzunluğun dərəcə qiyməti 0-1800 arasında dəyişir. Eyni meridian üzərində olan nöqtələrin coğrafi uzunluğu eyni olur. Qlobusda Qrinviç meridianından əks tərəfdə olan meridianın coğrafi uzunluğu 1800-dir. Qlobus və xəritədə 00-lik və 1800-lik meridianlar qalın göy xətlə verilir. Əgər verilmiş nöqtə sıfırıncı meridiandan şərqdədirsə onun uzunluğu şərq uzunluğu, qərbdədirsə qərb uzunluğu adlanır.
Yer səthindəki nöqtələrin coğrafi enlik və uzunluqlarına həmin nöqtənin coğrafi koordinatı adlanır.